Məhkəmə qərarları › İş №e-2(075)-1046/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1046/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1046/2023 22.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 aprel 1958-ci ildə anadan olmuş X6 09 iyul 1998-ci ildə Şəki rayonu, Şəki kəndində vəfat etməsi (ölüm) faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, onun mərhum bacısı X14 06 aprel 1958-ci ildə anadan olmuşdur. Daha sonra Məhbubə Vəliyeva səhhətində yaranan problemlər səbəbindən 09 iyul 1998-ci ildə vəfat etmiş və Şəki rayonu Şəki kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin müddətdə X8 ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Hazırda Ərizəçi Cəlaloviç torpağa dair çıxarış almaq üçün adiyyatı üzrə 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, həmin vaxtı sonuncuya mərhum bacısının adına ölüm haqqında şəhadətnamə tərtib edilmədiyi bildirilmişdir. Bundan sonra Ərizəçi Cəlaloviç Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurumdan verilən cavabda 09 iyul 1998-ci ildə Şəki rayonu, Şəki kəndində vəfat etmiş X7 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O, X2nı tanımışdır. Məhbubə də sağlığında onun qonşusu olmuşdur. X15 09 iyul 1998-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. X2 ruhi xəstəlikdən əziyyət çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Ərizəçi onun qohumudur. X2 onun atasının xalası qızı olmuşdur. X15 09 iyul 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum Şəki rayonu, Şəki kəndində vəfat etmişdir. O, mərhum vəfat edən zaman balaca uşaq olduğu üçün yas mərasimində iştirak etməmişdir. Lakin onun atası və anası mərhumun yas mərasimində iştirak etmişdilər. Məhbubə Vəliyeva ruhi xəstəlikdən əziyyət çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O, X2nı görməmişdir. Ancaq kənddən eşitdiklərinə görə məlumatı olmuşdur ki, Ərizəçi Məhbubə adlı bacısı olmuşdur. O, mərhumun yas mərasimində iştirak etməmişdir. Onun həyat yoldaşı mərhumun yas mərasimində iştirak etmişdir. Xatırladığına görə mərhum Məhbubə Vəliyeva 1998-ci ilin yay aylarında vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 may 1959-cu il tarixli, İİ-ХЯ 110831 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 aprel 1958-ci il təvəllüdlü X6 atası Vəliyev Cəlal, anası Vəliyeva Zarşandır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 avqust 1964-cü il tarixli, İİ-ХЯ 135858 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X30 Taşlanova arasında 03 avqust 1964-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 aprel 1965-ci il tarixli, İİ-ХЯ ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1965-ci il təvəllüdlü Ərizəçi Cəlaloviçin atası Vəliyev Cəlal, anası Vəliyeva Zarşandır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 iyun 1998-ci il tarixli, JN-331 KOD 40400068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayon aqrar islahat komissiyasının 16 dekabr 1997-ci il tarixli 41 nömrəli qərarı ilə gizcidə göstərilən sərhədlər daxilində X26, X8 1.41 ha torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 fevral 2004-cü il tarixli, AZ-İ 067993 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 12 fevral 2004-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 534 saylı arayışdan görünür ki, Ərizəçi Cəlaloviçin mərhum bacısı X1 qeydiyyatda olub, xx.xx.1998-ci il tarixdə Şəki rayon Şəki kəndində vəfat etmiş və Şəki kənd qəbiristanlığında dəfn olunmuşdur. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki RMXnin PHŞ-nin “Şəki kənd” həkim məntəqəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, arayışdan görünür ki, X19 mərhum bacısı 09 iyul 1998-ci il tarixdə Şəki rayonu Şəki kəndində vəfat etmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 05/Q-1339/70 saylı arayışdan görünür ki, xx.xx.1998-ci il tarixdə Şəki rayonu Şəki kəndində vəfat eymiş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1995-2001-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə 1999-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 114 saylı arayışdan görünür ki, X14 09 iyul 1998-ci il tarixdə vəfat etmişdir, onun vərəsələri mərhum atası X20, mərhum anası X18, bacısı X13, bacısı X16, qardaşı Ərizəçidir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 115 saylı arayışdan görünür ki, Şəki kənd sakini X14 09 iyul 1998-ci il tarixində vəfat etmiş, onun varisləri bacısı X13, bacısı X16, qardaşı Ərizəçidir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş X8 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X14 1959-cu ildə anadan olmuş, 1998-ci ildə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X14 Ərizəçi bacısı olmuşdur. O, 06 aprel 1958-ci ildə anadan olmuşdur. Ərizəçinin bacısı X14 09 iyul 1998-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 06 aprel 1958-ci il tarixdə anadan olmuş X6 09 iyul 1998-ci il tarixdə Şəki rayonu, Şəki kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 06 aprel 1958-ci il tarixdə anadan olmuş X6 09 iyul 1998-ci il tarixdə Şəki rayonu, Şəki kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar