Məhkəmə qərarları › İş №e-2(075)-1566/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1566/2023

03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1566/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 17 mart 2023-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişinin 2.2ci bəndinin (01 mart 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat alimentin hər növbəti ayın birinci beş günlüyündə ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 11 iyul 2019-cu ildə nikahlarını Şəki regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 13 aprel 2021-ci ildə X3 adlı uşaqları doğulmuşdur. İlk vaxtlar Maraqlı şəxs ilə səmimi ailə münasibətlərində yaşasalar da, sonradan ona məlum olmayan səbəbdən sonuncu ilə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs birgə nikahlarından doğulmuş uşağı ilə maraqlanmadığından və onun saxlanılmasına heç bir köməklik etmədiyindən o azyaşlı uşaqlarının saxlanılması üçün sonuncudan aliment tələb etmək məcburiyyətində qalmışdır. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfindən məcburi mediasiya prosesi başladılmış və Maraqlı şəxs ilə aramızda mediator X4 tərəfindən 17 mart 2023-cü il tarixdə MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.2-ci bəndinin şərtinə əsasən onunla Maraqlı şəxs birgə nikahlarından anadan olmuş uşaqları-13 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2023-cü ildən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tərəfindən ona ödənilməsi razılaşdırılmışdır. Lakin həmin tarixdən təxminən 3 aydan çox keçməsinə baxmayaraq Maraqlı şəxs azyaşlı birgə nikahlarından doğulmuş uşaqlarının saxlanması üçün ödəməyi öhdəsinə götürdüyü alimenti vaxtı-vaxtında ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirir. Hazırki dövrdə uşaqların saxlanılması üçün kifayət qədər məbləğ tələb edilir ki, onun da maddi imkanı aşağı olduğundan tərəfindən həmin xərclərin qarşılanması mümkün olmur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil izahat verərək bildirdi ki, ərizəçi Maraqlı şəxs ilə 11 iyul 2019-cu ildə nikahlarını Şəki regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Sonradan münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Alimentlə bağlı mediasiyaa razılığa gəlsələr də, Maraqlı şəxs alimentin ödənilməsində gecikmələr yaradır. Bu günə kimi cəmi 480 manat məbəğində aliment ödəmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 17 mart 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 13 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. İş materiallarında olan 11 iyul 2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 11 iyul 2019-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 282 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzizova, ərə isə Əzizov soyadı verilmişdir. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 aprel 2021-ci il tarixdə anadan olmuş. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X2 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 17 mart 2023-cü il tarixli, MŞŞ/MT-018/2023- 00567 nömrəli barışıq sazişinin 2.2-cİ bəndi təsdiq edilsin. 2.2. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 13 aprel 2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar