Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1689/2024 09.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Nəsir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 519,26 (beş yüz on doqquz manat, iyirmi altı qəpik) manat ziyanın və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində traktorla ünvan 1i ərazisində qazıntı işləri aparılarkən yeraltı keçən FO-10 markalı rabitə kabeli qırılmışdır. Nəticədə rabitənin boş dayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından İddiaçı Məhdud Məsuliyyətinə 749,26 manat məbləğində maddi ziyan dəymişdir. Rabitə kabelinin xx.xx.2021-ci il tarixində qırılması ilə əlaqədar İddiaçı MMC-nin Qərb regional filialının Şəki şöbəsinin işçiləri tərəfindən akt tərtib olunmuş və həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh İddiaçı MMC-yə vurduğu 749,26 manat məbləğində ziyanın 230 manatını müxtəlif tarixlərdə ödəmiş, 519,26 manatı isə ödənilməmiş qalmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində ziyanın ödənilməsi tələbinə dair məktubla müraciət edilmiş, lakin ziyanın cavabdeh tərəfindən ödənilməsi bu günədək təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində qeyd edilən əldən çıxmış fayda ilə bağlı iddia tələbinin əsasını lokal smeta təşkil edir. Bu barədə başqa hər hansı bir sübutları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş dəymiş ziyanın ödənilməsi barədə 05 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində Şəki rayonunun Oraban kəndi ərazisində onun rəhbərliyi ilə ekskavatorla aparılan torpaq-qazıntı işləri zamanı idarələrinə məxsus Şəki-Oğuz istiqamətli F0-10 magistral rabitə kabel xətti qırılmış, rabitədə boşdayanma yaranmışdır. Magistral rabitə kabel xəttinin qırılması nəticəsində idarələrinə 749,26 manat məbləğdə maddi ziyan dəymişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı şifahi müraciətlər edilməsinə baxmayaraq, zərərin əvəzi bu günədək ödənilməmişdir. Vurulmuş 519,26 manat məbləğində zərərin əvəzinin 10 (on) gün müddətində ödənilməsini xahiş etmişlər. Əks təqdirdə dəymiş zərərin əvəzinin ödətdirilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 02 oktyabr 2021-ci il tarixdə, saat 14:11 radələrində ünvan 1i ərazisində istismarda olan yeraltı Şəki-Oğuz istiqamətli avadanlıqlarının F0-10 rabitə kabeli ünvan 1 sakini Cavabdeh tərəfindən Şəki-Oğuz şose yolunun 24-25-ci km-də yol kənarında traktorla aparılan qazıntı hadisəsi nəticəsində sıradan çıxmışdır. Nəticədə, Şəki-Oğuz istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da, sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, baş vermiş hadisə ünvan 1i ünvanında yaşayan Cavabdeh tərəfindən törədilmişdir. Həmin aktı X4, X6, X2 və X5 öz imzaları ilə təsdiq etmişlər. Akt həmçinin cavabdeh tərəfindən də imzalanmışdır. - Şəki rayonu Oraban kəndi ərazisində FO-10 kabelinin bərpası barədə xx.xx.2021 tarixli yekun lokat smetasından görünür ki, Şəki rayonunun, Oraban kəndində rabitə dirəyinin bərpası üçün 450,3 (dörd yüz əlli manat otuz qəpik) məbləğində pul tələb olunur. Əldən çıxmış fayda isə 299 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 40 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 40 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 30 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 30 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 1i ərazisində istismarda olan yeraltı Şəki-Oğuz istiqamətli avadanlıqlarının F0-10 rabitə kabeli ünvan 1 sakini Cavabdeh tərəfindən Şəki-Oğuz şose yolunun 24-25-ci km-də yol kənarında traktorla aparılan qazıntı hadisəsi nəticəsində sıradan çıxmış və nəticədə İddiaçı MMC-nə maddi zərər vurmuşdur. İddiaçıya dəymiş ziyan 450,30 (dörd yüz əlli manat otuz qəpik) manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə vurduğu 450,30 manat məbləğində ziyanın 230 manatını müxtəlif tarixlərdə ödəmiş, 220,30 manatı isə ödənilməmiş qalmışdır. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Buna görə də İddiaçı MMC-yə vurulmuş zərərin əvəzi, yəni 220,30 (iki yüz iyirmi manat otuz qəpik) manat Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 299 manat məbləğində pul tələb etsə də, hadisənin baş verməyəcəyi təqdirdə həmin müddətdə əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 220,30 (iki yüz iyirmi manat otuz qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 220,30 (iki yüz iyirmi manat otuz qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1689/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1689/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver