Məhkəmə qərarları › İş №e-2(075)-1684/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1684/2024

19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1684/2024 19.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 12 fevral 2022-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum atası X8 12 fevral 2022-ci ildə vəfat etmişdir. Atası vəfat edərkən onlar onun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Mərhum atasından miras əmlak olaraq fərdi yaşayış evi qalmışdır. O, atasından miras qalmış fərdi yaşayış evinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, notarius ölüm haqqında şəhadətnamə olmadığından bundan imtina etmişdir. Atasının ölüm faktı qeydə alınmadığından mirası qəbul etmək üçün ona maneələr yaradır. O, atası X4 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X14 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 06 may 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə saat 09:26 radələrində TTTYS çağırış verilmiş və bu haqda “Təcili və X9 X1 kitabı”nda 1959 nömrə ilə “Kişi cinsli meyid, keçirlmiş beyin insultundan ağırlaşma” diaqnozu ilə qeydiyyata düşmüşdür. Sənədin təsdiq olunmuş surəti sizə gönərilir. İş materiallarında olan Təcili və X9 Stansiyası Xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, 12.02.202-ci il tarixdə 09:45-də M.Cəbrayılov 2/3 ünvanında, 1946-cı il təvəllüdlü X10 TTY briqadası çatanadək bioloji ölüm baş vermişdir. Meyitin gözlə görünən hissələrində xəsarət izləri və zorakılıq əlamətləri aşkar edilmədi. Qohumların deməsinə görə uzun illərdir yataq xəstəsi idi. Ölümün ilkin səbəbi: keçirilmiş insultun ağırlaşması. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” X5 ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.1946-cı il təvəllüdlü X4 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilədi. Həmçinin, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. İş materiallarından göründüyü kimi, ərizəçinin mərhum atası vəfat edən gün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 Təcili və X9 Stansiyasına müraciət edilmiş, təcili yardım briqadası ölüm hadisəsinin baş verdiyi ünvanda olmuş, 1946-cı il təvəllüdlü X4 meyidini aşkar etmiş və müvafiq qeydiyyat aparmışlar. Lakin ərizəçinin ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə müraciətindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda X4 hansı tarixdə, harada vəfat etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğundan ərizəçi həmin şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ona görə də, Ərizəçinun maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilməli, ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilsin. Ərizəçiyə izah edilsin ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar