Məhkəmə qərarları › İş №e-2(073)-948/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-948/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-948/2024 09.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “Mercedes Benz 230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4024 manat, 272 nömrəli ödəniş tapşırığına əsasən X1 dəymiş yüngül xəsarətə görə 750 manat olmaqla, ümumilikdə 4774 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67.74 manat pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: İddiaçı Siğorta Şirkəti ASC Cavabdeh qarşı kiçik mübahisələrə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz 230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4024 manat, 272 nömrəli ödəniş tapşırığına əsasən X1 dəymiş yüngül xəsarətə görə 750 manat olmaqla, ümumilikdə 4774 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67.74 manat tutularaq İddiaçı sığorta şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı nəqliyyat vasitəsi İddiaçı Siğorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyat hadisəsi törətməsi nəticəsində X2 idarə etdiyi ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsinə zərər dəymiş və X1 yüngül xəsarət yetirmişdir. Həmin hadisə ilə əlaqədar DYP əməkdaşı tərəfindən TYP 015394 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun surətindən görünür ki, ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı Siğorta Şirkəti ASC tərəfindən X2 idarə etdiyi ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsinin təmiri üçün 4024 manat və X1 yüngül xəsarət yetirilməsinə görə 750 manat olmaqla, ümumilikdə 4774 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəblə, Cavabdeh ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə baxmayaraq cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 3(073)-558/2021 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan 07 oktyabr 2021-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X3 məxsus “Mercedes Benz 230” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin ümumi məbləği 4024 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli, 099203 saylı Sğorta aktından görünür ki, 21 dekabr 2020-ci il tarixdən 21 dekabr 2021-ci il tarixə kimi, yəni 1 il müddətində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı avtonəqliyyat vasitəsi ilə toqquşması ilə bağlı baş vermiş yol-nəqliyat hadisəsi nəticəsində ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4024 manat sığorta ödənişi hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 099208 saylı Sğorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilməsinə görə 750 manat sığorta ödənişi hesablanmışdır. İşdə olan 17 sentyabr 2021-ci il tarixli, 272 saylı ödəniş tapşırığından görünür ki, 099208 saylı Sğorta aktına əsasən İddiaçı sığorta şirkəti ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X2 bank hesabına 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan 17 sentyabr 2021-ci il tarixli, 273 saylı ödəniş tapşırığından görünür ki, 099203 saylı Sğorta aktına əsasən İddiaçı sığorta şirkəti ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X2 bank hesabına 4024 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan pretenziyadan görünür ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 67.74 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 idarəçiliyində olan ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı nəqliyyat vasitəsi 21 dekabr 2020-ci il tarixdə İddiaçı Siğorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2021ci il tarixdə yol-nəqliyat hadisəsi törətməsi nəticəsində X2 idarə etdiyi ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsinə zərər dəymiş və X1 yüngül xəsarət yetirmişdir. Həmin hadisə ilə əlaqədar DYP əməkdaşı tərəfindən TYP 015394 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun surətindən görünür ki, ** AC *** dövlət qeydiyyat nişanlı “Uaz 390945 360” markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı Siğorta Şirkəti ASC tərəfindən X2 idarə etdiyi ** MP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsinin təmiri üçün 4024 manat və X1 yüngül xəsarət yetirilməsinə görə 750 manat olmaqla, ümumilikdə 4774 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəblə, Cavabdeh ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə baxmayaraq cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən şəxsin yüngül, az ağır və ağır xəsarət almasına görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100 faizini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh “Mercedes Benz 230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4024 manat, X1 dəymiş yüngül xəsarətə görə 750 manat olmaqla, ümumilikdə 4774 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 67.74 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz 230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4024 (dörd min iki yüz iyirmi dörd) manat, X1 dəymiş yüngül xəsarətə görə 750 (yeddi yüz əlli) manat olmaqla, ümumilikdə 4774 (dörd min yeddi yüz yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67.74 manat (altmış yeddi manat yetmiş dörd qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar