Məhkəmə qərarları › İş №e-2(075)-1692/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1692/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1692/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iddiaçı İsmayılov Zıyafəddin Aslan oğlunun iştirakı ilə, İddiaçı İsmayılov Zıyafəddin Aslan oğlunun cavabdeh Şırınov Abbas Qəzənfər oğluna qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı İsmayılov Zıyafəddin Aslan oğlu cavabdeh Şırınov Abbas Qəzənfər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şırınov Abbas Qəzənfər oğlundan 15000 manat məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Kiş kənd sakini,Cavabdeh onu aldadaraq 15000 manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh işə düzəltmək adı ilə onu və ailə üzvlərini aldatmışdır və onlardan 15000 manat pul almışdır. Dəfələrlə şəxsə pulun qaytarılması ilə bağlı müraciət etməsinə baxmayaraq müraciəti nəticəsiz qaldı. Bununla bağlı X10 müraciət etmiş və cinayət işi başlanılmışdır. İstintaq hərəkətləri davam edən müddətdə hazırki iş üzrə Cavabdeh həmin puldan heçnə geri qaytarmamışdır. Qeyd etdiyi cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verildi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(004)- 103/2023 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır lakin mülki iddiaçı kimi tanınmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı İsmayılov Zıyafəddin Aslan oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X2 onun oğludur Müdafiə Nazirliyinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Hindarx Hərbi Kənc Təsərrüfatı müəssisəsində müdir vəzifəsinin boş olduğu və Rüfət həmin vəzifəyə mülk işçi kimi işə qəbul olmaq arzusunda olduğundan təxminən 2021-ci ilin may ayında onunla qonşuluqda yaşayan, hərbiçi olan X9 həmin müəssisəyə müdir vəzifəsinə işə qəbul edilməsinə köməklik etməsini xahiş etmiş və Əlizamin onu hərbiçi olan Ramin Əliyevlə tanış etmişdir. 2021-ci ilin iyun ayının əvəllərində Rüfət R.Əiiyevlə görüşmüş və X16 Nazirliyində adını, soyadını çəkmədiyi "general' rütbəli şəxs olduğunu və həmin şəxs 23.000 manat müqabilində işin həll edə biləcəyin demişdir. Həmin müəssisə Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşdiyindən və orada torpaq sahəsinə malik olduğundan oğlunun ora işə düzəlməsinə görə pulu verməyə razılaşmışdır. 09 iyun 2021-ci il tarixdə saat 19:20 radələrində o Rüfət və kürəkəni X14 rayonu Asan Xidmət Mərkəzinin yaxınlığında Ramin Əliyevlə görüşmüşlər. Bundan sonra Elçin maşında qalmış, o, Rüfət və Ramin avtomobildən düşərək Yasamal rayonunun ərazisində yerləşən “Musabəyov” adlanar parkın ərazisində yerləşən “Cafe Park” adlanan kafeyə getmişlər. Orada olan görüş zamanı Ramin Əliyev mülki geyimli şəxsi göstərək adının Abbas olduğunu və onun işi həl edəcək şəxs olduğunu deyib onlara təqdim etmişdir. Tanış olduqdan sonra Şirinov X5 işə düzəlmək barədə istəyindən R.Əliyev vasitəsilə xəbərdar olduğunu demiş. Abbasdan bu işi hansı qaydada həll edəcəyini soruşduqda o, Müdafiə Nazirliyində geniş şəxsi əlaqələrinin olduğunu, Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsində xidmət edən ad və soyadını bildirmədiyi “general” rütbəli tanışının vasitəsi ilə 2 ay ərzində 15.000 manat müqabilində həll edə biləcəyini demişdir. Həmin vaxt o, Abbasa 2 ay müddətin cox olduğunu və qeyd edilən məsələni daha tez bir zamanda həl ediləcəyini istədiyini bildirmişdir. Onun bu sözündən sonra Abbas telefonla kiməsə zəng edərək bu işi bir ay müddətinə həll olunub-oluna bilməyəcəyini soruşmuş və sağollaşıb onlara narahat olmamağı, işi 1 ay müddətinə həll edəcəyini demişdir. Həmin vaxt o, Abbasla razılaşmış və 15.000 manat pulu oğlunun və R.Əİiyevin yanında Abbasa vermişdir. Abbas pulu saymayaraq şalvarının cibinə qoyub Rüfətin şəxsiyyət vəsiqəsinin ksero surətini və yaşayış yerindən arayışı tələb etmiş və onlar sağollaşmışlar. Görüşdən bir neçə ay keçsə də Abbas Rüfətin işini həll edilməsi üçün hər hansı hərəkət etməmiş, soruşduqda pulu lazımı şəxsə verdiyini, qısa müddətə işin həll olunacağını demişdir. Lakin sonuncu vədindən bir müddət sonra Abbas mobil telefonlarını söndürərək onlardan gizlənməyə başlamışdır. Son olaraq cinayət nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Cavabdeh Şırınov Abbas Qəzənfər oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İşdə olan Baki şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 1(004)-103/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 və 32.4,312.1 -ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM 178.2.4-cü maddəsi ilə barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrun etmə cəzasır məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsass təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 25 aprel 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqınc iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına göndərilməsi, Cavabdeh barəsində seçiimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut 04 ədəd disk cinayət işinin materiallarında saxlanılması, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. Bundan başqa hökmün məzmunundan görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs, yəni Cavabdeh izahatında İddiaçı Ramin Əliyevin yanında ona 15000 manat məbləğdə pul vəsaiti verdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sənədlərin biləvasitə tətbiqi nəticəsində aydın oldu ki, Cavabdeh özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq cinayət əməli törətməklə iddiaçı İsmayılov Zıyafəddin Aslan oğluna 15000 manat məbləğdə maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh Heydər Əliyev adına Ali Hərbi İnistutunun hərbi qulluqçuları polkovnik-leytenant X13 və polkovnik-leytenant X1 vasitəsilə yeni tanış olduğu İddiaçı övladı X11 Nazirliyinin Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən “Hindarx" X7 mudir olaraq mülki işçi kimi işə düzəltmək arzusunda olmasını öyrəndikdən sonra etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, hər hansı şəxsi hərbi müəssisədə müdir olaraq mülki işçi kimi işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və R.İddiaçı faktiki köməklik göstərmək niyyətində olmadığı halda, 09 iyun 2021ci il tarixdə saat 20 radələrində Bakı Şəhəri, Yasamal rayonu, Qəzənfər Musabəyov parkı ərazisində yerləşən “Cafe Park" kafesində İddiaçıla görüşən zaman onu 15000 (on beş min) manat məbləğində pulun güya Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsində xidmət edən adını və soyadını bildirmədiyi general rütbəli şəxsə rüşvət qismində verilməsi müqabilində bu işin həll olunacağına inandırıb razılaşdıraraq R.İddiaçı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və elə həmin kafedə ondan 15000 (on beş min) manat məbləğində pul almış, lakin vədi üzrə R.İddiaçı xeyrinə heç bir hərəkət etməyərək onu aldatmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Baki şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 1(004)-103/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 və 32.4,312.1 -ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı barəsində ittiham edici hökm çıxarılmış və hal-hazıradək onun tərəfindən cavabdehə vurulan maddi ziyan ödənilməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 15000 (on beş min ) manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı İsmayılov Zıyafəddin Aslan oğlunun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şırınov Abbas Qəzənfər oğlundan 15000 (on beş min) manat pul alınaraq İsmayılov Zıyafəddin Aslan oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar