Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-641/2025 22.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 5445 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5445 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, "Land-Rover Discovery" markalı avtomobilə Moskva şəhərindən mühərrik gətirəcəyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Cavabdeh 5445 manat ödəniş etmişdir. Cavabdeh həmin mühərriki göndərsə də, həmin mühərrik yararsız olduğundan heç bir işə yaramamışdır. Bundan sonra o, cavabdehlə əlaqə saxlamış və cavabdeh ona bildirmiş ki, həmin mühərriki Sumqayıt şəhəri ərzisində yerləşən "Həkəri servis"ə ver, ondan sonra həmin mühərrikə görə ödənilmiş 5445 manat ona geri qaytarılacaqdır. O, da cavabdehin dediyi kimi həmin mühərriki "Həkəri servis"ə vermiş, lakin həmin mühərrikə görə ödənilmiş pul cavabdeh tərəfindən ona geri qaytarılmamışdır. Ona görə də bununla əlaqədar olaraq Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 23-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, işi araşdıran Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 23-cü Polis bölməsinin təhqiqatçısı Polis kapitanı Rəşad Vəliyev xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "Toplanmış materialdan göründüyü kimi İddiaçı 2021-ci ilin oktyabr ayında Cavabdeh ilə danışaraq yaşadığı Sumqayıt şəhərindən ödəniş edərək 5445 manata sonuncudan aldığı və yararsız olduğundan 2021-ci ilin noyabr-dekabr aylarında Cavabdeh məsləhəti ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33A ünvanında yerləşən "Land-Rover" təzə və işlənmiş ehtiyyat hissələrinin satıldığı mağazaya aparıb X1 təqdirdə, pulunun geri qaytarılması məqsədilə təhvil verdiyi "Land-Rover" avtomobilinə aid ehtiyyat hissə hal-hazırda da sözü gedən mağazanın anbar hissəsində saxlancdadır. Cavabdeh İddiaçı dəfələrlə gəlib həmin yararsız mühərriki götürüb aparmasını tələb etsə də, lakin Rafiz Şəkərov həmin mühərrikə görə ödədiyi 5445 manat pulun Cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməsi səbəbindən mühərrikə ümumiyyətlə yaxın durmayaraq mühərriki götürüb aparmaqdan imtina etmiş və mühərrik mağazanın anbarında açıq havada qalmışdır. Bununla da aparılmış təhqiqat araşdırması zamanı yaranmış xüsusatla əlaqədar tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması müəyyən edilmişdir. Göründüyü kimi Nizami rayon, Polis İdarəsinin 23-cü polis bölməsinin Baş təhqiqatçısı polis kapitanı Rəşad Vəliyevin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh ona 5445 manat borclu olduğu sübuta yetirilmişdir. Ona görə də, cavabdehdən ona borclu olduğu məbləğin geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 5445 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 23-cü Polis bölməsi tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayında Cavabdeh razılaşma yolu ilə, yaşadığı Sumqayıt şəhərindən 5445 manat ödəniş edərək "Land-Rover Discovery" markalı avtomobilinə mühərrik almışdır. Aldığı mühərrik yararsız olduğundan 2021-ci ilin noyabr-dekabr aylarında Cavabdeh məsləhəti ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33A ünvanında yerləşən "Land-Rover" təzə və işlənmiş ehtiyyat hissələrinin satıldığı mağazaya aparıb X1 təqdirdə, pulunun geri qaytarılması məqsədilə təhvil vermişdir. "Land-Rover" avtomobilinə aid həmin mühərrik hal-hazırda da sözü gedən mağazanın anbar hissəsində saxlancdadır. Cavabdeh İddiaçı dəfələrlə gəlib həmin yararsız mühərriki götürüb aparmasını tələb etmiş, lakin Rafiz Şəkərov həmin mühərriyə görə ödədiyi 5445 manat pulun Cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməsi səbəbindən mühərriki götürüb aparmaqdan imtina etmiş və mühərrik mağazanın anbarında açıq havada qalmışdır. İşdə olan 13 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın verilməsinə görə 75 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı 2021-ci ilin oktyabr ayında Cavabdeh "Land-Rover Discovery" markalı avtomobilinə 5445 manat dəyərində mühərrik almışdır. Aldığı mühərrikin yararsız olduğunu əsas gətitərək Cavabdeh məsləhəti ilə 2021-ci ilin noyabrdekabr aylarında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33A ünvanında yerləşən "Land-Rover" təzə və işlənmiş ehtiyyat hissələrinin satıldığı mağazaya aparıb X1 təqdirdə, pulunun geri qaytarılması məqsədilə təhvil vermişdir. Cavabdeh İddiaçı dəfələrlə gəlib həmin yararsız mühərriki götürüb aparmasını tələb etmiş, lakin iddiaçı həmin mühərrikə görə ödədiyi 5445 manat pulun cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməsi səbəbindən mühərriki götürüb aparmaqdan imtina etmiş və mühərrik mağazanın anbarında açıq havada qalmışdır. Bu səbəbdən İddiaçı Cavabdeh verdiyi 5445 manat pulu geri tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mülki iş üzrə iddiaçıya məxsus "Land-Rover Discovery" markalı avtomobil üçün nəzərdə tutulmuş mühərrikin satın alınması ilə bağlı tərəflər arasında hüquq və vəzifələrini müəyyən edən edən müqavilə mövcud deyil. Beləliklə iddiaçı tərəfindən pulun ödənilməsi, mühərrikin sənədləşdirilməsi, hansı keyfiyyət göstəricilərinə əsasən qəbul və ya geri qaytarılacağı şərtlər barədə razılığa gəlmələri müəyyən edilməmişdir. O, cümlədən iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona verilən mühərrikin yararsız olduğunu göstərsə də, həmin mühərrikin yararsız olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 5445 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə düşən vəzifəni icra etməklə, götürdüyü öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 5445 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 5445 (beş min dörd yüz qırx beş) manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-641/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-641/2025
22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver