Məhkəmə qərarları › İş №e-2(075)-1194/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1194/2023

25.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1194/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 27 may 2020-ci il tarixdə Şəki rayonu Baltalı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, onun mərhum anası X5 27 may 2020-ci ildə vəfat etmişdir. Anası vəfat edərkən onlar anasının ölməsi barədə Şəki şəhər İcra Hakimiyyətinin Baltalı kənd İcra nümayəndəliyinə məlumat vermişlər. İcra nümayəndəsi bildirmişdir ki, ölümün qeydiyyatını özü aparacaqdır. Ona görə də anasının ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Azərbaycan Respublikasında torpaq islahatı gedən zaman hamıya olduğu kimi mərhum anasına da torpaq payı verilmiş və bu barədə müvafiq dövlət aktı verilmişdir. O, anasından miras qalmış torpaq sahəsinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də notarius ölüm haqqında şəhadətnamə olmadığından bundan imtina etmişdir. Anasının ölüm faktı qeydə alınmadığından mirası qəbul etmək üçün mənə maneələr yaradır. O, anası X2 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, o, X1nın bacısıdır. Mərhum bacısı xərçəng xəstəliyindən əziyyət çəkmiş, xəstəlik səbəbli vəfat etmişdir. Mərhum 27 may 2020-ci il tarixdə vəfat etmişdir. Bacısının yas mərasimində iştirak etmişdir. Mərhum bacısını Şəki rayonu Baltalı kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, o, Ərizəçi xalasıdır. X1 onun bacısıdır. Bildirmişdir ki, X1 1972-ci ilin yanvar ayında anadan olmuşdur. X1 2020-ci ilin may ayının 27-si vəfat etmiş, mayın 28-i dəfn etmişlər. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum bacısı xərçəng xəstəliyindən əzab çəkmişdir. Bacısının başında xərçəng olmuşdur. Xəstəlik səbəbli vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 noyabr 2016-cı il tarixli, AZ-T 018176 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü X4 atası X15, anası X3r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Şəki RMX” X26 14 fevral 2023-cü il tarixli, 62/2 saylı ölüm aktının verilməsi barədə məlumatından görünür ki, mərhumun vəfat etdiyi il üzrə qeydiyyat kitablarında axtarış aparılmış X5 barəsində ölüm qeydi aşkar edilməmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 fevral 2003-cü il tarixli, İİ-AZ 040071 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə X7 arasında 04 fevral 2003-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra aravada Musayeva soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 may 2019-cu il tarixli, AZ-İİ 020169 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 18 aprel 2019-cu il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 337 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli, AZ-İİ 413816 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X14 arasında 16 oktyabr 2020-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1614 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra aravada Rəcəbova soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.1972-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmiş, həmçinin Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsinin 10 fevral 2023-cü il tarixli, 3-16-5/8-70-228/23 saylı arayışından görünür ki, xx.xx.2020-ci ildə Şəki rayonu Baltalı kəndində vəfat etmiş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 2017-2023-cü illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə 2021-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş JN-183, KOD 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayon aqrar islahat komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarı ilə X10, X8, X6, X11 və X12 gizcidə göstərilən sərhəd daxilində 3.07 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baltalı kənd İƏD üzrə nümayəndəliyinin 25 iyun 2023cü il tarixli, 21 saylı məktubundan görünür ki, Baltalı kəndində qeydiyyatda olmuş X5 xx.xx.2020-ci il tarixdə Baltalı kəndində öz evində vəfat etmişdir və Baltalı kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan 25 iyun 2023-cü il tarixli aktdan görünür ki, Baltalı kənd sakini X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Baltalı kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan mərhum Kəmalə Musayevaya məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X5 qızı 02 yanvar 1972-ci il tarixdə anadan olmuş, 28 may 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X5 Ərizəçi anası olmuşdur. O, 02 yanvar 1972-ci ildə anadan olmuşdur. Ərizəçinin anası X5 27 may 2020-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X2 27 may 2020-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 27 may 2020-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar