Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-750/2024 10.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E 270” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1269 manat məbləğində sığorta ödənişi və ödənilmiş 32.69 manat dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ-21063” markalı, “**-FC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E 270” markalı, “**-VJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş 100893 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, “**-FC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixli ƏN-İİ 594424 nömrəli etibarnaməyə əsasən, Cavabdeh “VAZ-21063” markalı, “**-FC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2028-ci ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Beləliklə hadisə zamanı o nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabata əsasən hadisə zamanı “Mercedes Benz E 270” markalı, “**-VJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1650 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta şirkəti ASC dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 10225 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz E 270” markalı, “90-cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını VJ-034” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 1650 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün ona qarşı subroqaasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(074)-378/2021 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Həmçinin şəxs verdiyi izahatda da sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsini təsdiq etmişdir. 1650 manat ödənişin 381 manat hissəsi Cavabdeh tərəfindən ödənilmişdir. Qalan 1269 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 100893 nömrəli sığorta aktının surətindən görünür ki, “VAZ-21063” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək İddiaçı Sığorta Şirkəti ASC-dən icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ-21063” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək, “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-378/2021 saylı, 17 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1650 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan ödəniş sənədindən görünür ki, “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, zərərin məbləği olaraq 1650 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənə ödənilmişdir. İş materiallarından görünür ki, 1650 manat sığorta ödənişinin 381 manat hissəsi Cavabdeh tərəfindən ödənilmiş, qalıq məbləğ 1269 manat təşkil etmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin əvəzinin subroqasiya qaydasında İddiaçı Sığorta şirkəti ASC-yə ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, zərərçəkən şəxsin ondan heç bir şikayəti və tələbi olmamış, ona görə də, subroqasiya qaydasında iddia tələbinin ona qarşı yönəldilməsi onun hüquqlarını pozur, həmçinin, iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən himayəsində 2 övladının olmasını, hər hansı bir gəlirinin olmamasını, ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla, dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ-21063” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək, “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Hadisə zamanı, Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1650 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş ödəniş tapşırığına əsasən, “Mercedes Benz E 270” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, zərərçəkənə 1650 manat sığorta ödənişi həyata keçirmişdir. 1650 manat sığorta ödənişinin 381 manat hissəsi Cavabdeh tərəfindən ödənilmiş, qalıq məbləğ 1269 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı, Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə, İddiaçı Sığorta Şirkətinin ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan, cavabdehdən 1269 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 32.69 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq, Cavabdeh 1269 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.69 manat pul tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-750/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-750/2024
10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver