Məhkəmə qərarları › İş №e-2(075)-1121/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1121/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1121/2023 06.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 03 iyun 2019-cu il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etməsi faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 30 mart 1936-cı il təvəllüdlü X1 03 iyun 2019-cu il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Qeyd edilən hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən anası Xatına vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədlərimi hazırlayarkən anasının ölüm haqqında şəhadətnamə olmadığı müəyyən edilmişdir. Anası Xatının ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, X1nın ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmad müəyyən edilmişdir. Ona görə də X1nın ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat verən Ərizəçi qızı tələbini müdafiə edərək izahatında göstərdi ki, X3 onun anasıdır. O 30 mart 1936-cı il tarixdə anadan olmuşdur. 03 iyun 2019cu il tarixdə vəfat etmişdir. Lakin çətin günlər keçirdiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hazırda mərhum X1nın ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır. X1 qardaşı ilə yaşayıb. Vəfat ehəm qohumu həm də qonşusudur. Rəhman anadan olduqdan 3 gün sonra xəstəlikdən vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 bildirdi ki, mərhum X3 onun xalasıdır. Xəstə olmuşdur. Ərizəçi ilə birlikdə yaşamışlar. 2019-cu ildə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X2 03 iyun 2019cu il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 06 aprel 2023-cü il tarixli, 3-16-5/8-15-718/23 nömrəli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1934-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2023-cü il tarixli, 244 nömrəli arayışdan görünür ki, A.Nüxəvi küçəsi, 1/19 saylı ünvanda yaşayan X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X10 Ərizəçi ünvanlanmış 10 aprel 2023-cü il tarixli, PHŞ-6-71/3-14-2023 nömrəli məktubundan görünür ki, 2019-cu il üzrə axtarış aparılmış X1nın ölümü barədə qeyd aşkar edilməmişdir. Ölüm aktının verilməsi mümkün olmamışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X2 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi anası 30 mart 1936-cı il tarixdə anadan olmuş X2 03 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası 30 mart 1936-cı il tarixdə anadan olmuş X2 03 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar