Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1533/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi və iddiası ilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşaqlarının himayədə saxlanılmaları, aliment, uşaqlarla görüş və əmlak barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 22 noyabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. 22 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən 08 noyabr 2019-cu il təvəllüdlü X2 anası Ərizəçi himayəsində və yanında saxlanılmasının və 08 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq ona ödənilməsi razılaşdırılmışdır. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cimaddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 22 noyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 08 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 2019-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan 20 noyabr 2018-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 20 noyabr 2018-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 411 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kərimli, ərə isə Kərimli soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X1 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 22 noyabr 2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. 2.3. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 08 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1533/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1533/2023
03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver