Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-183/2024 05.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2374 manat məbləğində sığorta ödənişi, “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2626 manat məbləğində sığorta ödənişi və X3 yüngül dərəcədə bədən xəsarətinə görə ödənilmiş 750 manat məbləğində sığorta ödənişi, ümumilikdə 5750 manat məbləğində sığorta ödənişi və ödənilmiş 77,90 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Qaz 33021” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 21074” markalı, “**- MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 yüngül dərəcədə bədən xəsarəti almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2374 manat, “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2626 manat, X3 yüngül dərəcəli xəsarətinə görə 750 manat, cəmi 5750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranıb. Məhkəmə iclasında iştirak edərək Cavabdeh iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun xəstəliyi var və qəfil xəstəliyi tutduğundan həmin qəza baş vermişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş lakin, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 056399 saylı sığorta aktından görünür ki, “Qaz 33021” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta olunmuşdur. Sığortalanmış avtomobil, xx.xx.2018-ci il tarixdə “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, “**- MR-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığortalı avtomobilin YNH-si zamanı X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750,00 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 056318 saylı sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə “Qaz 33021” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərə görə sığorta ödənişi 2374 manat təşkil etmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə “Qaz 33021” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərə görə sığorta ödənişi 2626 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11085 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X1 vurulan zərərə görə 750,00 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, PRP**********095 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərər görə 2374 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, PRP**********098 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərər görə 2626 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 3(074)-286/2018 nömrəli Şamaxı Rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib və 400 manat məbləğində cərimə edilməsi qərar alınmışdır. İş materiallarında olan 626 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspert rəyindən görünür ki, vətəndaş E.İ.Əsədovun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağının şişkinlik halında qançırı, sol kürək nahiyyəsinin, belin sol tış hissəsinin sıyrıqları bərk küt əşyalar təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2018-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin təsiri nəticəsində əmələ gələ bilərlər, dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, P3073/18 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcunu 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2028-ci il tarixdə tarixdə Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Qaz 33021” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. İddiaçı ASC tərəfindən X3 bədən xəsarətinə görə 750,00 manat, “Toyota Corolla” markalı, “**-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərə görə 2374 manat və “VAZ 21074” markalı, “**-MR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərə görə 2626 manat sığorta ödənişi edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(074)- 286/2018 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib və 400 manat məbləğində cərimə edilməsi qərar alınmışdır. Buna görə də İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 5750 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 77,90 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5750 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77,90 manat pul müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-183/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-183/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver