Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-145/2024 16.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu aldığı 5000 (beç min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan olan məcburi köçkün kimi 1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Tərtər rayonunun Şıxarx kəndində məskunlaşıb yaşayırlar. Cavabdeh təxminən 2018-ci ildən, həm də dostunun vasitəsi ilə tanımışdır. Aralarında yaxşı münasibət olmuş, bir-birlərinə hörmət və ehtiramla, həm də qarşılıqlı inam və etibarla yanaşmışlar. 22 sentyabr 2021-ci il tarixdə Cavabdeh ondan xahiş etdi ki, ona şəxsi ehtiyacı üçün lazım olduğuna görə 5000 (beş min) manat pul borc olaraq versin, ən geci 5-6 aya həmin pulu ona qaytarıb verəcəkdir. Aralarında olan münasibətə, yəni inam və etibara görə razı oldu. Pulu verərkən Cavabdeh öz istəyi ilə və öz xətti ilə yazaraq ona aşağıdakı məzmunda yazılı qəbz vermişdir: “Yazaraq bildirirəm ki, mən Cavabdeh ehtiyacım olduğuna görə münasibətim olan İddiaçı 5000 (beş min) manat aldım. Aldığım borc pulu təxminən 5-6 aya tam şəkildə qaytaracağam. Qəbzi özüm yazdım. Heş bir təzyiq olmadan doğruluğunu imzamla təsdiq edirəm. İmza (imza var) A.Telman xx.xx.2021.” 5000 manat pulu ondan borc alarkən Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Müddətdən Artıq Hərbi Xidmət Hərbi Hulluqçusu (MAHXHQ) idi və hərbi qulluçu kimi yüksək əmək haqqı aldığına görə onun aldığı borcu vəd etdiyi vaxtda qaytaracağına şübhəsi yox idi. Bu səbəbdən də borcun notariat qaydada rəsmiləşdirilməsinə də ehtiytac bilməmişdir. Lakin Cavabdeh borcu vəd etdiyi vaxtda qaytarmadığından borcun qaytarılması üçün, ona yeni müddət təyin etməyinə heç bir təşəbbüs göstərmədi. Hər dəfə ondan borcunu istədikdə bildirirdi ki, filan tarixdə verəcəkdir. Onunla borcunu qaytarması barədə olan danışıqları mobil telefonunun yaddaşında saxlanılır. Daha sonra isə Cavabdeh telefon zənglərinə də cavab vermədi, indiyədək də cavab vermir. Hətta Şəki rayonuna onun yaşadığı evə 3 dəfə getmişdir ki, onu tapıb pulunu istəsin. Lakin onu evində tapa bilməmişdir. Atası ona hər dəfə bildirib ki, oğlu Cavabdeh təsir göstərəcəkdir ki, onun pulunu qaytarsın. Lakin yenə də nəticəsi olmamışdır. Artıq tam əmin olmuşdur ki, Cavabdeh ona olan 5000 manat borcunu qaytarmaqdan qəsdən yayınır, onun borcunu könüllü olaraq qaytarmaq fikri yoxdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı, həm də qanuni hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddianı qəbul etmir. Təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “Yazaraq bildirirəm ki, mən Cavabdeh ehtiyacım olduğuna görə münasibətim olan İddiaçı 5000 (beş min) manat aldım. Aldığım borc pulu təxminən 5-6 aya tam şəkildə qaytaracağam. Qəbzi özüm yazdım. Heç bir təzyiq olmadan doğruluğunu imzamla təsdiq edirəm” sözləri Cavabdeh tərəfinfən qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/973 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, xət və imza nümunələri ekspert vəsatətinə uyğun olaraq təmin edilmədiyindən, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Şəki Rayon Məhkəməsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli 2(075)-145/2024 nömrəli məktubdan görünür ki, eksperimental xətt və imza nümunələrinin alınması üçün ona xx.xx.2024-cü il tarixdə saat 11:30-da Şəki Rayon Məhkəməsində olmağı barədə məlumat verilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli 2(075)-145/2024 nömrəli məktubdan görünür ki, eksperimental xətt və imza nümunələrinin alınması üçün ona xx.xx.2024-cü il tarixdə saat 11:30-da Şəki Rayon Məhkəməsində olmağı barədə məlumat verilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli 2(075)-145/2024 nömrəli məktubdan görünür ki, eksperimental xətt və imza nümunələrinin alınması üçün ona xx.xx.2024-cü il tarixdə saat 12:00-da Şəki Rayon Məhkəməsində olmağı barədə məlumat verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi; Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 5000 manat pul verilmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı 5000 manatı qaytarmamışdır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı qəbz olsa da, eyni zamanda iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunsa da cavabdeh tələb olunan xətt nümunəsini verməkdən imtina etmiş bu səbəbdən də məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Göründüyü kimi, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq borc müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Lakin iddiaçı ilə cavabdeh arasında yazılı razılaşma əsasında bağlanmış həmin borc müqaviləsinə əsasən aldığı pulu vaxtında iddiaçıya ödəməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min altı yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-145/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-145/2024
16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver