Məhkəmə qərarları › İş №e-2(075)-1442/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1442/2023

10.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1442/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (ikimin) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayının əvəllərində sosial şəbəkələrdə məlumat yayılmışdır ki, 30 mart 2022-ci il saat 11:00-dan 08 aprel 2022-ci il saat 11:00-dək olan müddətdə Azərbaycan Respublikası Mənzil X2 (MİDA) tərəfindən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binalardakı sosial mənzillərin elektron qaydada (ONLİNE) güzəştli şərtlərlə satışı həyata keçiriləcəkdir. Məlumatda bildirilirdi ki, bu mənzillərdən almaq istəyənlər hansısa sayta daxil olmalı, hansısa şəxsi məlumatlarını saytda yerləşdirməli, almaq istədiyi mənzilin otaq saylarını, mərtəbəsini və s. elektron sisteminə daxil etməli, bundan sonra da hansısa hərəkətləri etməlidir. O, belə işlərdə, ümumiyyətlə isə kompyuterlə işləməkdə bacarıqsız olduğuna görə tanıdığı Cavabdeh müraciət etmişdir. Cavabdeh bildirdi ki, o, bu cür işlərdə təcrübəli və mahirdir, əgər ona ümumilikdə 5000 manat verərə sə bu məsələni həll edər, ancaq pulun 2000 manatını avans olaraq əvvəlcədən, qalanını isə mənzili əldə etdikdən sonra verməli idi. Cavabdeh təklifinə razı olmuşdur. Razılaşmalarına görə Cavabdeh ona MİDA-nın Bakı şəhərinin Yasamal rayonu ərazisində tikdiyi və satışa online çıxardığı evlərin birindən 3 otaqlı mənzil almağını təmin etməli, o isə cavabdehə əvvəlcədən avans olaraq 2000 manat pul verməli idi. Razılaşmalarının şərtlərinə əməl edərək o, 2000 manat pulu 28 yanvar 2022-ci il tarixdə saat 16:59-da Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında Cavabdeh şəxsən özünə vermişdir. Pulu ona idarə etdiyi MERSEDES-S markalı minik maşınının içərisində vermiş və pulu verərkən yanında qaynı X1 olmuşdur. Cavabdeh razılığı ilə 2000 manat pulu ona verməyi onun mobil telefonu vasitəsi ilə səsli görüntüyə alındı. Həmin görüntüdə Cavabdeh ondan 2000 manat pul almasını, pulu onun sosial mənzil əldə etməyini təmin emtək məqsədi ilə avans olaraq aldığını, pulun qalanının onun mənzili əldə etməyindən sonra verilməli olduğunu və ona sosial mənzil əldə etməkdə kömək edə bilməsə, pulumu dərhal qaytaracağını bildirmişdir. Ancaq Cavabdeh 30 mart – 08 aprel 2022-ci il tarixlərində MİDA-nın online sosial mənzil satışı zamanı onun mənzil əldə etməyini təmin edə bilmədi. Səbəbini isə sosial mənzil almaq istəyənlərin çoxluğu səbəbindən sistemə girməyinin mümkün olmaması ilə izah etdi və söz verdi ki, bu işi yaxın vaxtlarda MDİA-nın keçirəcəyi növbəti güzəştli şərtlərlə sosial mənzil satışında həll edəcəkdir. Ancaq yenə də bu məsələni həll edə bilmədi. Yenə söz verdi ki, bu məsələni növbəti satışda həll edəcək. O isə başa düşdü ki, Cavabdeh onu aldadaraq 2000 manat pulunu ələ keçirib. Daha sonra məlumat yayıldı ki, Cavabdeh və onun kimi daha bir neçə nəfəri DTX sosial mənzil satışı adı ilə vətəndaşlardan pul almalarına görə həbs edib, hətta bu barədə televiziya kanallarında da xəbərlər yayıldı. Sonra isə onun həbsdən azad edildiyini eşitmişdir. O, Cavabdeh dəfələrlə tələb etmişdir ki, onun pulunu qaytarsın. Cavabdeh əvvəllər pulunu qaytaracağına konkret tarixlər göstərməklə söz verirdi, lakin vədinə müxtəlif bəhanələrlə əməl etmirdi. Son vaxtlar isə hətta telefon zənglərinə də cavab vermir, onunla üz-üzə gəlməkdən yayınır. Artıq tam əmin olmuşdur ki, Cavabdeh onu aldadaraq 2000 manat pulunu ələ keçirib, onu könüllü olaraq ona qaytarmaq niyyəti yoxdur və təxminən 1 il 4 aydır ki, onun 2000 manat puluna qanunsuz olaraq sahiblənib. Bu səbəbdən Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı 10 avqust 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işi ilə əlaqəli məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 izahat verərək göstərmişdir ki, İddiaçı məlumat almışdır ki, Azərbaycan Respublikası Mənzil X2 tərəfindən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binalardakı sosial mənzillərin elektron qaydada güzəştli şərtlərlə satışı həyata keçiriləcəkdir. Həmin mənzillərdən almaq üçün İddiaçı Cavabdeh müraciət etmişdir. Cavabdeh onlara bildirmişdir ki, həmin mənzillər müəyyən sayda olur. Hər kəs həmin evlərdən əldə edə bilmir. Tərlan onlara həmin evlərdə əldə etmək üçün 5000 manat məbləğdə pul lazım olduğunu bildirmişdir. Cavabdeh onlara 2000 manat məbləğdə pul vəsaitinin ilkin olaraq avans kimi ödəmək lazım olduğunu bildirmiş, mənzil tutulduqdan sonra geridə qalan məbləği də sonralar ödəyəcəklərini bildirmişdir. Bildirmişdir ki, təxminən yanvar fevral aylarında iddiaçıdan 2000 manat məbləğində pul vəsaiti almışdır. Cavabdeh həmin 2000 manat pulu iddiaçıdan onun yanında, avtomobilin içərisində almışdır. Pul cavabdehə verilən zaman avtomobildə üçün olmuşlar. O, Cavabdeh öz razılığı ilə həmin vaxt çəkiliş də etmişdir. Cavabdeh onlardan 4000 manat da istəmişdir. Bundan sonra cavabdeh onlara mənzil əldə etməmiş, aldadaraq iddiaçının 2000 manat məbləğdə pulu almışdır. İddiaçı cavabdehdən dəfələrlə pulunu istəsə də, cavabdeh onlara həmin pulu qaytarmamışdır. İddiaçı cavabdehlə əlaqə saxlamaq istəsə də, cavabdeh onların telefon zənglərinə cavab vermir, onlarla görüşməkdə imtina edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 mart 2023-cü il tarixli, 206 saylı arayışdan görünür ki, İddiaçı Ağdam rayonu İkinci Alıbəyli qəsəbəsində müvəqqəti məskunlaşmışdır. DQK-si tərəfindən evlə təmin olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 fevral 2023-cü il tarixli, 27 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda Ağdam rayonu İkinci Alıbəyli qəsəbəsində 40 nömrəli evdə məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş videodiskdə olan video çəkilişdən görünür ki, həmin video görüntüdə Cavabdeh izahatında onun Azərbaycan Respublikası Mənzil X2 tərəfindən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binalardakı sosial mənzillərin elektron qaydada güzəştli şərtlərlə üç otaqlı mənzil əldə edilməsi üçün İddiaçı ilkin olaraq 2000 manat məbləğdə avans aldığını, mənzil əldə edilsikdən sonra qalan məbləği də alacağını bildirmişdir. Mənzil alına bilməyəcəyi təqdirdə İddiaçı aldığı 2000 manat məbləğdə pul vəsaitini geri qaytaracağını öhdəsinə götürdüyü qeyd etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Mənzil X2 tərəfindən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binalardakı sosial mənzillərdən 3 otaqlısını elektron qaydada güzəştli şərtlərlə əldə edilməsi üçün İddiaçı ilkin avans olaraq 2000 manat, ümumilikdə 5000 manat məbləğində pul vəsaiti istəmişdir. İddiaçı mənzilin əldə edilməsi üçün cavabdehə ilkin avans olaraq 2000 manat məbləğdə pul vəsaiti vermişdir. Cavabdeh iddiaçıdan ilkin avans olaraq aldığı 2000 (iki min) manat pul vəsaitini mənzilin əldə edilməsinin mümkün olmayacağı təqdirdə qaytaracağına söz versə də, iddiaçıdan aldığı 2000 manat məbləğdə pulu qaytarmamışdır. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə iş materiallarına əlavə edilmiş CD diski mötəbər sübut kimi qəbul etmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş CD diskdə Cavabdeh vodeo görüntü zamanı vermiş olduğu izahatında onun Azərbaycan Respublikası Mənzil X2 tərəfindən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binalardakı sosial mənzillərdən 3 otaqlısını elektron qaydada güzəştli şərtlərlə əldə edilməsi üçün İddiaçı ilkin olaraq 2000 manat məbləğdə avans aldığını, mənzil əldə edildikdən sonra qalan məbləği də alacağını bildirmişdir. Mənzil əldə edilə bilməyəcəyi təqdirdə İddiaçı aldığı 2000 manat məbləğdə pul vəsaitini geri qaytaracağını öhdəsinə götürdüyü qeyd etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh əsassız olaraq İddiaçı hesabına 2000 (iki min) manat pul vəsaiti əldə etmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 2000 (iki min) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2000 (iki min) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar