Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-259/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh “Toyota Rav 4” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat pulun və ödənilmiş 70,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2014-cü il tarixində “Vaz-2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Toyota Rav 4” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. X5 xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı müddəti keçmiş sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X1 vərəsələrinin olub-olmaması barədə müvafiq qaydada notariat orqanlarına sorğular verilmiş, xx.xx.2017-ci il tarixdə Şamaxı rayon notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən aydın olmuşdur ki. xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh Şamaxı şəhər, N.Nərimanov küçəsi, 78 saylı evin, 15 nömrəli mənzilindən 1/1 hissədə pay almışdır. Hesab edirlər ki, 5000 manat pul vərəsə kimi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və cavabdeh iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 016158 saylı sığorta aktından görünür ki, “Vaz-2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASCdə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək sığorta olunmuşdur. xx.xx.2014-cü il tarixdə sığortalanmış avtomobil “Toyoto Rav 4” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə dəymiş ziyana görə 5000 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 03 sentyabr 2014-cü il tarixli 15/1257-1 saylı arayışdan görünür ki, 02 sentyabr 2014-cü il tarixdə saat 08:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 123-cü km-də X5 idarə etdiyi Vaz 2103 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan vaxtı əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi Toyoto Rav 4 markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan AA 572862 saylı X3 məxsus olan sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə xx.xx.2003-cü il tarixdə verilmiş, xx.xx.2007-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 oktyabr 2014-cü il tarixli qərardan görünür ki, sürücü K.Q.Hüseynov müddəti keçmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcunu 10 günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X5 vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.9 kv/m, yaşayış sahəsi 32.9 kv/m olan mənzildən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2014cü il tarixdə X5 müddəti keçmiş sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyoto Rav 4 markalı” **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı ASC tərəfindən “Toyoto Rav 4 markalı” **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5000 manat sığorta ödənişi edilmişdir. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka dair Cavabdeh adına xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdeh X1 vərəsəsi Cavabdeh qarşı, subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 5000 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 70,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh oğlundan 5000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,40 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-259/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-259/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver