Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-162/2022 16.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1820,74 manat əldən çıxmış fayda pulun və ödənilmiş 38,21 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin X1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh2dan 10.06.2014-ci il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə cəmi 1820,74 manat və 38,21 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan X1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində X1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasını cavabdeh X2 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 30000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə X1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binası ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Cavabdeh2 kredit öhdəliklərini müəyyən olunmuş qaydada və tam yerinə yetirmədiyinə görə, İddiaçı ASC iddia ərizəsi ilə Şamaxı rayon məhkəməsinə müraciət etmiş, Şamaxı rayon məhkəməsinin 09.07.2018-ci il tarixli 2(074)-41/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 10.06.2014 il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə 16907,21 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6300,73 manat məbləğində faiz borcu və 100 manat məbləğində dəbbə borcu, cəmi 23307,94 manat məbləğində pul və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasında (0,017517 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 53000 manat müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına cavabdehdən Cavabdeh2 10.06.2014 il tarixli, AXPT-0005 saylı baş kredit müqaviləsi üzrə cəmi 23307,94 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun iddiaçı ‘'Rabitəbank” ASC-yə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan, Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən qeyri yaşayış binasının (0,017517 ha torpaq sahəsi ilə birlikdə) ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmətinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan 10.06.2014 il tarixli, AXNPT-005 saylı müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə 09.07.2018-ci il tarixində çıxdığından, qətnamədə həmin tarixə qədər hesablanmış əsas, faiz və dəbbə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissəhissə icra edərək 27.04.2021-ci il tarixində ödəmişdir. Qətnamə çıxan tarixdən (09.07.2018-ci il), qətnamə üzrə borc icra olunan tarixə qədər isə (27.04.2021-ci il) əsas məbləğə faiz hesablanmışdır. Bu səbəbdən İddiaçı ASC 3 il ərzində gecikdirilmiş 23307,94 manat kredit borcunun illik 5 (beş) %-ni, yəni 1820,74 manat pulu əldən çıxmış fayda kimi cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, qətnamə qəbul edildikdən sonra onlar bankla borcun aylıq ödənilməsi ilə bağlı razılıq əldə etmişlər və həmin müddət ərzində isə borclarını tam ödəmişlər. Lakin İddiaçı ASC bir dəfə faiz hesablanmış borc məbləğinə təkrar faiz hesablamaqla süni borc yaratmışlar. Buna görədə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(074)-41/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 10.06.2014 il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə 16907,21 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6300,73 manat məbləğində faiz borcu və 100 manat məbləğində dəbbə borcu, cəmi 23307,94 manat məbləğində pul və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasına (0,017517 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 53000 manat müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 10.06.2014-cü il tarixli, AXNPT-0005 saylı baş kredit müqaviləsi üzrə cəmi 23307,94 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binası (0,017517 ha torpaq sahəsi ilə birlikdə) ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan 10.06.2014 il tarixli, AXNPT-0005 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması, Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 17.11.2021-ci il tarixə faiz borcu illik 5% əldən çıxmış fayda kimi 1820,74 manat borcu vardır. İş materiallarında olan 28.11.2018-ci il tarixli razılaşmadan görünür ki, borclu Cavabdeh1 banka olan 22311,34 manat məbləğində kredit borcundan ilkin olaraq 2320 manat məbləğində ödəniş etməklə qalıq 19991,34 manat məbləğində borcu 36 ay müddətində 35 ay 555 manat, sonuncu ay 566,34 manat ödəməyi öhdəsinə götürmüş, bank Şamaxı rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1 maddəsinə əsasən icrasız geri qaytarılması barədə məktubun razılaşma imzalandığı gündən 3 (üç) iş günü ərzində verilməsini öhdəsinə götürmüşdür. Razılaşmanın 4-cü bəndinə görə borclu bu razılaşmaya əsasən ödənişləri tam və gecikməsiz həyata keçirdiyi təqdirdə qətnamədən artıq sistem borcu Bank tərəfindən silinərək ləğv olunacaq və girov predmeti girovdan azad olunacaq. İş materiallarında olan 28.11.2018-ci il tarixli İddiaçı ASC-nin baş direktoru tərəfindən Şamaxı rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, borclu tərəfindən 09.07.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnamənin ödənilməsinə dair rəsmi razılıq müqaviləsi bağlandığına görə İcra haqqında Azərbaycan Respublikasının Qanununun 23.1.1 maddəsinə əsasən icra işinin məhkəməyə geri qaytarılması və görülmüş icra tədbirlərinin ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan 19 noyabr 2018-ci il tarixli İddiaçı ASC-nin Problemli kreditlər üzrə Kiçik kredit Komitəsinin İclasının 19112018PKKKK 689 saylı protokolundan görünür ki, Cavabdeh2 (10.06.2014-cü il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi) tərəfindən Şamaxı rayon məhkəməsinin 09.07.2018-ci il tarixli 2(074)-41/2018 saylı qətnaməsi üzrə 14538,21 AZN əsas, 6300,73 AZN faiz, 100 AZN dəbbə borcu, 61 AZN dövlət rüsumu, bank proqramı üzrə qalan 1311,40 AZN faiz borcu olmaqla, ümumilikdə 22311.34 AZN məbləğində borcdan ilkin olaraq 2320 AZN məbləğində vəsait ödənilməklə, qalan 19991.34 AZN məbləğində borcun 36 ay müddətinə, 35 ay hər ay 555 AZN, sonuncu ay 566.34 AZN olmaqla ödənilməsinə dair razılıq müqaviləsinin bağlanılması, razılıq müqaviləsi tam şəkildə icra olunduqdan sonra bank proqramı üzrə qalan 5900 AZN (məhkəmə tərəfindən təmin olunmayan hissə) məbləğində dəbbə borcu güzəşt olunaraq silinməsi və Cavabdeh1 məxsus Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində qeyri-yaşayış binasının girovdan azad edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.2-ci maddəsinə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 432.1-ci maddəsinə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından göründüyü məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflər həmin məbləğin 36 ay müddətində ödənilməsi barədə qarşılıqlı şəkildə razılığa gəlmişlər. Məhkəmə qətnaməsi ilə tutulan borc məbləği tərəflər arasında bağlanmış razılıqda nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən banka tam ödənilmişdir. Eyni zamanda iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən borcun tam ödənilməsinədək keçən vaxt ərzində cavabdehin məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmaqla bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından iş üzrə iddiaçının ödədiyi 38,21 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-162/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-162/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver