Məhkəmə qərarları › İş №e-2(075)-1217/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1217/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1217/2024 30.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 31 may 1998-ci il tarixdə Şəki şəhərində vəfat etməsi (ölüm) faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1929-cu il təvəllüdlü atası X5 31 may 1998-ci il tarixdə vəfat etmişdir. Mülkiyyət hüququ ilə atasına məxsus olmuş və yaşadığı fərdi yaşayış evinə vərəsəlik qaydasında miras hüququnun qeydiyyata alınması ilə bağlı zəruri sənədləşmə işləri aparan zaman Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli və Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktublarından atasının ölməsi ilə bağlı ölüm haqqında qeydin aşkar olunmadığı və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə mürciət etməli olduğu məlum olmuşdur. Odur ki, ölüm faktının təsdiq edən başqa üsul olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, atasının rəhmətə getdiyini şahidlər X4 və X3 təsdiq edə bilər. Bundan əlavə atası el adəti ilə xx.xx.1998-ci il tarixdə yaşadıqları yerə ən yaxın qəbirstanlıqda dəfn edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi bildirdi ki, X5 onun atasıdır. Ölüm faktının təsdiq edilməsi vərəsəlik işinin açılması üçün lazımdır. Belə ki qeydiyyat şöbəsinə müraciət edən zaman ona məhkəmə qaydasında ölüm faktının təsdiq edilməsi deyilmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun kiçik qardaşıdır. X5 isə onun atasıdır. 1998 ci il 31 may tarixində vəfat edib. El adəti ilə evlərinin yaxınlığındakı qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun kiçik qardaşıdır. X5 isə onun atasıdır. Atalarından qalan evdə kiçik qardaşları Ərizəçi qalır. Ev üçün su xəttini çəkmək istəyən zaman ondan atalarının ölüm kağızı istənilmişdir. Lakin bu sənəd onlarda olmadığından təqdim edə bilməmişdir. İşin halları Azərbaycan Respublikası Şəki Regional” ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-A- 2387/2023 №-li arayışdan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1995-2001-ci illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə 1999-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 Ərizəçi ünvanladığı 03 may 2024-cü il tarixli 18-1-71/2-A-156xx-xx/2024 nömrəli məktubundan görünür ki, X5 xx.xx.1998-ci il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16 müraciət edilməmiş və hər-hansı qeyd aparılmamışdır. Odur ki, ölüm ərizədə göstərdiyi ölüm aktının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki şəhəri Nöyülbulaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 569 nömrəli arayışda göstərilmişdir ki, X5 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və onun qəbri X13 yaxınlığındakı qəbiristanlıqda yerləşir. Azərbaycan SSR Şəki şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1943-cü il tarixli 322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1929-cu il tarixdə anadan olmuşdur. Azərbaycan SSR Şəki şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli 1269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Azərbaycan SSR tərəfindən təqdim edilmiş 8578 nömrəli texniki pasportdan görünür ki, ev 1959-cu ildə X2 mülkiyyətinə keçməklə ona məxsus olub İş materiallarına əlavə olunmuş X1 qəbrinin foto şəkillərindən görünür ki, X5 1998-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-A-15-97/208 nömrəli xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölümün qeydiyyatının aparılması şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı əsasında təqdim edilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X2 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1929-cu ildə anadan olmuş X5 31 may 1998-ci ildə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1929-cu ildə anadan olmuş X5 31 may 1998-ci ildə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar