Məhkəmə qərarları › İş №e-2(073)-3860/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3860/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3860/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin Cavabdeh qarşı 1850 manat məbləğində vurulmuş zərər və 38.50 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Siğorta Şirkəti ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1850 manat borcun və 38.50 manat dövlət rüsumunun tutularaq iddiaçı «Atəşgah” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Siğorta Şirkəti ASC ilə X1 arasında xx.xx.2024cü il tarixli, PAT ********** nömrəli siğorta müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən ** BU *** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat Cavabdeh məxsus mağazaya zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan siğorta hadisəsi ilə bağlı İddiaçı Siğorta Şirkəti ASC xx.xx.2025-ci il tarixdə 04626 saylı və xx.xx.2025-ci il tarixdə təkrarən **********4/981107752 saylı ödəniş tapşırığı ilə 5000 manat məbləğində siğorta ödənişi 2 dəfə olmaqla həyata keçirilmişdir. Ümumilikdə 10000 (on min) manat icbari siğorta ödənişi həyata keçirmişdir. Cavabdeh 5000 manat artıq siğorta ödənişindən müxtəlif tarixlərdə 3150 manat geri qaytarmış, lakin 1850 manat şirkətinə geri qaytarılmamışdır. Cəlilabad RPŞ DYPB-nin İddiaçı Siğorta Şirkəti ASC-yə təqdim etdiyi arayışa əsasən cavabdeh X1 yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. İddiaçı Siğorta Şirkəti ASC dəymiş zərərə görə ödənilməli olan 5000 manat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Cəlilabad şəhərində yol nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh mağazasına zərər vurmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 (qırx) manat məbləində cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 138347 saylı Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində 5000 manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Hökümət ödəniş portalında və ASANPay vasitəsil ilə ödənilmiş **********04 saylı qəbz nömrəsindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 38.50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmçinin həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38.50 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1850 (bir min səkkiz yüz əlli) manat borcun və 38.50 manat dövlət rüsumunun tutularaq İddiaçı Siğorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar