Məhkəmə qərarları › İş №e-2(074)-1092/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1092/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1092/2024 25.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda cavabdeh olan Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh3 aid hissədə iddia ərizəsinin qaytarılması haqqında iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Muğanlı kəndi, Şamaxı-Ağsu yolunun kənarında yerləşən “Avtoservis texniki xidmət stansiyasının” ərazisindən cavabdehlərin digər ailə üzvləri ilə birlikdə çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində faktiki olaraq yaşayanlar – Cavabdeh4, onun arvadı X2, yetkinlik yaşına çatmayan oğlu X1, Cavabdeh2, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan Günay və Ayan adlı övladlarıdır. Bu səbəbdən, hazırda iddia tələbinə dəyişiklik edilərək, Şamaxı rayonu, Muğanlı kəndi, Şamaxı-Ağsu yolunun kənarında yerləşən “Avtoservis texniki xidmət stansiyası”nın ərazisindən cavabdehlər Cavabdeh4, onun arvadı X2, yetkinlik yaşına çatmayan övladı X1, Cavabdeh2, Cavabdeh1, onun yetkinlik yaşına çatmayan Günay və Ayan adlı övladlarının çıxarılması, obyektin boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Eldayət, Amir və Cavabdeh1lardan müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar, iddia ərizəsinin Cavabdeh3 aid hissədə baxılmamış saxlanmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, həmin hissədə iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda cavabdeh olan Cavabdeh3 və Cavabdeh4, iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə ilə bağlı, həmin hissədə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin bir hissədə baxılmamış saxlanılmasına dair ərizə verdiyindən, həmçinin, cavabdehlər həmin hissədə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi Cavabdeh3 aid hissədə baxılmamış saxlansın. Həmin hissədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar