Məhkəmə qərarları › İş №e-2(075)-1656/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1656/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1656/2025 12.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X28 oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1967-ci il təvəllüdlü X4 1987-ci ildə ölməsi faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.2016-cı ildə rəhmətə getmişdir. Anasından Vaz-2101 markalı, 55BF409 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Onun ölümündən sonra vərəsəlik işinin açılması məqsədilə Şəki regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Bütün bacı-qardaşları imtina ərizələri vermişdir. Lakin vərəsəlik işinin açıldığı zaman bildirmişlər ki, onun rəhmətə getmiş bacısı xx.xx.1967-ci il təvəllüdlü X4 ölümü barədə elektron bazada məlumat mövcud deyildir. Bundan sonra tərəflərindən onun ölümünün qeydə alınması üçün Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin burada onun ölümü barədə məlumat aşkar edilməmişdir. Məhz buna görə də Şəki rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X1 rəhmətə getmiş bacısından başqa 10 vərəsəsi qalmışdır. Qardaşı və bacıları ona vərəsəlik işləri ilə bağlı imtinalarını vermişdir. X2 əqli və inkişafdan geri qalan uşaq idi. O, 1987-ci ildə rəhmətə getmişdir. Şəki rayonu Aşağı Layısqı kənd qəbristanlığında dəfn edilmişdir. O vaxt nədənsə valideynləri onların ölümünü qeydə aldırmamışlar. Doğum barədə şəhadətnamə də onlarda yoxdur. Tapa bilmirlər. Lakin kənd sakinləri şahid kimi bunu təsdiq edə bilərlər. Kənd İcra nümayəndəliyi də bu faktın təsdiq edilməsi barədə arayış təqdim etmişdir. Kənd Bələdiyyə sədri onun qəbrinin kənd qəbiristanlığında olması barədə arayış təqdim etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Mərkəzi Xəstəxanasının 20 may 2025-ci il tarixli 18-1-71/2-940/2025 saylı məktubundan görünür ki, köhnə illər, o cümlədən, 1987-ci ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen maddəsi üzrə 1.3.20-ci yarımbəndinə əsasən 1 il olduğundan arxiv qaydası ilə ləğv edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi X4 ölümü barədə hər-hansı mövcud məlumatın verilməsi mümkün deyildir. - xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. - X13 19 may 2025-ci il tarixli, 20 nömrəli arayışından görünür ki, İddiaçının mərhum X2 1987-ci ildə vəfat etmiş və qəbri Aşağı Layısqı kənd qəbiristanlığında yerləşir. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. - 19 may 2025-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X8 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra vərəsələri: əri X14 (vəfat edib), oğlu Ərizəçi, oğlu X15, oğlu X16, qızı X25, qızı X17, X26, X10, X22, X18, qızı X7r (vəfat edib). - xx.xx.1967-ci il tarixli 168 nömrəli doğum akt qeydiydən görünr ki, xx.xx.1967-ci il təvəllüdlü X4 anası X5r. Ata qrafası boş saxlanılmışdır. - AA N 289691 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 55BF409 dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtomobil X6 mülkiyyətindədir. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar səkkiz bacı üç qardaş olublar. İbrahimova Gülbəniz 1967-ci ildə anadan olmuş 1987-ci ildə vəfat etmişdir. Gülbəniz anadan olma iflic olmuşdur. Yataq xəstəsi olmuşdur. Kənd qəbristanlığında dəfn edilmişdir. Qəbrin üstü götürülməmişdir. Amma qəbir qalmaqdadır. Atasının qəbrinin yanında qəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar səkkiz bacı üç qardaş olublar. İbrahimova Gülbəniz 1967-ci ildə anadan olmuş 1987-ci ildə vəfat etmişdir. Gülbəniz anadan olma iflic olmuşdur. Kənd qəbristanlığında dəfn edilmişdir. Atasının qəbrinin yanında qəfn edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X9 Ərizəçi bacısı olmuşdur. O, 12 dekabr 1967-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin X2 1987-ci il tarixdə vəfat etmişdir. Ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi bacısının hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, mərhum anasından miras olaraq Vaz-2110 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qalmışdır. Mərhum X2nın ölüm faktı qeydə alınmadığından anasının vərəsəliyini qəbul edə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, ərizəçinin bacısı xx.xx.1967-ci il təvəllüdlü X4 1987-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin bacısı xx.xx.1967-ci il təvəllüdlü X4 1987-ci ildə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar