Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1299/2025 29.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş və 1992-ci il tarixdə ölmüş X6 ölüm faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1964-cü il tarixdə Şəki rayonunda andan olmuşdur. xx.xx.1986-cı il tarixdə X11 ilə ailə həyatı qurmuşdur. X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Mərhum əri ilə birgə nikahdan onların 1991-ci il tarixdə X12 adında övladları olmuşdur. X1 1992-ci il tarixdə doqquz aylıq olanda ölmüşdür. Lakin bu günə kimi ona ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, X24 xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. (Əsas: Ölüm haqqında akt qeydi kitabları 1991-1995-ci illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1992-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır.) Bundan sonra onlar bununla bağlı Azərbaycan Respublikası X24 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət edərək 1992-ci il tarixdə ölmüş X6 ölümünün qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası X24 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə qeyd edilmişdir ki, X6 ölümü barədə sənəd təqdim edilmədiyinə görə onun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də X6 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X17 məhkəmə iclasında izahat verərək qanunauyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - 28.09.191-ci il tarixli 1261 nömrəli doğum akt qeydindən görünür ki, X12 01.09.191ci il tarixdə anadan olmuş, atası X11, anası JƏrizəçidır. - Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli X-187 saylı qərardan görünür ki, vərəsələr dairəsinə daxil olan X7 övladı X6 ölüm haqqında şəhadətnaməsi aşkar edilməmişdir. - Hüququn ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışdan görünür ki, Şəki şəhəri, İstiqlaliyyət prospekti, giriş 250 ünvanında yerləşən fərdi yaşayış evi X9, X11, X3 və X2 ümumi birgə mülkiyyətindədir. - Şəki rayon Qeydiyat Şöbəsinin 14 avqust 2024-cü il tarixli 3-16-5/8-69-H-1659/24 saylı arayışında qeyd edilmişdir ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Azərbaycan Respublikası X24 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 12 mart 2025-ci il tarixli, 3-16-5/8-15-588/25 nömrəli məktubundan qeyd edilmişdir ki, X6 ölümü barədə sənəd təqdim edilmədiyinə görə onun ölümünün qeydə alınması mümkün deyildir. - xx.xx.2024-cü il tarixdə Şəki Şəhər Əşirlər Məhəllə Nümayəndəliyinin arayışının surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə 4/1 ünvanında yaşayan Ərizəçi 1991-ci il təvəllüdlü oğlu X12 9 ay yaşadıqdan sonra ölmüşdür. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onların hər ikisi o məhləyə gəlin gəlmişlər. O, Nərgizdən əvvəl orada yaşamışdır. Nərgizin yoldaşının adı Ramiz, qaynanasının adı Sumayə. Qaynatsının adı Şahid olmuşdur. Hazırda Nərgizin 3 uşağı var. 1 uşaq olub və ölüb. Adı Xəyal idi. Uşaq öləndə 8-9 aylıq uşaq idi. 1991-ci ilin təxminən sentyabr ayında doğulmuşdur. Öləndə 1992-ci il idi. Dəqiq tarix yadında deyil. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Nəzgiz məhləyə gəlin gəlmişdir. Yoldaşının adı Ramiz idi. 3 uşağı var. Bir uşağı 8-9 aylığında vəfat etmişdir. Təxminən 1991-192-ci illərdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X12 Ərizəçi oğlu olmuşdur. O, xx.xx.1991-ci il tarixdə anadan olmuş, 1992-ci il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, həyat yoldaşından miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdır. Oğlu, X12 da ailə üzvü kimi göstərildiyindən və onun ölüm haqqında şəhadətnaməsi olmadığından şəhadətnamə alması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, xx.xx.1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş X6 1992-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş X6 1992-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1299/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1299/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver