Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1329/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 19 fevral 2025-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 19 fevral 2025-ci il tarixdə Şəki şəhərində özünə məxsus evdə vəfat etmişdir. X3 vəfatından sonra ondan miras qalmış əmlakı adına rəsmiəşdirmək istədikdə anasının ölüm haqqında şəhadətnaməsi tələb edilmiş, lakin həmin sənəd olmadığından təqdim edə bilməmişdir. X6 18 fevral 2025-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Qeyd edilən hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən mərhum anasına vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədlərini hazırlayarkən ansının ölüm haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Anasının ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onun ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də X3 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətİndə qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X16 onun anası olmuş, 18 fevral 2025-ci ildə xəstələnərək vəfat etmiş və Şəki şəhərində Polis şöbəsinin arxa tərəfində yerləşən “Səyyarə” qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt çətin günlər yaşadıqlarından anasının ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədlər hazırlayarkən ansının ölüm haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Şəhadətnamənin verilməsi üçün Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etsələr də şöbə tərəfindən anasına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin bu gün, yəni 24 iyun 2025-ci ildə məhkəməyə məktub göndərərək iş yükünün çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməmələrini nəzərə alınaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. X4 izahatında bildirmişdir ki, Ərizəçi onun bacısı, mərhum X16 anası olmuş, sonuncu 18 fevral 2025-ci ildə xəstələnərək vəfat etmiş və Şəki şəhərində Polis şöbəsinin arxa tərəfində yerləşən, atasının da dəfn olunduğu “Səyyarə” qəbirstanlığında dəfn edilmişdir. Anasının ondan başqa iki qız övladı da olmuş, o, əlil olduğundan anası onunla birlikdə yaşamışdır. Xəstəliyi ilə bağlı anasını Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirmiş, xəstəxanada anasının vəziyyətinin gərgin olduğu bildirilib reanimasiya şöbəsinə yerləşdirildiyi ona bildirmişdir. Sonradan anasının vəziyyəti daha da ağırlaşmış, nəfəs alması çətinləşmiş və hər iki ağciyətinin tutulduğu, artıq xəstəxanadan saxlanılmasına heç bir lüzum qalmadığı onlara izah edilmişdir. Bu səbəbdən anası evə buraxılmış, evə apardıqdan sonra evdə vəfat etmişdir. Anası şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş, Covid-19 xəstəliyindən qalan fəsadlarla bağlı bədəninə düşmüş yeni virusdan dünyasını dəyişmişdir. Öldüyü zaman təcili tibbi yardım çağrılmadığından, aparılıb dəfn edildiyindən ölməsi faktı qeydiyyata alınmamışdır. Anasının yas mərasimini də o keçirmiş, qəbir üstü daşını hazırladıb qoydurmuş, bütün xərcləri üzərinə götürüb çəkmişdir. Həmin vaxt gərgin günlər yaşadıqlarından anasının ölümünün qeydiyyata alınması üçün müraciət etməmişlər. Əmlakla bağlı sənədləşdirmə işləri aparılarkən ansının ölüm haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Şəhadətnamənin verilməsi üçün Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etsələr də şöbə tərəfindən anasına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən hazırki ərizə ilə bacısı məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X1 izahatında bildirmişdir ki, o, Ərizəçi dayısı, mərhum X9 qardaşı olmuşdur. X2 Məmmədova ilə birlikdə Bakı şəhərində yaşamışdır. Bacısının xəstə olması barədə məlumat almış, lakin maddi imkanı olmadığı üçün Bakı şəhərinə gedərək bacısına baş çəkə bilməmişdir. Sonra bacısının xəstəliyi ilə bağlı qızı Məhəbbət Məmmədova tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirildikdə o da bacısının vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getmiş, orda olarkən bacısının vəziyyətinin ağır olduğu, xəstəxanada qalmasının heç bir nəticə verməyəcəyi onlara bildirilmişdir. Bu səbəbdən bacısının xəstəxanadan çıxararaq evlərinə aparmışlar və həmin gün bacısı evdə vəfat etmişdir. Həmin vaxt onlar təcili tibbi yardım çağırmalı və bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanasına məlumat verməli olduqlarını bilməmişlər. Bacısının dəfnində iştirak etmiş, bacısının bütün dəfn xərclərini bacısı qızı Məhəbbət Məmmədova çəkmişdir. X27 Şəki şəhərində Polis şöbəsinin arxa tərəfində yerləşən “Səyyarə” qəbirstanlığında dəfn edilmişdir Mərhumun qızının rəfiqəsi olduğunu bildirən şahid X8 X1nun izahatına uyğun izahat verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki Regional “ASAN xidmət “ mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 12 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-S-979/2025 nömrəli arayışından görünür ki, Ərizəçi X13 ölümü haqqında arayışın verilməsi ilə bağlı Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 13 iyun 1954-cü il təvəllüdlü 18 fevral 2025-ci ildə vəfat etmiş X9 ölüm haqqında akt qeydi aşkar olunmamış, vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 aprel 2025-ci il tarixli, 18- 1-71/3-113/2025 saylı məktubundan görünür ki, Səmayə Səmədova 07.02.202-ci ildə “Şəki RMX” publik hüquqi şəxsin Anesteziologiya və Reanimasiya şöbəsində J18.8 “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”, E 14 “Dəqiqləşdirilməmiş şəkərli diabet” diaqnoz kodları ilə stasionar yatışda olmuşdur. xx.xx.2025-ci ildə xəstənin vəziyyəti ilə əlaqədar evə buraxılmışdır. Xəstə xx.xx.2025-ci ildə vəfat etmiş, lakin bununla əlaqədar həmin gün “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Odur ki, Səmayə Səmədovaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Şəki şəhər “Fətəli məhəllə” nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 340 nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış Səmədova Səmayə 18 fevral 2025-ci ildə vəfat etmişdir. Azərbaycan SSR Cəfərabad kənd sovetliyi tərəfindən verilmiş 21 iyun 1954-cü il tarixli, ИЖГ 055658 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 13 iyun 1954-cü ildə Nuxa rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1954-cü ildə 28 № ilə qeyd edilmişdir. Atası qrafasında X14, anası qrafasında X10 göstərilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X16 həqiqətən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixindək Şəki Rayon Mərkəzi Xəstəxanasında Anesteziologiya və Reanimasiya şöbəsində J18.8 “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”, E 14 “Dəqiqləşdirilməmiş şəkərli diabet” diaqnoz kodları ilə stasionar yatışda olmuşdur. Foto şəkillərdən görünür ki, qəbirstanlıqda olan qəbir üstü daşın üzərinə X16 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi anası- X26 13 iyun 1954-cü ildə Şəki şəhərində anadan olmuş, xəstəlikdən 18 fevral 2025-ci ildə Şəki şəhərində vəfat etmişdir. İşin yuxarıda qeyd edilən halları Şəki şəhər “Fətəli məhəllə” nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 340 nömrəli arayış, şahidlərin izahatları, foto şıkillər və digər sənədlərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona X9 ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi anası- X9 ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, oğlu X9 vəfat etməsi və ölüm haqqında şəhadətnaməsinin olmaması sənədləşmə işlərində onlara çətinliklər yaratmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 13 iyun 1954-cü ildə Şəki şəhərində anadan olmuş X9 18 fevral 2025-ci ildə Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 iyun 1954-cü ildə Şəki şəhərində anadan olmuş X9 18 fevral 2025-ci ildə Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1329/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1329/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver