Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1713/2024 08.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mediasıya reyestrində M-001 37. nömrəsi ilə qetdiyyatdan keçmiş mediator X2 apardığı mediasiya proesi nəticəsində mediator o, və Maraqlı şəxs arasında başlanmış 13 mart 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün həmin bəndin təsdiq edilməsi və sazişin təsdiq edilməsi ilə bağlı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun maraqlı şəxsdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 08 iyul 2024-cü il tarixdə elektron qaydada ərizə göndərərək göndərdiyi ərizəsində zəruri işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərmiş , onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla, sabiq əri Maraqlı şəxs arasında nikahın pozulması, azyaşlı uşaqların himayəsində saxlanılması və aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 13 mart 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində onunla Maraqlı şəxs ilə aralarında 04 noyabr 2013-cü il tarixdə Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İcra Nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, onunla Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 07 aprel 2011-ci il təvəllüdlü X4 və 07 yanvar 2021-ci il təvəllüdlü X3 onun himayəsində və yanında saxlanılmalarına, 07 aprel 2011-ci il təvəllüdlü X4 və 07 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üş yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs ona ödənilməsinə, 07 aprel 2011-ci il təvəllüdlü X6 və 07 yanvar 2021-ci il təvəllüdlü X5 ilə atası Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17-00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına,həmçinin buna şərait yaradılmasına, Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 11-00da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşaqlarını həmin həftənin müvafiq olaraq şənbə və bazar günləri saat 17-00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda ona qaytarıb təhvil verməsinə, Eonun tələb etdiyi qızıl-zinət və nişan-cehiz əşyaları Maraqlı şəxs tətəfindən tam şəkildə ona qaytarılmasına, bir-birlərinə qarşı başqa hər hansı bir qızıl-zinət və nişan-cehiz əşyaları tələbləri və iddiaları qaldırmaycaqlarına dair hər iki tərəfə razı olmuşdur. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.3-cü bəndinin şərtlərinə riayət etmir. Belə ki, Maraqlı şəxs barışıq sazişinin 2.3-c bəndində 07 aprel 2011-ci il təvəllüdlü X4 və 07 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ödəməsinə razılaşmasına baxmayaraq bu gün aliment ödəməkdən boyun qaçırır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00233 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahdan anadan olmuş və yetkinlik yaşlarına çatmayan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment hər növbəti ayın 05-dək Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya sessiyalarının keçirilməsi üçün 200 manat Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X1 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00233 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. 2.3. 07 aprel 2011-ci il təvəllüdlü X4 və 07 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üş yüz altmış) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1713/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1713/2024
08.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver