Məhkəmə qərarları › İş №e-2(075)-1225/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1225/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1225/2024 23.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X4maqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X4maqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı ildə Ağstafa rayonunda anadan olmuş Maraqlı şəxs2 Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində xx.xx.2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Ağstafa rayonunda anadan olmuş və Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 84-də qeydiyyatda olmuş Maraqlı şəxs2 ilə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş və onların 25 yanvar 2011-ci il təvəllüdlü X8 adında bir övladları anadan olmuşdur. Novruz uşağa atalıq vermiş və bu 5 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə ilə təsdiq olunmuş və onun əsasında uşağın adına doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan Maraqlı şəxs2 ilə münasibətləri pozulmuş, o, Şəki Rayon Məhkəməsinin 2(075)-355/2013 saylı qətnaməsi ilə ondan uşağın saxlanılması üçün hər aya 65 manat alimentin tutulması qət edilmişdir. Lakin Maraqlı şəxs2 alimenti ödəməmiş və Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış işi açılmış, Maraqlı şəxs2 Azərbaycan hüdudlarından kənarda olması müəyyən edilmişdir. Maraqlı şəxs2 Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşamış və o, xx.xx.2023-cü ildə yaşadığı Dərbənd şəhərində vəfat etmiş, onun meyidi Dərbənd şəhər MKX-na aparılmış və xx.xx.2023-cü ildə aparılmış müayinə nəticəsində onun ürəyin işemik xəstəliyindən ölməsi müəyyən edilmişdir. Bu barədə Dağıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə Tibbi Ekspertiza bürosu tərəfindən xx.xx.2023-cü il tarixli 54 nömrəli arayışı da vardır. Maraqlı şəxs2 Dərbənd şəhər Qəbiristanlığında dəfn olunmuş və bu barədə onun həmin şəhərdə yaşayan tanışı qəbrin foto şəklini, MTE-nın arayışını, mərhuma məxsus olan sənədləri (pasportunu, şəxsiyyət vəsiqəsinin əslini, doğum şəhadətnaməsini və s.) ona göndərmişdir. Maraqlı şəxs2 oğlunun atasıdır və onun ölümü ilə bağlı azyaşlı övladına ailə başçısını itirməyə görə müavinət almaq hüququ yaranmışdır. Bunun üçün ona AR ƏƏSMN-nin DSMF tərəfindən bildirilmişdir ki, Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsi təqdim edilməlidir. O, həmin şəhadətnamənin verilməsi ilə bağlı 5 saylı Bakı şəhər Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs2 ölümü ilə bağlı tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, ona izah olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətİndə qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X7 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Dağıstan Respublikası Səhiyyə Nazirliyi Dövlət Büdcəli Müəssisə Respublika Məhkəmə-Tibbi Ekspertiza Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Azərbaycan Respublikasında yaşamış Maraqlı şəxs2 Aslan oğlunun meyiti Dərbənd şəhəri, MKX-nin meyitxanasına daxil olmuşdur. xx.xx.2023cü il tarixində meyitin məhkəmə-tibbi tədqiqatı aparılmışdır. Diaqnoz olaraq ürəyin işemik xəstəliyi təyin edilmişdir. - Maraqlı şəxs2 qəbir və baş daşı rəsmindən görünür ki, o, xx.xx.1966-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - 30 mart 1966-cı il tarixli, АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs2 atası X9, anası X6r. - 09 fevral 2011-ci il tarixli, А-İİ 515839 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 yanvar 2011-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs2, anası Ərizəçidır. - 5 saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 5 saylı Bakı “Asan Xidmət” X3 Maraqlı şəxs2 ölümünün qeydə alınması mümkün deyildir. Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 175921 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 X1 atası hesab edilmişdir. - xx.xx.2019-cu il tarixli C02704566 nömrəli ümumvətəndaş pasportundan görünür ki, Maraqlı şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası hüdudlarından kənara xx.xx.2021-ci il tarixdə çıxmışdır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçinin oğlunun atası Maraqlı şəxs2 21 may 1966-cı il tarixdə anadan olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs2 Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində xx.xx.2023-cü ildə ölməsi arayışla, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona Maraqlı şəxs2 ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onların xx.xx.2011-ci il təvəllüdlü X8 adında övladları var. Maraqlı şəxs2 vəfat etdiyindən və ölüm haqqında şəhadətnaməsi olmadığından övladını ölkə hüquqlarından kənara çıxara bilmir, həmçinin başqa prosedurlarda da ona çətinliklər yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.1966-cı ildə Ağstafa rayonunda anadan olmuş Maraqlı şəxs2 Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində xx.xx.2023-cü ildə ölməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.1966-cı ildə Ağstafa rayonunda anadan olmuş Maraqlı şəxs2 Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində xx.xx.2023-cü ildə ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar