Məhkəmə qərarları › İş №e-2(075)-1085/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1085/2023

01.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1085/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh X3, onun vəkili, həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 48.304 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 53.178 manat dəyərində mebel əşyalarının və ya onların dəyərinin, 19.350 manat dəyərində şəxsi istifadə etdiyi geyim əşyalarının və ya onların dəyərinin, Cavabdeh 76.223 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 1700 manat məbləğində borcun və hər iki cavabdehdən müştərək qaydada ödənilmiş 408 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh X2 48694 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 53633 manat dəyərində mebel əşyalarının və ya dəyərinin, 19350 manat dəyərində şəxsi geyim əşyalarının və ya dəyərinin, Cavabdeh 76223 manat dəyərində qızıl-zinət əşyalarının və ya dəyərinin, 1700 manat məbləğində borcun, eyni zamanda hər iki cavabdehdən müştərək qayda ödəilmiş 487 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 yanvar 2021-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan 01 noyabr 2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulmuşdur. Uzun müddərdir ki, ayrı yaşayırlar. Lakin nikahları pozulmamışdır. Şahin Calalov onun qayınatasıdır. O, ailə qurarkən ona cehiz olaraq verilmiş mebel dəsti və digər ev avadanlığı cavabdeh X13 şəhərində yerləşən evində qalmışdır. Dəfələrlə tələb etsə də, onun cehiz əşyalarını və ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarını könüllü qaytarmamışlar. Bu barədə mediasiya təşkilatına müraciət etsə də, hər iki cavabdeh mediasiya sessiyasında iştirak etməmişlər. Hazırda cavabdeh X5 qalan əmlakları yataq dəsti mebel (italiya istehsalı) dəyəri - 20.000 manat; stol və stullar (8 nəfərlik) (İtaliya istehsalı) dəyəri - 10.000 manat; divanlar və qonaq otağı dəstləri (İtaliya istehsalı) - dəyəri 8.000 manat; “LG” markalı palturyuyan maşın - dəyəri 800 manat; “LG” markalı soyuducu dəyəri 1.200 manat; çarpayı, 2 ədəd tumba, yataq dəsti, pərdə və döşək - dəyəri 3.750 manat; şifoner - dəyəri 1.000 manat; “LG” markalı televizor - dəyəri 2.000 manat; “LG” markalı qabyuyan maşın - dəyəri 1000 manat; çılçıraq 4 ədəd (hər birinin dəyəri 800 manat) - cəmi 3.200 manat; çilçıraq 2 ədəd (hər birinin dəyəri 600 manat) - cəmi 1.200 manat; çılçıraq 1ədəd - dəyəri 500 manat olmaqla, cəmi 52650 manat dəyərində cehiz əşyalarından ibarətdir. Ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları da hazırda cavabdeh Şahin Cəlalovdadır. Belə ki, onlar toydan bir neçə ay sonra Şəki şəhərinə qayınatasıgilə getmişlər. Orada qayınanası ona demişdir ki, gəlin üçün alınmış qızıl-zinət əşyaları qayınanada qalmalıdır, bu adətdədəndir. O, ilk öncə etiraz etmiş və əşyalarını verməmişdir. Sonradan Cavabdeh dəfələrlə israr etmiş və ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona aldıqları qızıl-zinət əşyalarını çıxararaq evdəki stolun üstünə qoymuşdur. X7 həmin əşyaları götürmüş və öz yataq otaqlarına aparmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, Mura Calalovdan dəfələrlə ona toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının alınaraq qaytarılmasını xahiş etmiş, lakin Murad hər dəfə “hələlil ananın qızıllarından müvəqqəti istifadə et, növbəti dəfə Şəkiyə qayıdanda onları da götürərsən, səndən alan yoxdur, onlar da sənindir” deyərək ona cavab vermişdir. Cavabdeh X2 tələb etdiyi qızıl-zinət əşyaları briliyant dəst (üzük, sırğa,klon və boyunbağı) 46 qram dəyəri - 15.840 manat; sırğa briliant 71 qram - dəyəri 7.810 manat; briliant qaşlı qızıl üzük 12 qram - dəyəri 3.220 manat; boyunbağı, braslet qızıl mirvari 16 qram - dəyəri 3.930 manat; mirvari qaşlı qızıl boyunbağı 4,2 qram - dəyəri 924 manat; tək qaşlı briliant sırğa 6,0 qram - dəyəri 1.780 manat; ağ qızıldan halqavari briliyant sırğa 24 qram - dəyəri 5.300 manat; “Emerald” markalı rəngli sırğa - dəyəri 2.750 manat; briliant qaşlı nişan üzüyü - dəyəri 970 manat; briliyant qaşlı üzük və sırğa - dəyəri 5.120 manat; qızıl boyunbağı və klon - dəyəri 660 manat olmaqla, cəmi 48.304 manat dəyərindədir. Bundan başqa Cavabdeh tələb etdiyi qızıl-zinət əşyaları şəbəkə braslet 41.0 qram - dəyəri 4.510 manat; ağ qızıldan üzük və sırğa 60,0 qram - dəyəri 6.600 manat; briliyant qaşlı sırğa - dəyəri 2.713 manat; tünd yaşıl qızıldan briliant sırğa 13 qram - dəyəri 3.600 manat; qızıl zəncirli saat 14 qram - dəyəri 12,320 manat; briliyant dəst (üzük, sırğa) 10.0 qram - dəyəri 1.940 manat; sırğa, qolbağı və üzük briliant qaşlı 44 qram - dəyəri 18.700 manat; briliant qaşlı qızıl üzük, sırğa, boyunbağı və klon 18 qram - dəyəri 25.840 manat olmaqla cəmi 76.223 manat dəyərindədir. O, Cavabdehla Bakı şəhərində yaşadıqları dövrdə anasına məxsus qızıl-zinət əşyalarından istifadə edirdi. Cavabdeh müxtəlif bəhanələrlə evdə söz-söhbət yaradırdı, münasibətləri normal deyildi. O, atası evində yaşayırdı. Cavabdeh ona zəng edərək yaxın qohumunun toyuna gedəcəklərini bildirmiş və təcili evə gəlməyini xahiş etmişdir. O, toya getmək üçün anasına məxsus qızılzinət əşyalarını çantasına qoyaraq yaşadığı mənzilə getmişdir. Mənzilə daxil olarkən Muradın onu aldatdığını, toya getmək fikrinin olmadığını görmüşdür. Bu zaman Murad, onun çantasını əlindən alaraq bütün qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra Murad evdən çıxıb getmişdir və onlar bir daha görüşməmişlər. Bundan başqa 27 mart 2021-ci il tarixdə Cavabdeh öz oturum icazəsini artırmaq üçün Almaniya Federativ Respublikasına gedərkən pulu yox idi. Murad ondan xahiş etmişdir ki, atasında borca pul alıb ona versin, qayıtdıqdan sonra borcunu qaytaracaqdır. O, atasından 1.000 ABŞ dolları alaraq ona vermişdir. Bu günədək həmin pul da ona qaytarılmamışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 25 iyul 2023-cü il tarixdə elektron məhkəmə sistemində yaradılan kabinet vasitəsi ilə məhkəməyə izahat təqdim edərək bildirmişdir ki, Cavabdehla 30 iyun 2020-ci ildə tanış olmuşam. Murad Almaniyada yaşayırdı. Ailə qurub Almaniyada yaşayacağını deyirdi. xx.xx.2020-ci il tarixində Murad Bakıya gəldi və tez bir zamanda evlənib toy edərək Almaniyaya qayıdacağını ona bildirmişdir. Karantin ayları idi, restoranlar bağlı idi və toy mərasimi keçirilməsi qadağan idi. Elçilik 19 dekabr 2020-ci il tarixdə oldu. Elçilikdə Muradın atası və anası iştrak etmişdi. 30 dekabr 2020-ci il tarixində onların evdə kiçik nişan oldu. Nişanda valideynləri onun valideynlərinə dedilər ki, Nərmin və Murad ailə qurandan sonra Almaniyaya köçəcəklər. Nişanda ona 1 nişan üzüyü və bir komplekt (sırğa və üzük) gətirmişdilər. Həmin əşyalar alınanda iştrak etməmişdi, çünki karantin olduğundan mağazalar bağlı idi. Murad ona demişdir ki, xalası qızıl mağazasında satıcıdır, onun mağazasından almışdır və hər ay hissə-hissə ödəniş edəcək. 31 dekabr 2020-ci ildə nişandan sonra, bibisi Zenfira, Murad və atası cehiz davası etməyə başladılar. Murad ona dedi ki, “atam evi təmir edib, evdə əşya yoxdur. Oturmağa stulumuz yoxdur. Bu adətdir. Camaat nə deyər? Mütləq evi doldurmaq lazımdır”. Qarşısına şərt qoydu ki, “evi doldurmalısınız, atam evin yarı hissəsini remont edib, evdəki köhnə əşyaları tullamışıq”. Ata-anası söz-söhbət olmasın deyə və ona xoş olsun deyə cehizlər almağa başladılar. Ona bir sıra cehiz əşyaları hələ evlənməmişdən əvvəl alınmışdı. Yaşadıqları mənzildə sıxlıq yaratmasın deyə həmin əşyaları qutularda atasının iş yerindəki anbarda saxlayırdılar. Murad ona ata evlərində çatışmayan nə lazımdırsa onlari dedi ki, “evimizdə 4 yataq otağı var, bir ədəd yataq dəsti və bir ədəd qonaq otağı dəsti (2 ədəd divan, kiçik masa, stol və stul) olmalıdır. Birdən evə Bakıdan qonaqlar gələr, otaq boş qalmasın və qonağın yatması üçün yer olsun. Mətbəx mebeli hazır yenidir və öncədən almışıq, sən mətbəx mebeli əvəzinə əlavə yataq dəsti aldır”. xx.xx.2021-ci il tarixindən cehizlər almağa başlamış, cehizləri online mağazalardan sifariş verərək alırdı. O, mağazadan şəkillərini çəkib Murada göndərirdi, o, şəkilləri ailəsinə göstərirdi, onlar bəyəndikdən sonra mebelləri, texniki əşyaları və çilçıraqları alırdılar. 05 yanvar 2020-ci il tarixdə aldıqları mebel və digər əşyaları 3 usta ilə birlikdə Muradgilin evində quraşdırılması üçün Şəki şəhərinə göndərmişdir. Atası mebellərin quraşdırılması zamanı ustalarla əlaqə saxlayır, hansı mebelin hansı otaqda quraşdırılmalı olacaqlarını onlara deyirdi. Evə girişdə qonaq otağı yerləşirdi. Girişdən sağ hissədə stol-stul yerləşdirilmişdi. Stol- stulun arxa hissəsində, lap evin başında bir ədəd divan və kiçik masa qoyuldu. Giriş qapısı ilə üzbəüz televizor quraşdırıldı və yanında divan qoyulmuşdu. Aldıqları texniki əşyalar qonaq otağının yanında yerləşən mətbəxdə quraşdırıldı (soyuducu, paltar yuyan maşın və qab yuyan maşın). Qonaq otağına 4 ədəd çıl-çıraq asıldı. Giriş qapısından sağ hissədə 4 yataq otağı var idi. Bir yataq otağı valideyinlərinin idi. Valideyinlərinin otağının yanındakı qonaqlar üçün yataq otağı idi. Bej rəngli yataq otağı mebeli o otaqda yerləşdirilmişdi. Çıl-çıraq, şifoner, 2 ədəd tumba, çarpayı, güzgülü komod quraşdırıldı. Digər yataq otağında ağ rəng mebel quraşdırıldı və çıl-çıraq asıldı. O, Şəkiyə gedəndə ağ rəngdə olan otağa öz əşyalarını yerləşdirmişdi (şifoner, 2 ədəd tumba, çarpayı). Bir gün sonra Murad ona demişdir ki, ’’Almaniyadan gəlməmişdən öncə mənim pulumu oğurlayıblar və ordan gələrkən üzərimdə çox az pul gətirmişəm və sənin gəlinlik pulunu, saç makiyaj, fotoqrafın, müvəqqəti tutduğum Həzi Aslanov metrosuna yaxın mənzilin kirayə pulunu ödəyə bilməyəcəm. Sən hamısını ödə, mən sənə Almaniyaya qayıdanda qaytaracam qəpiyinə kimi”. Kirayə ev pulu 400 manat idi. Kirayə ev dolu idi, heç bir mebelə ehtiyac yox idi. Murad sənəd işlərinin düzəlməsi üçün müvəqqəti Bakıda kirayə ev tutmuşdu. Yanvar ayının 11-də ata evindən gəlin köçmüşdür. Evdə 10 nəfərlə fotossesiya etdik və evdən çıxmışdır. Nikah 13 yanvarda bağlandı. 3 gün kirayələdikləri mənzildə yaşamışlar, daha sonra atası Şahin Calalov təzyiq etməyə başlamışdır ki, Şəkiyə gəlsinlər. 2020-ci ilin yanvar ayının 15-də Şəkiyə getmişlər. O, Muradgilin toy hədiyyəsi olaraq aldıqları qızılları və ailəsinin bu zamana kimi ona hədiyyə etdiklərindən bir neçə komplekt seçib aparmışdı və apardığı kimi geri qaytarmışdır. Evlərində 10 nəfərdən ibarət yığıncaq var idi. Yığıncaq qonaq otağında keçirilmişdi. Evin bir hissəsində təmir işləri gedirdi. O, evə girəndə aldıqları qonaq otağı mebelini görməmişdir. Muraddan soruşmuşdur ki, qonaq otağında olan mebellər hardadır. Murad da cavabınada evdə təmir işləri aparıldığından və quraşdırılan mebelləri müvəqqəti digər otağa yığmalı oldularını bildirmişdir. 05 fevral 2021 ci il tarixində Bakı şəhərinə qayıtmışlar və Həzi Aslanov metrostansiyasının yaxınlığındakı kirayə mənzilə getmişlər. Bakı şəhərinə qayıdan vaxtdan etibarən Muradla münasibətlərində soyuqluq yaranmışdı. Ondan pul tələb etməyə başlayırdı və ona bildirirdi ki, kirayə mənzilin pulun ödəyə bilmir və işləmədiyi üçün dolana bilmirlər. Murad onu məcbur edib, atasından kirayə pulunu aldırmışdır. Daha sonra kirayə mənzilin sahibi aylıq ödənişi 500 manata qaldırdı. Əlavə xərc olmasın deyə, atası özünə məxsus 2 otaqlı mənzili 10 gün ərzində təmir etdirdi, mənzilin açarını onlara verdi ki, köçərək həmin mənzildə yaşasınlar. Onlar atasının evinə köçdülər. Evdə ikisi yaşayırdılar, lakin heç cür yola getmirdilər. Mübahisələri Muradın atası səbəbli olurdu. Hər dəqiqə atası Muradı və onu kontrol edirdi və hər şənbə və bazar Şəkiyə çağırırdı. Mart ayının 11-də atasının təzyiqləri ilə Şəkiyə getmişlər. Şəkidə ailəsi ona boyunbağı və klon hədiyyə etmişdir. 3 gün sonra Bakıya qayıtmışlar. Şəkidən qayıdandan sonra, Murad, bir heftelik Almaniyaya qayıtmalı olduğunu, təcili oturma izninin vaxtını uzatmalı və sərhəddən keçməli olduğunu bildirmişdir. Bu səbəbdən atasından 1000 ABŞ dolları məbləğində borc almasını xahiş etmişdir. O da həmin məbləği atasından alaraq Murada vermişdir. Muradla münasibəti davamlı olaraq pozulurdu. Fiziki şiddət göstərməyə başlamışdı. Bir gün gecə saat 2-də onu evdən qovurdu. Əsəbindən onun qolumdan tutub bloka atdı və dedi ki, “çıx get atavın evinə” və bu zaman o, Murada ona demişdir ki, “bu ev mənim atamın və anamın evidir. Mən bu evdə doğulmuşam. Gedəsi olan sənsən. Özün çıx get hara istəyirsən.” Bu sözünə əsəbləşərək onu vurmağa başlamışdır. Evdə söz-söhbət yaranmasın deyə bu barədə ailəsinə deməmiş və 102 xidmətinə zəng etməmişdir. Hamilə idi və Murad müayinə üçün aylıq kontrollara pul vermirdi. Məcbur anasından pul istəyirdi. O, Muradla tanış olan gündən Almaniyaya getməyə razı idi, lakin Murad fikrini dəyişib Bakıda qalmaq istədiyini bildirdi. Bir dəfə Muradın anası Esmira, Şəkiyə getməmişdən öncə ona zəng edərək qonaq gedəcəklərini, qızılların hamısını özü ilə gətirərək taxmasını bildirmişdir. O, toy hədiyyəsi olaraq alınmış qızılları və özünə qızlıq vaxtı alınmış qızıl-zinət əşyalarını özü ilə götürərək Şəkiyə aparmışdır. Şəkidə qonaq getdilər və o, qızıl-zinət əşyalarını taxmışdır. Səhəri gün orada qayınanası ona demişdir ki, ’’sənin bütün qızıl-zinət əşyaların məndə qalmalıdır, bu adətdəndir”. O, ilk öncə etiraz etmiş və əşyalarını verməmişdir. Murad dəfələrlə israr etmişdir ki, anası düz deyir. Ona toy hədiyyəsi olaraq alınmış bütün qızıl-zinət əşyalarını və valideynlərinin ona illər boyu hədiyyə etdikləri qızıl-zinət əşyalarını çıxararaq əsəbi şəkildə istəməyərək evdəki stolun üstünə qoymuşdur. X7 həmin əşyaları qoyduğu qutunu götürmüş və öz yataq otaqlarına aparmışdır. Yalnız anasına məxsus qızıl komplekt onda qalmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, Muraddan dəfələrlə toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyalarının və valideynlərinin ona hədiyyə etdikləri qızıl-zinət əşyalarının alınaraq qaytarılmasını xahiş etmiş, Murad isə hər dəfə “öz ananın qızıllarından istifade et hələlik, növbəti dəfə Şəkiyə qayıdanda onları da götürərsən, səndən alan yoxdur, onlar da sənindir” deyərək onu sakitləşdirirdi. O, Bakıya qayıdanda anasından taxmaq üçün bəzi gündəlik zinət əşyaları götürmüşdür. May ayının sonlarında mübahisələr davam edirdi. Murad ondan təkidlə atamdan kart hesabına 10 000 avro vurmasını istəyirdi. Fiziki şiddət davam edirdi. Daha sonra Murad onu ailəsi ilə görüşməyə qoymurdu. Qapıdan çıxanda çöl qapını açarla bağlayıb işə gedirdi. İşdən sonra dostları ilə görüşürdü. 12 saat evdə tək qalırdı. İyun ayının 25-də Muradın atası onların Qəbələ rayonunda olan bağ evinə qonaq gəlmişdilər. X8 atasından Muradın Almaniyadakı kart hesabına 10000 avro pul vurmasını tələb etdi. Atası isə etiraz edərək onların bütün maddi-mənəvi ehtiyaclarını qarşıladığını, hər ay pul verdiyini, ev verdiyini, maşın verdiyini qeyd etmişdir. Bu zaman Muradın atası mübahisə etməyə başlamış və oradan çıxdıqdan sonra Murada zəng edərək onların evindən çıxmasını, həmin evdə qalmamasını bildirmişdir. Murad da əşyalarını toplayaraq evdən çıxmışdır. Daha sonra o, öz atasının evinə getmişdir. Bir müddət sonra Murad ona zəng edərək yaxın qohumunun toyuna gedəcəklərini bildirmiş və təcili evə gəlməsini xahiş etmişdir. O, toya getmək üçün müvafiq geyiminin və qızıl-zinət əşyalarının olmadığını bildirərək toya getməkdən imtina etmişdir. Murad bu toya getməyin vacib olduğunu, getməsə valideynlərinin inciyəcəklərini bildirərək onu razı salmışdır. O, atası evindəki paltarlarını və anasının qızıl-zinət əşyalarını da götürərək Muradın kirayə tutduğu mənzilə gəlmişdir. Mənzilə daxil olarkən Murad mənzildə tək olduğunu və toya gedəcək halının olmadığını hiss etmişdir. Murad onun üstünə acıqlı səslə qışqıraraq “niyə öz evində tapılmırsan?” demiş, əl çantasını əlindən alaraq çantadakı qızıl-zinət əşyalarını stolun üstünə tökmüş və həmin qızıl-zinət əşyalarını götürmüşdür. O, ilk öncə nə baş verdiyini anlamamış, Muradın sakitləşməsini gözləmişdir. Lakin bir azdan sonra Murad heç bir söz demədən, paltarını geyinərək və qızılları götürərək mənzildən çıxıb getmişdir. Sonradan onlar bir daha görüşməmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixində qızı Məryəm Hüseynova doğulmuş, uşağa aid bütün xərcləri özü qarşılamışdır. Cavabdeh və ailəsi uşağı görmək üçün heç bir cəhd göstərməmişlər. Cavabdeh 27 yanvar 2022-ci il tarixdə Sərhəd Xidmətinin sənədi əsasında xaricdə olduğunu bilmişdir. O, heç kimdən pul tələb etmir, yalnız özünə aid əşyaların məhkəmə yolu ilə verilməsini tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Muraddan tələb etdiyi qızıllar iddiaçının anasına məxsusdur. Həmin qızılları iddiaçının anası istifadə etmək üçün qızına vermişdir. İddiaçı da, həmin qızılları evə gətirmiş və Murad qızılları görtürərək qaçmışdır. Eyni zamanda 27 mart 2021-ci ildə Murad, Almaniyaya gedərkən iddiaçıdan 1000 ABŞ dolları məbləğində borc almış və həmin pulu qaytarmamışdır. İddiaçının Şahindən tələb etdiyi qızıllar isə cavabdehin Şəki şəhərindəki evində qalmışdır. Tələb etdiyi mebelləri də, özü almış və həmin evdə qalmışdır. Şahindən tələb etdiyi qızıllar isə toy ərəfəsində Muradın xalasının mağazasından satın alınmış və ona hədiyyə edilmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı onun oğlu ilə ailə quran ərəfədə Murad Almaniyada yaşayırdı. Aralarında olan razılığa əsasən iddiaçı da gəlin köçdükdən bir müddət sonra Almaniyaya köçərək Muradla bilrikdə yaşamalı idi. Ona görə də, iddiaçı tərəfindən tələb edilən cehiz əşyalarından yalnız hazırda ona məxsus evdə olan, iddiaçının gəlin köçdüyü otaqda "xxxx" MMC-dən alınan 1 ədəd 4 qapılı paltar dolabı, hansı ki, həmin dolabın dəyəri 560 manat təşkil edir, iddiaçının atasının sexində hazırlanan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd çılçıraq mövcuddur. Bu əşyaların da qiyməti iddia tələbində olduqca yüksək göstərilsə də, o, həmin əmlakların dəyərini mübahisələndirmir, çünki sözügedən əşyalar hazırda da ona məxsus evdədir və iddiaçıya həmin əşyaları qaytarmağa hazırdır. İddiaçının təkidi ilə oğlu Almaniyadan işdən çıxaraq ölkəyə qayıtmış və iddiaçı ilə birlikdə Bakı şəhərində kirayadə yaşamışlar. Oğlu ilə birlikdə Bakıya köçərkən iddiaçı, qeyd edilən əmlaklardan başqa özünə məxsus bütün qızıl-zinət əşyalarını və paltarlarını özü ilə aparmışdır. Gəlin köçərkən iddiaçının hansı qızıl-zinət əşyalarının olması barədə onda heç bir məlumat yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı Muradla birlikdə kirayadə yaşayan zaman Murad həmin evi tərk etmişdir. Yəni oğlu iddiaçını deyil, iddiaçı onun oğlunu evdən çıxarmışdır. Bundan başqa iddiaçının tələb etdiyi 1000 ABŞ dolları məbləğində borc pulu oğlu Murada iddiaçı deyil, məhz sonuncunun dostu Abid göndərmişdir. Ona görə də, iddianın yalnız qeyd etdiyi, onun evində olan mebel əşyalarına, çılçıraq və pərdəyə münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı X9 və Cavabdeh qarşı nişan-cehiz əşyaları tələbinə dair iddiasını qəbul etmir. Belə ki, iddia tələbinin əsasında heç bir mötəbər dəlillər dayanmır. Tələblər fantastik qiymətlərdən ibarət olmaqla yanaşı, həqiqəti əks etdirməyən tələblərdir. Bütün bunları məhkəmə iclaslarında iddiaçının nümayəndəsinin ona verilən suallara qeyridəqiq izahlar verməsi, iddiaçının özünün məhkəmə iclaslarına gəlməməsi, qeyri-səmimi izahatı, nikahdan əvvəlki tarixləri əks etdirən fotoşəkillər, vatsap yazışmalarının ekran görüntüləri bunu bir daha təsdiq edir. İddiaçının toy şəkillərinə nəzər yetirdikdə iddia ərizəsində sadalanan qızılların demək olar ki, əksəriyyətinin olmaması müəyyən edilir. Həmçinin tələb olunan qızılların, paltar, mebel və digər cehiz əşyalarının nə vaxt və hansı qiymətə alınmasına dair kassa-məxaric orderi də mövcud deyil. Vatsap yazışmalarına da nəzər yetirdikdə aydın olur ki, sonuncu dəfə Cavabdeh iddiaçı ilə Şəkidən Bakıya qayıdarkən getdikləri maşında qızılların xanımın özü tərəfindən həmin maşının baqajına qoyulması, Muradın bundan xəbərsiz olması, iddiaçıya irad bildirməsi və daha sonra Şəki şəhərinə gəlməmələri, elə məhz qızılların iddiaçının özündə qalmasını təsdiq edir. Qızılların zorla iddiaçıdan alınması da öz-özlüyündə aşkar iftiradır. Əgər belə hal olmuşdursa hüquqlarının müdafiəsi yolunu bilən iddiaçı hər halda polis orqanına müraciət edərdi. İddiaçının mebel tələbi ilə bağlı da göstərdikləri əsassızdır. Əvvəla fərqli kataloqlardan götürülmüş, həmçinin müxtəlif evlərdə çəkilmiş fotoşəkillər heç də iddiaçının cavabdehlərə məxsus evə gəlin gələrkən gətirdiyi və orada qaldığı güman edilən əmlakları əks etdirmir. İddia ərizəsində göstərilməsə də, lakin cavabdeh X6 məxsus evdə iddiaçıya aid bəzi əmlaklar mövcuddur. Həmin əmlakların istənilən vaxt gəlib götürülməsinə etiraz olmamış, hətta məhkəmə iclaslarında da əmlakların götürülməsi təklif edilmişdir. Sözügedən götürülməsi təklif edilən əmlaklar "xxxx" MMC-dən alınan 4 qapılı paltar dolabı; iddiaçının atasına məxsus NNN Mebel sexində hazırlanan dəmir çarpayı və 2 ədəd tumba; 1 ədəd təxminən 60-70 manat dəyərində çılçıraq; 1 pəncərə üçün tikilən pərdədən ibarətdir. Qeyd edilənlərdən əlavə, iddiaçıya aid heç bir əmlak, cehiz, qızıl-zinət əşyaları və paltar cavabdehlərdə olmamış və hazırda da yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 13 yanvar 2021-ci il tarixdə 04 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, qızıl-zinət əşyalarının orta bazar dəyəri 124527 manat, mebellərin dəyəri 44289 manat, çılçıraqların dəyəri 4377 manat, məişət əşyalarının dəyəri isə 4512 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, X9 və Cavabdeh isə iştirak etməmişlər. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli, 74 nömrəli qaimədən görünür ki, İddiaçı, pərakəndə satış distribyutorluğundan 560 manat dəyərində 4 qapılı paltar dolabı almışdır. İş materiallarına əlavə edilmiş 17 mart 2021-ci il tarixli köçürmə bildirişinin surətindən görünür ki, X1 Murad Şahin oğluna "xxxx" KB ASC-nin Şəki filialından 999.98 ABŞ dolları məbləğində pul göndərmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün məhkəmə İddiaçı gəlin köçdüyü, cavabdeh X6 məxsus evə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evdə, gəlin otağında 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdə mövcuddur. İddia tələbində göstərilən digər mebel əşyaları, soyuducu, televizor və sair aşkar olunmamışdır. Belə ki, evdə televizor, soyuducu, paltar yuyan olsa da, iddia tələbində göstərilən marka ilə uyğun deyil. Mebel əşyaları da, iddia tələbində göstərilən mebellərlə uyğunluq təşkil etmir. Həmçinin yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi də evdə mövcud olan 4 qapılı paltar dolabı, dəmir çarpayı və 2 ədəd tumba, 1 ədəd çılçıraq və 1 pəncərə üçün tikilən pərdədən başqa tələb edilən digər əşyaların bu evdə olmadığını qeyd etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh ilə 13 yanvar 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 01 noyabr 2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Onlar ailə qurduqları ilk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. İddiaçı azyaşlı uşağı ilə birlikdə atasının evində yaşayır. İddiaçı atasının evinə gedərkən ona cehiz olaraq verilmiş mebel dəsti, digər ev avadanlıqları və qızıl-zinət əşyaları cavabdehlərdə qaldığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlərlə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddiаçı iddiа ərizəsində göstərdiyi əşyаlаrının özünə məxsus olduğunа əsаslаnаrаq həmin əşyаlаrın cаvаbdehdən geri аlınmаsını tələb edir. Tərəflər аrаsındа yаrаnmış mübаhisə özgənin sаhibliyində olаn əmlаkın аlınmаsı üzrə yаrаnаn mübаhisədir. Onа görə də mübаhisə, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin mülkiyyətin müdаfiəsini tənzimləyən müddəаlаrı əsаsındа həll olunmаlıdır. İddiаnın hüquqi əsаsını təşkil edən Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.2-ci mаddəsinə görə mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci mаddəsinin mənаsınа görə, mülkiyyətçi özgənin qаnunsuz sаhibliyindən əmlаkını geri tələb edərkən, ilk növbədə qаytаrılmаsı tələb olunаn əşyаnın mülkiyyətçisi olduğunu, bundаn sonrа əşyаnın fаktiki olаrаq özgəsinin sаhibliyində olduğunu və nəhаyət özgəsinin əşyаyа sаhibliyinin hüquqi əsаsının olmаdığını sübut etməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 218.1-ci mаddəsinə əsаsən, qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə iddia tələbinin cavabdeh X2 tələb edilən qızıl-zinət əşyaları, geyim əşyaları və mebellərlə bağlı aşağıdakıları qeyd edir: İddiaçı ona toy hədiyyəsi olaraq verilmiş və özünə məxsus olan qızıl zinət əşyalarının cavabdeh X3 evində qaldığını, yəni Cavabdeh anasına verdiyini qeyd edir ki, bu hal iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarına olan “whatsapp” yazışmalarından da görünür ki, iddiaçı qızılları və pulları çantasına qoyduğunu, çantanın isə taksi kimi başa düşülən maşında qaldığını qeyd etmiş, Cavabdeh isə iddiaçıya irad bildirərək bir də, bu tərz əşyaları özü ilə götürməməsini qeyd edir. Bundan belə nəticə hasil olur ki, iddiaçının X2 tələb etdiyi qızıl-zinət əşyaları da cavabdehlərdə deyil, məhz İddiaçı özündə qalmışdır. Həmçinin İddiaçı, gələn köçdüyü evdən zorla və ya qəfil deyil, öz xoşu ilə çıxıb getmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçı gedərkən qızıl-zinət və geyim əşyalarını özü ilə aparmışdır. İddiaçı iddia tələbində qeyd etdiyi mebel əşyalarının, həmçinin paltaryuyan, televizor, çılçıraqların həqiqətən mövcud olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə məhkəmə tərəfindən cavabdeh X3 evinə baxış keçirilərkən iddiaçının gəlin köçdüyü otaqda 1 ədəd "xxxx" MMC-dən alınmış 4 qapılı dolabın, iddiaçının atasının mebel sexində hazırlandığı bildirilən çarpayı və 2 ədəd tumbanın, 1 ədəd çılçırağın və pərdənin mövcud olduğu müəyyən olunmuş və X9, həmin əşyaların qaytarılmasına heç bir maneə törətmədiyini bildirmişdir. Həmin əşyaların iddiaçıya məxsus olmasını baxışda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə da, təsdiq etmişdir. Eyni zamandan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının cavabdeh X6 məxsus evə gəlin köçərkən çəkilmiş video görüntülərdən də müəyyən olunur ki, iddaçının həqiqətən də məhkəmənin yerli baxışı zamanı müəyyən olunan əmlakları mövcud olmuş və hazırda da həmin otaqdadır. Cavabdeh isə qeyd edilən əmlakları iddiaçıya qaytarmağa etiraz etmir. Həmçinin məhkəmə iddia tələbinin digər Cavabdeh iddiaçının anasına məxsus qızılzinət əşyalarının alınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən onun əlindən alındığını iddia etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbində Cavabdeh 27 mart 2021-ci il tarixdə Almaniya Federativ Respublikasına gedərkən atasından pul alaraq 1000 ABŞ dolları məbləğində borc verdiyini iddia etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə bildirişindən müəyyən olunur ki, Cavabdeh iddiaçının qeyd etdiyi tarixdə deyil, 17 mart 2021-ci il tarixdə X10 tərəfindən 999.98 ABŞ dolları məbləğində pul göndərilmişdir. Məhkəmə iclası zamanı cavabdeh X9, pul göndərən həmin şəxsin Cavabdeh dostu olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş foto şəkillərdə müəyyən qızıl-zinət əşyalarının məvcudluğu əks olunsa da, məhz həmin qızılların cavabdehlərdə qalması, həmçinin tələb etdiyi digər mebel əşyalarının, cehiz əşyalarının və paltarların cavabdehlərdə qalmasını sübut etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 onun evində qalmış dəyəri 560 manat olan 1 ədəd 4 qapılı dolab, dəyəri 1369 manat olan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd 403 manat dəyərində çılçıraq naturada, olmadıqda həmin əşyaların dəyəri olan 2332 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 487 manat məbləğində dövlət rüsumunun 43.32 manatı cavabdeh X6, 443.68 manatı isə onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 onun evində qalmış dəyəri 560 manat olan 1 ədəd 4 qapılı dolab, dəyəri 1369 manat olan 1 ədəd çarpayı və 2 ədəd tumbadan ibarət yataq dəsti, pərdə və 1 ədəd 403 manat dəyərində çılçıraq naturada, olmadıqda həmin əşyaların dəyəri olan 2332 manat və 43.32 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 443.68 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar