Məhkəmə qərarları › İş №e-2(073)-773/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-773/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-773/2024 17.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Böyük oğluna qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 9150 (doqquz min yüz əlli) manat məbləğində əsas borcun, banka ödəməli olduğu 3.850 (üç min səkkiz yüz əlli) manat faiz borcunun, vurduğu mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manatın, cəmi 14.000 (on dörd min) manatın, vəkil xidmətlərinə görə ödənilmiş 300 (üç yüz) manatın, ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə dörd ildən artıq müddətdir ki, tanışdırlar. Cavabdeh Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən “VAŞAQ” idman klubunun rəhbəridir. O özü də həmin ərazidə yaşadığından yaxın olduğuna görə cavabdehin idman klubunda idmanla məşğul olmuşdur. 2023-cü ilin yanvar ayında Cavabdehlə söhbət edən zaman Əli ona idman zalının üzərində çay evi tikmək istədiyini bildirmiş və rəsmi iş yeri olmadığına görə öz adına kredit götürə bilmədiyini söyləmişdir. O özü isə polis işçisi olduğuna görə Əli ondan xahiş etmişdir ki, onun üçün bankdan kredit götürsün. Cavabdeh kredit götürəcəyi təqdirdə kredit məbləğini və faizləri tam ödəyəcəyini bildirmişdir. Cavabdehlə münasibətləri yaxşı olduğundan o, Əliyə inanmış və kredit götürməyə razılaşmışdır. O, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-dən 9.400 (doqquz min dörd yüz) manat kredit götürmüş və həmin pulun 9.150 (doqquz min yüz əlli) manatını Cavabdeh vermişdir. Lakin Cavabdeh çay evi tikməmiş, həmin vəsaitlə özünə məxsus mağazaya satmaq üçün məktəb ləvazimatları gətirmişdir. Kreditin ödənilməsi vaxtı çatanda isə cavabdeh vədinə əməl etməmiş, kreditin ödənilməsini tələb etdikdə müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh özü də bu müddət ərzində aralarındakı vatsap yazışmaları zamanı onun pulunu verə bilmədiyini, imkan olan kimi pulunu ödəyəcəyini bildirmiş və borcunu etiraf etmişdir. Həmin vatsap yazışmaları isə işə əlavə edilmişdir. Cavabdeh kreditin ödənilməsi ilə bağlı vədinə əməl etmədiyinə görə o, hər ay 432 (dörd yüz otuz iki) manat vəsaiti banka ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xeyli maddi və mənəvi zərərə düşmüşdür. Cavabdeh ona 13.000 (on üç min) manat maddi və təqribən 1.000 (bir min) manat mənəvi zərər vurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində uzun müddətdir ki, iztirablar keçirir və mənəvi sarsıntılar içərisindədir. Qanunvericiliyin tələbinə görə Cavabdeh ona dəymiş maddi və mənəvi zərərin əvəzini tam həcmdə ödəməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə da iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmiş, eyni zamanda bildirmişdir ki, Cavabdeh iddiaçının kredit götürərək ona həqiqətən də 9.150 manat pul verdiyini, iddiaçıdan həmin məbləğdə pulu aldığını, iddiaçıya 2.000 manat məbləğində pul verməli olduğunu etiraf etmiş, qalan məbləği isə guya birgə xərclədiklərini bildirsə də bunu sübut edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi yazılı və şifahi izahatında göstərmişdir ki, o, İddiaçı ona qarşı qaldırdığı iddianı qismən etiraf edir. Belə ki, Türazı 4 il olar ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Özü Binə qəsəbəsində yerləşən “VAŞAQ” idman klubunun rəhbəridir. Klub ona məxsusdur, klubun qarşı hissəsində mağazası vardır. Turaz Mehralıbəyli həm də onun tələbəsidir, ona məxsus olan idman zalında məşq etmişdir. 2023-cü ilin yanvar ayında İddiaçı ona məxsus olan mağazada məktəb ləvazimatları alıb satılması ilə bağlı təklif etmiş, o, isə pulunun olmadığını demişdir. Türaz isə əvəzində Bankdan pul götürə biləcəyini demişdir. Beləliklə, mağaza ondan, pul isə İddiaçı olması razılığına gəlmişlər. Bundan sonra İddiaçı Bankdan pul götürüb 9.150 manatını ona vermişdir. O isə həmin puldan 1.000 manatına mağazanı təmir etdirmiş, satmaq üçün təqribən 3.500 manat dəyərində “OYAL”dan məktəb ləvazimatları götürərək mağazanı işə salmışlar. Bundan sonra onlar birlikdə “Sədərək” ticarət mərkəzindən 1.500 manat dəyərində idman malları və digər suvinirlər alaraq mağazaya gətirmişlər. Ümumilikdə onlar mağazaya 7.000 manat dəyərində mal gətirmişlər. Mağazanı 3 ay işlətdikdən sonra mağazada alver yaxşı getməmiş, işçilərin pullarını bir ayda 300 manat olmaqla, iki ay o, bir ay isə İddiaçı vermişdir. Mağazada alver yaxşı getmədiyi üçün 3 aydan sonra mağaza bağlanmış, mağazada təqribən 4.200 manat dəyərində mal qalmışdır. Mağaza bağlanandan iki ay sonra Türazın atası Eldəniz ona demədən mağazada olan 3.800 manat dəyərindəki malları apararaq 1.500 manata satmışdır. Bu işdə ziyan olaraq onun İddiaçı 2000 (iki min) manat verəcəyi vardır. Ona görə də iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, İddiaçı atasıdır. Oğlu İddiaçı Cavabdeh ilə birlikdə iş qurmaq üçün adına kredit götürmüş və həmin pulun 9.150 (doqquz min yüz əlli) manatını Cavabdeh vermişdir. Cavabdeh kredit götürəcəyi təqdirdə kredit məbləğini və faizləri tam ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh razılaşdıqları kimi pulu vaxtında ödəməmişdir. O, cavabdehin işlədiyi zala gedərək pulu ödəməsini dedikdə Cavabdeh ona həmin ayı ödəməsini qalan məbləği isə özü ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh pulu yenə də ödəməmişdir. O, pulun ödənməsi üçün cavabdehin atası ilə danışmasına və Cavabdehlə yenidən görüşməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. O vaxtdan sonra Cavabdeh nömrəsinə zəng çatmamışdır. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib işdə olan sübutları tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında İddiaçı 9.150 (doqquz min bir yüz əlli) manat pul aldığını etiraf etmişdir. Lakin Cavabdeh həmin pulu iddiaçı ilə şərik alver etmək məqsədi ilə birlikdə xərclədiklərini, iddiaçıya 2.000 (iki min) manat borcu qalmasını bildirsə də, etirazını əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin özünün etirafı və işdə olan digər sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı 9.150 (doqquz min bir yüz əlli) manat pul almış və həmin pulu qaytaracağını öhdəsinə götürmüş, lakin müəyyən olunmuş vaxta həmin puldan istifadə edərək onu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin 3.850 (üç min səkkiz yüz əlli) manat bank faizinin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin tələb İddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsindən irəli gəldiyi üçün onlar arasında olan məsələdir və faizlərin ödənilməsi öhdəliyinin cavabdehə aidiyyəti yoxdur. Məhkəmə həmçinin iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin həmin qərarından görünür ki, Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2008-ci il tarixli qərarından görünür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddia tələbinin “mənəvi ziyanla” bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbini əsaslandırmamış, pulunun qaytarılmaması onda nə kimi mənəvi iztirablar yaratdığını sübuta yetirə bilməmiş və yaşadığı psixoloji sarsıntılar barədə də heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddia tələbinin 3.850 (üç min səkkiz yüz əlli) manat bank faizinin tutulması, həmçinin iddiaçının mənəvi iztirablar çəkməsi və sair bu kimi hallar sübuta yetirilmədiyindən iddiaçının banka ödəməli olduğu faizə görə 3.850 (üç min səkkiz yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat məbləğin tutulması barədə tələbləri təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 9.150 (doqquz min yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz manat) vəkil xidmət haqqı ödəmişdir. İş materiallarında olan 05 fevral 2024-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.150 (doqquz min yüz əlli) manat məbləğində pul, 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu və vəkilə xidmət haqqına görə ödənilmiş 300 (üç yüz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar