Məhkəmə qərarları › İş №e-2(075)-1191/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1191/2023

01.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1191/2023 01.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞŞ-MT-018/2023-00092 saylı barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mən Maraqlı şəxs1 birgə nikahdan xx.xx.2019-cU il tarixdə Hüseyn adlı övladları olmuşdur. F.Səmədovla ailə qurduqları ilk dövrlərdən münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındaki mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə MŞŞ-MT-018/2023-00092 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər nikahın məhkəmə qaydasında pozulmasına, azyaşlı uşaqları Hüseynin onun himayəsində saxlanmasına, xx.xx.2023-cü il tarixdən hesablanmaq şərti ilə həy ay uşağın saxlanması üçün 180 manat alimentin ödənilməsinə və uşaqla Maraqlı şəxs1 ünsiyyətinə razılıq əldə etmişlər. Nikahın pozulması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmə onlara barışıq üçün 3 ay vaxt təyin etmişdir. Lakin həmin tarixdən təxminən 2 aydan çox keçməsinə baxmayaraq Maraqlı şəxs1 aliment ödəmir və barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 17 fevral 2023-cü il tarixli, MŞŞ-MT-018/2023-00092 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan anadan olmuş uşaqları – 28 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment hər növbəti birinci beş günlüyündə Maraqlı şəxs1 tutularaq Ərizəçi ödəməsini öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X2 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında 17 fevral 2023-cü il tarixli, MŞŞ-MT-018/2023- 00092 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. 2.3. Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan anadan olmuş uşaqları – 28 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment hər növbəti birinci beş günlüyündə Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar