Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1648/2025 24.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 2018-ci il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək anası X1 xx.xx.2018-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, X5 onun anasıdır. O, xx.xx.1929-cu ildə ünvan 1 ünvanında yaşamış, 2018-ci lin fevral ayında vəfat etmiş, şəhər qəbirstanlığında dəfn edilmişdir. Daha sonar bir müddət Azərbaycan Respublikasında olmadığından ölüm haqqında sənədi ala bilməmişdir. Anasının adına olan su, qaz, işıq sayğaclarının öz adına keçirilməsində və digər işlərdə ona çətinliklər yaradır. Şəki rayon qeydiyyat şöbəsi şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadələrinə istinad edir: X1 şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, o, xx.xx.1929-cu ildə Şəki şəhərində anadan olmuşdur. Şəki VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arayışdan aydın olur ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi Abdüləli oğlunun atası X3, anası X4r. Şəki ŞİHB-in “Şərbablar” məhəllə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilir ki, Ərizəçi anası X5 2018-ci ilin fevral ayında vəfat etmişdir. Mərhumun yeganə varisi oğlu, Ərizəçidur. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubundan, arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində tibb müəssisəsinin müvafiq sənədi təqdim edilmədiyinə görə onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Şəki bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 794 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, vahid Əhmədov küçəsində yerləşən Çöl qəbirstanlığında dəfn edilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X2 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası 2018-ci ilin fevral ayında qocalıq səbəbi ilə vəfat etmişdir. O, uzun müddət tək yaşayırdı. Oğlu Ərizəçi Ara sıra yanına gəlib gedirdi. Mərhum Şəki şəhərində dəfn edilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 bildirdi ki, Ərizəçi onun qonşusudur. X10 2018-ci ilin fevralın sonlarında qocalıq səbəbilə vəfat etmişdir. Onun 80-dən çox yaşı vardı. Şəki şəhərində dəfn edilmişdir. O, özü də dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1929-cu ildə Şəki şəhərində anadan olmuş X1 xx.xx.2018-ci il tarixdə Şəki şəhərində ölməsi faktı tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, Ərizəçi anasının ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi anası xx.xx.1929-cu ildə Şəki şəhərində anadan olmuş X1 xx.xx.2018-ci il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası, xx.xx.1929-cu ildə Şəki şəhərində anadan olmuş X1 xx.xx.2018-ci il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1648/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1648/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver