Məhkəmə qərarları › İş №e-2(075)-1381/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1381/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1381/2024 17.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Mİrzəliyeva Aynurə Nurməmmd qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə Şəki rayon Baş Zəyzid kəndində anadan olmuş oğlu X3 xx.xx.1994-cü ildə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli 49 saylı qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 1,30 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış və bununla bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən JN 243, kod: 40407018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.1994-cü il təvəllüdlü övladı X5 xx.xx.1994-cü ildə sətəlcəm xəstəliyindən ölüb. Lakin onun ölümü ilə bağlı tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnamə verilməmiş, qeydiyyat şöbəsində isə ölümü qeydə alınmamışdır. Hazırda övladı X4 vərəsəlik işi açılması üçün onun ölümünə dair şəhadətnamə tələb olunur, həmin şəhadətnamə olmadığına görə isə vərəsəlik işinin açılması mümkün deyildir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsinin 02 aprel 2024-cü il tarixli, 3-165/8-A-15-712/24 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 25 mart 1994-cü il tarixli, 51 nömrəli akt qeydindən görünür ki, 19 yanvar 1994-cü il təvəllüdlü X3 atası X2, anası Ərizəçidır. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli arayışdan görünür ki, 1994-cü il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində vəfat etmiş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1991-1997-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1995-xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. - Şəki Rayon Mərkəzi X14 Şəxsi Baş Zəyzid X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1994-cü il tarixdə doğulmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Lakin uşağın atası Rusiya şəhərində olduğu üçün uşağın ölümü haqqında arayış verilməmişdir. - 25 avqust 1999-cu il tarixli, 40407018 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 1,30 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X2, Ərizəçi, X6, X7 və X3 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, Ərizəçi bacısıdır. Bacısının Natiq, Elçin və Aygün adlı 3 uşağı var. Fərzanə, Kamran, Elvin və Elşən adlı uşaqları isə vəfat ediblər. Uşaqların hamısı təxminən 8-9 aylıq olarkən vəfat ediblər. Elşən təxminən 1 yaşında ölüb. Baş Zəyzid kənd qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Ərizəçi onun baldızıdır. Baldızının Natiq, Elçin və Aygün adlı 3 uşağı var. Lakin Fərzanə, Kamran, Elvin və Elşən adlı 4 uşağı isə vəfat ediblər. Elşəni xatırlayır. Elşən doğulanda onu görmək üçün evlərinə gedib. Baş Zəyzid kənd qəbiristanlığında dəfn olunub. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X5 Ərizəçi oğlu olmuşdur. O, 19 yanvar 1994-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X5 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, atasından birgə mülkiyyətdə olan torpaq sahəsinə dair dövlət aktında digər ailə üzvləri kimi onun oğlunun da adı yazılmışdır. Bu səbəbdə də həmin topaq sahəsini rəsmiləşdirə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 30 avqust 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş X3 30 avqust 1994-cü il tarixdə ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar