Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-517/2024 07.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə X8 idarə etdiyi "VAZ 21074" markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Ravon Nexia R3" markalı, “**-PH- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X8 vəfat etmiş, X16 az ağır dərəcəli xəsarət, X9 yüngül dərəcəli xəsarət və X15 yüngül dərəcəli xəsarət almaqla yanaşı, "Ravon Nexia R3" markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. X7 idarə etdiyi "VAZ 21074" markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" Sığorta Şirkəti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətndə sığortalanması "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi"nə əsasən öz əksini tapmışdır. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq xx.xx.2023-cü il tarixli, 12331 nömrəli ödəniş tapşırığına əsasən "Ravon Nexia R3" markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, "Ravon Nexia R3" markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7794 manat ziyan dəymişdir. Bildirmək istəyirlər ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X1 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. X2 rayon Məhkəməsinin 1(074)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin hadisə zamanı öldüyündən ona cəza təyin edilməmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli "X20 Hüququ Haqqında" Şəhadətnamədən aydın olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X5 qalmış Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD397664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: XTA**********3214, mühərrik nömrəsi: ******* və buraxılış ili 2009-cu il olan "VAZ 21074" minik markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən hər birinə 1/2 hissədə pay düşmüşdür. Hadisə nəticəsində zərərçəkənlər X12 bədən xəsarətinə görə 1500 manat, X9 bədən xəsarətinə görə 750 manat və X19 bədən xəsarətinə görə 750 manat, cəmi 3000 manat məbləğində sığorta ödənişi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair Şamaxı rayon Məhkəməsinin 2(074)-1252/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş O-AS-2024-0221 nörməli, xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclarını ödəməyi barədə xəbərdarlıq edilmiş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Hesab edirlər ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 2500 manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və cavabdehlər iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi"ndən görünür ki, X7 idarə etdiyi "VAZ 21074" markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan 123974 saylı sığorta aktından görünür ki, İddiaçı ASC-də xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta olunmuş “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Ravon Nexia R3” markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə dəymiş ziyana görə 2500 manat ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 1(074)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin hadisə zamanı öldüyündən ona cəza təyin edilməmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X8 nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmiş, onun sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X20 hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh1 və Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD397664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********3214, mühərrik nömrəsi ******* və buraxılış ili 2009-cu il olan “VAZ 21074” minik markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə X1 vəsiqəsi olmadan ayıq vəziyyətdə idarə etdiyi "VAZ 21074" markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobil "Ravon Nexia R3" markalı, “**-PH-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı ASC tərəfindən "Ravon Nexia R3" markalı, “**-PH-***”dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2500 manat sığorta ödənişi edilmişdir. Hadisə nəticəsində X8 ölmüşdür. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-38/2022 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236-1.1 maddəsi ilə təqsirli bilinib, hadisə zamanı öldüyündən ona cəza təyin edilməmişdir. Ondan miras qalmış əmlaka dair Cavabdeh2 və X4 adına xx.xx.2022-ci il tarixdə X20 hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan X7 vərəsələri Cavabdeh2 və X6 qarşı, subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh2 və X3 müştərək qaydada 2500 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 2500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat pul müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-517/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-517/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver