Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1239/2024 06.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanda yaşamış X1 xx.xx.2017-ci il tarixdə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmisi X5 xx.xx.1941-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə qeydiyyat üzrə yaşadığı ünvanda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin vəziyyət keçirdiklərindən mərhum əmisinə ölüm haqqında şəhadətnamə almaq ağıllarına gəlməmişdir. Artıq müəyyən müddət keçdikdən sonra mərhum əmisi X1 ölüm şəhadətnaməsinə zərurət yaranmışdır. X3 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə və “Şəki RMX”-sı PHŞ-ə müraciət etmişdir. Lakin, mərhum əmisi X1 ölümü barədə lazimi orqanlara müraciət olunmadığından Şəki Rayon Qeydiyyat Şöbəsində və “Şəki RMX”-sı PHŞ-də hər-hansı qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Ona görə də əmisi X1 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi bildirdi ki, X5 onun əmisidir. Əmisi ailəli olmayıb. Evləri köhnə evdir və əmisinin adınadır. Ev alınan zaman sənədləşmə işləri əmisinin adına olduğundan ev onun adına rəsmiləşdirilib. Əmisi vəfat etdiyinə görə indi evi öz adına keçirmək istəyir. Lakin bunun üçün ölüm kağızını əldə edə bilmir. Ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. Mərhum onun əmisi olub və o 2007-ci ilin sentyabr ayında vəfat etmişdir. Əvvəllər Özbəkistan, Türkmənistan və Rusiyada yaşayıb. Ölümünə yaxın Azərbaycana gəlib. Əmisigilin evdən dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı oğludur. Əli isə onun dayısı olub. Dayısının adına torpaq sahəsi var. Qasım da həmin evi adına rəsmiləşdirmək istəyir. Dayısının ölüm gününü dəqiq xatırlamasa da təxminən 2017-ci il sentyabr ayında olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Əli isə onun əmisi olub. Əmisi ailə həyatı qurmayıb. Özbəkistanda yaşamış orada ticarət ilə məşğul olmuşdur. Azərbaycana qayıtdıqdan sonra 1 il müddətində onlarla qalmış və əmisinə də özü baxmışdır. 2017-ci ilin sentyabr ayında vəfat etmişdir. İşin halları Azərbaycan Respublikası Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-M- 670/2024 nömrəli arayışdan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 2014-2020-ci illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə xx.xx.2018-xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-993/2024 nömrəli arayışdan görünür ki, X1 nikah haqqında akt qeydi məlumatın müəyyən edilməsi "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti yanında “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 94 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1941-ci il tarixdə anadan olmuş xx.xx.2017-ci ildə ölmüşdür. Fotoşəkildən görünür ki, X5 xx.xx.1941-ci il tarixdə anadan olmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydindən görünür ki, 21-ci rayon Sarabski küçəsi 2 ev 1 ünvanında yerləşən ev X1 mülkiyyətindədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Sarabski küçəsi ev 1 ünvanında yerləşən ev X3 məxsusdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 35 nömrəli məktubundan görünür ki, mərhum X5 ev şəraitində dünyasını dəyişərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Odur ki, mərhum əri X3 ölüm kağızının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Şəki Regional” ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 3-16-5/8-15-M-670-/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarıın reyestri xidmətinin arxivində, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Odur ki, X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X1 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1941-ci il tarixdə anadan olmuş X5 xx.xx.2017-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə anadan olmuş X5 xx.xx.2017-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1239/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1239/2024
06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver