Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1382/2025 12.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1908-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyada olmaqla yaşamış nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızının 6 iyun 1993-cü ildə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 18 aprel 2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi və ona əlavə olunan sənədlər öyrənildikdə müəyyən olundu ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyat qaydaları pozulmaqla Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi mərhum nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızının 6 iyun1993-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizəsini qeydiyyat olduğu yer üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə deyil, Şəki Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iş materiallarını araşdırarq hesab edir ki, iddia ərizəsi aidiyyət üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasınının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq Ərizəçi və maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişlər, lakin ərizəçi məhkəməyə elektron kabineti vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan nümayəndəsinin iştirakı ilə keçirilməsini xahiş etmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, MPM-nin 37, 309.1-ci maddəsinə əsasən ərizəyə ərizəçinin qeydiyyatda olduğu yerə görə baxıldığından mülki iş aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 45.1, 45.2, 45.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-1382/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1382/2025
12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver