Məhkəmə qərarları › İş №e-2(075)-176/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-176/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-176/2024 11.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 390 AZN (üç yüz doxsan manat) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, iş üzrə obyektiv qərar qəbul edilməsi üçün iş üzrə tərəflərin izahatı alınmalı, araşdırma aparılması zərurəti yarandığından Şəki Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(075)- 2277/2023 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 220” markalı, **-ET- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 390 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmişdir ki, 19 oktyab 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edir ki, 390 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin Cavabdeh 17 oktyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixinda özünə məxsus olan və özü idara etdiyi “Mersedes Benz 220” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kəndlərinin ara küçələrində üzü kənd istiqamətində öz yolu ilə hərəkətdə olarkan särt döngədə qəflətən sürətli şəkildə qarşısına “Mersedes Benz 240” **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 onun yolunda hərəkət edərək onu sol arxa krlo va buferinə zərər vermiş və sürət həddi yüksək olduğundan avtomobili taqribi 100-150 m aralıda saxlayıb sonra geri hərəkət etdirərək hadisə yerinə gəlmişdir. Bildirmişdir ki, onun avtomobilinda 500 m aralıda yerləşən mağazaya aparmaq niyyəti ilə yığdığı isti çörək olmuşdur. Hadisə baş verəndən dərhal sonra yerə düşüb birinci polis əməkdaşına sonra isə sğortaya malumat vermişdir. Daha sonra avtomobilində olan çörəyi həmin mağazaya saldırıb geri qayıdıb hadisə olduğu vəziyyətdə avtomobilini saxlamışdır. Taxmini hadisa baş verəndən 40-45 dəqiqə sonra soyadını bilmədiyi adı Rauf, başqa YPX-nın əməkdaşı və daha sonra sığorta işçiləri gəlmişdir. Hadisə zamanı avtomobilinda tək olmuşdur, xəsarət almamışdır. Qarşı avtomobildə sürücüdən əlavə 3 kənd sakini X3, X5 və ön sidenliyada oturan X6 olmuşdur. X10 izahatı zamanı Mənəfov Müşviqi hadisəni tam görüb deyə izahata şahid qismində yazmamışdı. Hadisə tam da olmasa yaxınlıqdakı mağazanın kamerasına düşmüşdür. Kameradada göründüyü kimi o, öz yolunda hərəkətdə olmuşdur. Bu hadisədə özünü qətiyyən təqsirkar bilmir. Hadisənin yenidən araşdırılmasını, şahidlərin məhkəməyə çağırılıb dindirilməsi və dəqiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsi X1 11 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində mülki iş üzrə hazırlıq və baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri olmamışdır. Belə ki, digər avtomobil sürətlə idarə edərək sərt döngədə onun idarə etdiyi “Mercedes Benz 220” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. İddia ərizəsində digər avtomobil “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 390 manat maddi ziyan dəydiyi göstərilsə də, həmin avtomobilə təxmini 180 - 190 manat məbləğdə maddi ziyan dəymişdir. Həmin avtomobili onların kənd ustaları təmir ediblər. Digər avtomobilin sürügüsü izahatı düzgün yazmamışdır. Buna görə də iş düzgün araşdırılmayıb. Bildirmişdir ki, o, hadisə baş verən günü səhər saatlarında avtomobili ilə marketə çörək aparmışdır. Digər nəqliyyat vasitəsinin sürücüsü sərt döngədə avtomobili çox sürətlə idarə etmişdir. Buna görə də qəza baş vermişdir. Digər avtomobil qəza baş verən yerdən 100 - 150 metr aralıda dayanmışdır. Qəzadan dərhal sonra o, polis əməkdaşlarına və sığorta şirkətinə müraciət etmişdir. Digər avtomobildə üç nəfər almışdır. Qəza nəticəsində xəsarət alan olmamışdır. O, polis əməkdaşları və sığorta şirkətinə məlumat verib təzminən 500 metr aralıda olan marketə gedib çörəkləri verdikdən sonra hadisə yerinə qayıtmışdır. Hesab edir ki, bu hal hadisədən yayınma kimi qiymətləndirilməməlidir. Digər avtomobil qəzadan sonra yerində dayanmışdır. Həmin avtomobilin sürücüsü izahatı düzgün vermədiyi üçün, baş vermiş qəza hadisəsi düzgün araşdırılmayıb. Hesab edir ki, iddia əsassızdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, qəza zamanı o, “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Hər iki avtobildə sürət olmuşdur. Kəndin sərt döngəsində doqquşmuşlar. Onun olduğu avtomobil qəza yerindən 100 metr irəliləyib sonra dayanıb geri qayıtmışdır. Mərhəmət də geri qayıtmışdır. Sonradan onun işi olduğu üçün qəza yerindən çıxıb getmişdir. Məhkəmə cavabdehin, şahidin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin 114588 nömrəli sığorta aktından və ona əlavə edilmiş ödəniş tapşırığından görünür ki, sığorta predmeti olan Mercedes Benz 200 markalı **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 390 manat sığorta ödənişi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 390 manat məbləğdə maddi ziyanı 10 iş günü ərzində ödəməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.6-cı maddəsinə əsasən 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin müllki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesa edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 19 oktyabr 2022ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olan şəxs Mercedes Benz 200 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə hesabatdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri 390 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh 19 oktyabr 2022-ci il tarixdə idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış Mercedes Benz 200 markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə hər iki avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 390 manat məbləğdə ziyan dəymiş, həmçinin qəzada təqsiri olan cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə barəsində qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 100 manat məbləğdə inzibati cərimə edilmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclası zamanı Cavabdeh izahatında baş vermiş yol nəqliyyat hadisəsinin digər avtomobilin, yəni Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri səbəbli baş verdiyini qeyd etsədə, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da izahatın hər iki nəqliyyat vasitəsində sürət olduğunu qeyd etmişdir. Eyni zaman iş materialları ilə müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli şəxs olan Cavabdeh barəsində qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.6-cı maddəsi ilə 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Bundan baş cavabdeh məhkəmə iclasında Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş maddi ziyanın 390 manat məbləğdə yox, 190 manat məbləğdə olduğunu qeyd etsə də, bunun əsaslığını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş materillarına əlavə edilmiş 114588 nömrəli sığorta aktı və ona əlavə edilmiş ödəniş tapşırığına əsasən Mercedes Benz 240 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 390 manat sığorta ödənişi verilməsi tam təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə iddia tələbini əsaslı hesab edir. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 390 manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, cavabdehlər Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək Cavabdeh “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 390 (üç yüz doxsan manat) manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz 240” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 390 (üç yüz doxsan manat) manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar