Məhkəmə qərarları › İş №e-2(075)-1579/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1579/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1579/2025 31.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X8rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X8rşı ərizə ilə məhkəməyə müraciət edərək, 9 sentyabr 1994-cü ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş X4 17 noyabr 2002-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində vəfat etməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 28 avqust 1964-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 24 iyul 1989-cü ildə nikahlarını Şəki rayonu Böyük Dəhnə kənd sovetliyində 33 nömrə ilə qeyd etdirməklə X5 ilə ailə qurmuşdur. Onların birgə nikahından 11 iyun 1990-cı ildə Hacıbabayeva (Nəbiyeva) Brilyant Kəbakib qızı, 26 iyun 1992-ci ildə Hacıbabayeva (Orucova) Aynurə Kəbakib qızı, 9 sentyabr 1994cü ildə X13, 10 noyabr 1996-cı ildə X6 və 12 aprel 1999-cu ildə X16 adlı 5 övladları dünyaya gəlmişdir. Onların birgə nikahından doğulmuş övladlarından 9 sentyabr 1994-cü il təvəllüdlü X13 doğulduğu gündən raxitlik xəstəliyindən əziyyət çəkmiş və 17 noyabr 2002ci ildə xəstəlik səbəbli dünyasını dəyişmişdir. Həmin vaxt keçirdikləri həyəcan, stres və övlad itirmənin ağırılığı ilə həmçinin hüquqi savadları olmadığından Rəşada ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Şəki rayonunda Aqrar İslahat gedən zaman X2 və onun yuxarıda göstərilən ailə üzvlərinə 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istərkən ərizəçinin mərhum oğlu-09 sentyabr 1994-cü il təvəllüdlü X4 adının da həmin çıxarışda mülkiyyətçi kimi qeyd ediləcəyi məlum olmuşdur. Ərizəçi bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə etirazını bildirdikdə həmin idarə ərizəçiyə oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından adının çıxarılmasının mümkün olmadığını bildirmişdir. Ərizəçi aidiyyəti üzrə Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurumdan ərizəçiyə verilən cavabda mərhum oğlu-09 sentyabr 1994-cü il təvəllüdlü X4 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydinin aşkar olunmadığı qeyd edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamənin olmaması hüquqi sənədlərin alınmasında müəyyən promlemlər yaratmışdır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X23 məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X22 izahatında bildirmişdir ki, o, Ərizəçi ilə yaşadıqları kənddə qonşu olmuşdur. Münasibətləri yaxşı olmuş, ailə üzvlərini, o cümlədən uşaqlarını tanımışdır. Ərizəçinin həqiqətən də X5 ilə birgə nikahlarından doğulmuş oğlu X13 xəstə olmuş, raxit xəstəliyindən əziyyət çəkmişdir. Təxminən 8 yaşına kimi uşağa baxıb böyüdə bilmişlər, 2002-ci ilin noyabr ayının 17-də həmin xəstəlik səbəbindən ərizəçinin oğlu X13 dünyasını dəyişmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. O da bir qonşu kimi dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahidlər X25 və X10 da eyni məzmunlu izahatlar verib, şahid X11 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdilər. Məhkəmə iclasında iştirak etmiş şahid X5 izahatında bildirmişdir ki, ərizəçi olan Ərizəçi ilə birgə nikahlarından 5 övladları döğulmuş, X13 uşaqlarının üçüncüsü olmaqla 9 sentyabr 1994-cü ildə doğulmuşdur. Rəşad raxit xəstəsi olmuş, müalicə etdirməyə çalışsalar da xeyri olmamışdır. Bədənində baş hissəsi digərlərindən fərqli olaraq həddindən çox böyümüş, uşaqın hərəkətində, danışığında çətinliklər, problemlər yaranmışdır. 8 yaşına kimi saxlaya bilsələr də, 17 noyabr 2002-ci ildə həmin xəstəlik səbəbindən Rəşad vəfat etmişdir. Yaşadıqları kəndin qəbirstanlığında dəfn edilmiş, uşaq olduğu üçün sadə başdaşı qoyulmuş, yas mərasimi ilə bağlı 3 gün həyətlərinə, evlərinə qohum, qonşu, tanışlar gəlib başsağlığı vermişlər. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki Regional “ASAN Xidmət” X12 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-711/25 nömrəli məktubundan görünür ki, Ərizəçi oğlu X4 ölümü haqqında arayışın verilməsi ilə bağlı Şəki Regional “ASAN Xidmət” X14 müraciət etmiş, lakin X4 ölümü haqqında arayışın verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin29 aprel 2025-ci il tarixli, 18-1-71/2-H- 266-42-158/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi X4 ölümü haqqında şəhadətnamənin (forma 106) verilməsi ilə bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞya müraciət etmiş, lakin X13 2002-ci il tarixdə vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ya müraciət edilmədiyi və hər hansı qeyd aparılmadığı üçün onun ölümü haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. 29 aprel 2025-ci il tarixli aktdan görünür ki, Şəki rayon Böyük Dəhnə kənd sakinləri X5 və qonşuları X10, X25, X32, X22 və X27 akt tərtib edərək, X1 xx.xx.1994-cü il tarixdə X13 adlı oğlunun dünyaya gəldiyini, uşaq dünyaya gəldikdən sonra uşaqda raxitlik xəstəliyi müəyyən edildiyini, həmin uşağın xx.xx.2002-ci ildə xəstəlik səbəbindən vəfat etdiyini öz imzaları ilə təsdiq etmişlər. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən verilmiş 18 avqust 1998-ci il tarixli, JN-337 nömrəli, 40400018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, dövlət aktında torpaq mülkiyyətçisinin adı hissəsində X7 və ailə üzvləri ilə bağlı qeydlərdə X17, X3, X9 və X4 adları göstərilmişdir. 274367 nömrəli, 24 iyul 1989-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 arasında həmin tarixdə Şəki rayonu Böyük Dəhnə kənd sovetliyində nikah bağlanmışdır. Şəki Regional “ASAN Xidmət” X12 25 iyul 2025-ci il tarixli, 3-16-5/8-13-2042/2025 saylı məktubuna əlavə edilmiş 08 noyabr 1994-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, X13 09 sentyabr 1994-cü ildə Şəki Rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Onun atasının adı qrafasında 18 noyabr 1965-ci il təvəllüdlü X1, anası qrafasında isə 28 dekabr 1964-cü il təvəllüdlü Ərizəçi adları qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi oğlu 09 sentyabr 1994-cü il təvəllüdlü X13 raxitlik xəstəliyindən əziyyət çəkmiş və 17 noyabr 2002-ci ildə xəstəlik səbəbli dünyasını dəyişmişdir. İşin yuxarıda qeyd edilən halları məhkəmə sorğusu ilə alınmış Şəki Regional “ASAN Xidmət” X12 25 iyul 2025-ci il tarixli, 3-16-5/8-13-2042/2025 saylı məktubuna əlavə edilmiş 08 noyabr 1994-cü il tarixli doğum haqqında akt qeydi, şahidlərin izahatları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona, X4 ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi, oğlu X4 ölüm faktının müəyyən edilməsi, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən ailə üzvlərinə verilmiş 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 9 sentyabr 1994-cü ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş X4 17 noyabr 2002-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində vəfat etməsi hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 9 sentyabr 1994-cü ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş X4 17 noyabr 2002-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində vəfat etməsi hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar