Məhkəmə qərarları › İş №e-2(075)-1267/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1267/2022

31.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1267/2022 31.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 08 noyabr 2021-ci il tarixdə bağlanmış 2021- 005170 nömrəli barışıq sazişinin 2.1.1-ci bəndinin (bir uşaq üçün 150 manat olmaqla iki uşaq üçün cəmi 300 manat alimentin ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs ilə 22 avqust 2003cü ildə nikahlarını Bakı şəhəri, Sabunçu rayon VVADQ şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 23 noyabr 2004-cü ildə Gülnar və 18 yanvar 2006-cı il tarixdə isə Xumar adlı uşaqları doğulmuşdur. Uşaqlardan Gülnar 20 mart 2008-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişdir. Bundan sonra Maraqlı şəxs ilə münasibətləri alınmadığından ayrılmış, Maraqlı şəxs ərizəsi əsasında Şəki Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(075)-65/2011 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 18 yanvar 2006-cı il təvəllüdlü X3 onun himayəsində saxlanması, Maraqlı şəxs hər ay 50 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bir müddət Maraqlı şəxs ilə ayrı yaşasalar da sonradan faktiki ailə münasibətlərini bərpa etmiş və bir yerdə yaşamağa davam etmişlər. Həmin faktiki ailə münasibətindən 11 yanvar 2012-ci ildə X4 adlı bir uşaqları dünyaya gəlmişdir. Bundan sonra 2021-ci ilə kimi Maraqlı şəxs ilə faktiki ailə münasibətlərində olmuş və bir yerdə yaşamışlar. 2021-ci ildə isə Maraqlı şəxs ilə münasibətləri kəskinləşdiyindən və faktiki ailənin saxlanılması mümkün olmadığından o, sonuncudan ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Maraqlı şəxs ayrıldıqdan sonra uşaqları ilə maraqlanmadığından, onların saxlanılmasında hər hansı bir köməklik göstərmədiyindən uşaqlarının saxlanılması üçün sonuncudan aliment tələb etmək məcburiyyətində qalmışdır. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfindən məcburi mediasiya prosesi başladılmış və Maraqlı şəxs ilə aralarında mediator X7 tərəfindən 08 noyabr 2021-ci il tarixdə 2021-005170 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1.1-ci bəndinin şərtinə əsasən onunla Maraqlı şəxs birgə nikahlarından anadan olmuş uşaqları – 18 yanvar 2006-cı il təvəllüdlü X2 və 11 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci ildən hesablanmaqla hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən ona ödənilməsi razılaşdırılmışdır. Lakin həmin tarixdən təxminən 6 aydan çox keçməsinə baxmayaraq Maraqlı şəxs azyaşlı uşaqlarının saxlanması üçün ödəməyi öhdəsinə götürdüyü alimenti vaxtı-vaxtında ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirir. Hər dəfə alimentin ödənilməsi üçün sonuncuya zəng etdikdə müxtəlif təhqir və təzyiqlərə məruz qalır. Hazırkı dövrdə uşaqların saxlanılması üçün kifayət qədər məbləğ tələb edilir ki, o da heç bir yerdə işləmədiyindən tərəfindən həmin xərclərin qarşılanması mümkün olmur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda Maraqlı şəxs 340 manat aliment borcu vardır. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, uşaqları ilə tez-tez görüşür. Təyin edilmiş alimenti uşaqlarla razılaşdıraraq imkanı olduğu həcmdə ödəyir. Bununla bağlı ödəniş qəbzləri də mövcuddur. Hazırda nə qədər aliment borcu qaldığını dəqiq deyə bilmir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Ərizəçi ilə Maraqlı şəxs arasında 08 noyabr 2021-ci il tarixdə mediasiya qaydasında imzalanmış 2021-005170 nömrəli barışıq sazişinin “Barışığın şərtləri” adlanan 2.1.1-ci maddəsindən görünür ki; 2.1.1. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş uşaqları – 18 yanvar 2006-cı il təvəllüdlü X2 və 11 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci ildən hesablanmaqla hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı ver, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu ver üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında qanun”un 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi tərəflər arasında 08 noyabr 2021-ci il tarixdə mediasiya qaydasında bağlanmış 2021-005170 saylı barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin alimentlə bağlı 2.1.1-ci bəndinin şərtləri könüllü qaydada tam şəkildə icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi 08 noyabr 2021-ci il tarixdə bağlanmış 2021-005170 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin 2.1.1-ci maddəsinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 08 noyabr 2021-ci il tarixdə bağlanmış 2021- 005170 saylı barışıq sazişinin aşağıdakı məzmunda 2.1.1-ci bəndi təsdiq edilsin: “2.1.1. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş uşaqları – 18 yanvar 2006-cı il təvəllüdlü X2 və 11 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci ildən hesablanmaqla hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürür”. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar