Məhkəmə qərarları › İş №e-2(075)-1128/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1128/2025

01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1128/2025 01.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi X1 və nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş və xx.xx.1983-cü il tarixdə ölmüş X12 oğlunun ölüm faktının təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Abdullayeva Büllur Ələkbər qızı xx.xx.1957-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Mərhum əri X13 oğlu isə xx.xx.1956-cı il tarixdə Şəki rayonunda anadan olmuşdur. Nikahları xx.xx.1980-cı il tarixdə Şəki şəhəri VVAQ şöbəsində qeydiyyata alınmışdır. X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Onların birgə nikahlarından xx.xx.1981-ci il tarixdə X6 adında övladları olmuşdur. Lakin xx.xx.1983-cü il tarixdə Teymur Abdullayev ölmüşdür. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək mərhum oğlu X2 ölümünün qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin arayışında qeyd edilmişdir ki, 1983-cü il tarixdə Şəki şəhərində ölmüş X12 oğlunun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm m haqqında akt qeydi kitabları 1981-1986-cı illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1984-xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X11 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - 11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı məktubda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyil. Qeyd edilənlərə əsasən X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. - 09.04.2024-cü il tarixli AZ-İİ № 424860 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli 3-16-5/8-A-69-165/2024 nömrəli arayışdan görünür ki, 1983cü ildə Şəki şəhərində vəfat etmiş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1981-1986-cı illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1984xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. - 12.11.1981-ci il tarixli VH-ЖГ № 467176 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X2 atası X8, anası Ərizəçidır. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-71/2- 825/2025 saylı məktubundan görünür ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş xx.xx.1981ci il tarixdə vəfat etmiş X2 ölümü barədə hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. - 14.03.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşının yoldaşıdır. X9 1981-ci ildə anadan olmuşdur. Təxminən iki yaşı olanda 1983-cü ildə vəfat etmişdir. Uşaq xəstəlikdən vəfat etmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Fətəliyeva Gülnaz baxış qızı ifadəsində bildirmişdir ki, o, Ərizəçi baldızıdır. X9 1981-ci ildə anadan olmuşdur. Təxminən iki yaşı olanda 1983-cü ildə vəfat etmişdir. Həmin vaxt o da orada olmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi oğlu X6 xx.xx.1981-ci il tarixdə anadan olmuş, 1983-cü il tarixdə vəfat etmişdir. X2 1983-cü il tarixdə vəfat etməsi arayışla, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona oğlunun ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, mərhum ərzindən qalmış daşınmaz əmlaka vərəsəlik qaydasında şəhadətnamə ala bilmirlər. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi eyni zamanda tələbində mərhum X2 20 dekabr 1983-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etsə də, X2 həqiqətən də, 20 dekabr tarixində vəfat etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, şahid ifadələri ilə mərhumun 1983-cü il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən təmin edilməli, 4 sentyabr 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş oğlu X2 1983-cü il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəm həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 4 sentyabr 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş oğlu X2 1983-cü il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar