Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1680/2023 04.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 11 mart 2000-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, onun mərhum X3ndan miras əmlak olaraq Şəki rayonu, Qayabaşı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri qalmışdır. X3 11 mart 2000-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X20 nənəsindən qalmış mirası qəbul edib faktiki olaraq idarə etsə də mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. 25 yanvar 2022-ci il tarixdə atası X20 da vəfat etmişdir. Atasının vəfatından sonra o, mirası faktiki qəbul edərək idarə etmişdir. 2023-cü ildə mirasın qəbulunu rəsmiləşdirmək üçün Şəki regioanl “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə mürüciət etdikdə ona bildirdilər ki, mərhum X3nın ölüm akt qeydi elektron sistemdə mövcud deyil. Lakin nənəsi 11 mart 2000-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etmişdir. Həmçinin mərhum nənəsindən miras qalmış Şəki rayonu, Qayabaşı kəndində yerləşən 0.6011 ha torpaq sahəsinə dair xx.xx.2023 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda, həmçinin Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7.4823 ha torpaq sahəsinə dair xx.xx.2023 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyytı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda mərhum nənəainin adı texniki səhv olaraq “Səhnə” əvəzinə “Səkinə” kimi qeyd edilmişdir. Nənəsinin ölüm faktı qeydə alınmadığından nənəsindən miraq qalmış torpaq sahələrinin çıxarışlarında adı səhv qeyd edildiyindən mirası qəbul etmək üçün ona maneələr yaradır. Nənənisinin ölümü qeydə alınmadığından o, nənəsinin adına olan çıxarışlarda mövcud texniki səhvin düzəldilməsi ilə mirasın qəbulu üçün müraciət edə bilmir. Ona görə də o, X3nın ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X17 onun ata nənəsi olmuşdur. Mərhum 11 mart 2000-ci il tarixdə vəfat etmişdir. Həmin dövrdə başları qarışıq olduğu üçün nənəsinə ölüm haqqında şəhadətnamə almamışdılar. X1 Şəki rayonu Qayabaşı kənd qəbiristanlığında dəfn ediblər. Bildirmişdir ki, mərhum nənəsinin adı torpaq aktına yazıldığından onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Torpaqla bağlı hər hansı iş görmək istədikdə mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onlara maneələr yaranır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, Ərizəçi onun həmkəndçisi olmaqla, aralarında qohumluq münasibətləri də vardır. Bildirmişdri ki, mərhum X17 Ərizəçi nənəsi olmuşdur. Göstərmişdir ki, X17 uzun zaman öncə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtı dəqiq xatırlamır. Ancaq o, X1n yas mərasimlərində iştirak etmişdir. Onlar mərhumu Qayabaşı kənd qəbiristanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O, Ərizəçi mərhum X3nı görmüş, tanımışdır. Bildirmişdir ki, o, X1n yas mərasimlərində və dəfnində iştirak etmişdir. Mərhumun vəfat etməsindən uzun müddət keçmişdir. Ölüm tarixini dəqiq xatırlamır, aradan uzun müddət keçdiyi üçün artıq unutmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 aprel 1957-ci il tarixli, İ-ИЕ 469243 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 may 1940-cı il təvəllüdlü X14 atası X15, anası X10r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 oktyabr 1980-cı il tarixli, Vİİ-ЖГ 378664 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxxx 1980-cı il təvəllüdlü Ərizəçi atası X18, anası X2r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli, **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 7.4823 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 323 nömrəli reyestr kitabının 08 nömrəli vərəqində X21, X4, X20 və X6 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 0.6011 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 323 nömrəli reyestr kitabının 09 nömrəli vərəqində X21, X4, X20 və X6 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 23 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.2000-ci il tarixdə vəfat etmiş X7 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən Şəki rayon qeyiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli, 201 saylı arayışdan görünür ki, X17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilən çıxarışda (RX **********07) qeyd edilən X16 ilə eyni şəxsdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli, 210 saylı arayışdan görünür ki, X17 vəfat etdiyi xx.xx.2000-ci il tarixədək Qayabaşı kəndində yaşamışdır. Qayabaşı kənd qəbiristanlığında dəfn olunmuşdur. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəi tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli, 3-16-5/7-K-69-524/2023 saylı arayışdan görünür ki, xx.xx.2000-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində vəfat etmiş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1997-2003-cü illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə 2001-2023-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli, 202 saylı vərəsəlik arayışından görünür ki, X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İİ 243796 saylı ölüm şəhadətnaməsi verilmişdir. Mərhum vərəsələri həyat yoldaşı X4, oğlu X22, oğlu Ərizəçi, qızı İsmayılova (Kazımova) Məhbubə Əli qızı və Babayeva (Kazımova) Sevda Əli qızıdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş mərhum X11 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X17 1917-ci ildə anadan olmuş, 11 mart 2000-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X17 Ərizəçi nənəsi olmuşdur. O, 1917-ci il ildə anadan olmuşdur. Ərizəçinin X3 11 mart 2000-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X7 11 mart 2000-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X7 11 mart 2000-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1680/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1680/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver