Məhkəmə qərarları › İş №e-2(075)-1760/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1760/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1760/2025 18.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, anası mərhum X2 18 oktyabr 1998-ci il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, anası X9 xx.xx.1939-cu ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. O, xx.xx.1998-ci ildə yaşadığı kənddə vəfat etmişdir. Onlar ailə üzvləri torpaq sənədləri ilə əlaqədar sənədləşmə işlərini həll edərkən mərhum anasının ölüm şəhadətnaməsi olmadığından ona ölüm haqqında şəhadətnamə almaq üçün Şəki regional Maraqlı şəxsndə fəaliyyət göstərən Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişlər, oradan onlara xx.xx.2025-ci il tarixdə cavab məktubu ilə bildirmişlər ki, anasının ölümü ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnmə təqdim etməlidirlər. Anasının ölümü haqqında şəhadətnamə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə - ölüm haqqında həkim şəhadətnaməsi verilməsi zərurəti yarandığından bununla əlaqədar “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 müraciət edərək xx.xx.1998-ci il tarixdə vəfat etmiş anası X3 ölüm aktının verilməsinə köməklik edilməsini xahiş etmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2025-ci il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, anasının yaşadığı yerdə dünyasını dəyişərkən Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edilmədiyindən qeydiyyat aparılmamışdır, bu səbəbdən ölüm aktının verilməsi mümkün deyildir. Anasının ölüm faktının təsdiq edilməsi üçün Şəki rayon qeydiyyat şöbəsindən ona Şəki Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. O da məcbur olub mərhum anası X2 ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Anasının ölüm faktı X21 filialından verilən xx.xx.2025-ci il tarixli Arxiv Arayışı, həmçinin anasının dəfnində iştirak etmiş şəxslər X11, X6 ifadələri (həmin şəxsləri şahid kimi məhkəməyə gətirəcəyəm), anasının qəbrinin foto şəkilləri ilə təsdiq edilir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Mərkəzi Xəstəxanasının 14 may 2025-ci il tarixli 18-1-71/2-M-303-42- 170/2025 saylı məktubundan görünür ki, mərhum X9 yaşadığı ünvanda dünyasını dəyişərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət edilməmiş və hər-hansı qeydiyyat aparılmamışdır. Odur ki, mərhum X2 adına ölüm aktının verilməsi mümkün deyildir. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. - X2 Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşlığının pasportundan görünür ki, o, xx.xx.1939-cu il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdurş. - Azərbaycan Respublikası Dövlət X14 16 aprel 2025-ci il tarixli arxiv arayışından görünür ki, X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ailə üzvləri Ərizəçi, X10 və X4r. - xx.xx.1971-ci il tarixli 255331 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi atası X7, anası isə X5r. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Məlikova (Süleymanova) Almaz Süleyman qızı barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydləri kitabları 1995-2001-ci illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1999- 29.12.204-cü illər üzrə yoxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət X14 Şəki Rayon Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Şəki rayon Qeydiyyat Şöbəsinin 1998-ci ilin sənədləri X21 filialında mühafizə edilmədiyi üçün X2 ölümü barədə Arxiv arayışı təqdim edə bilmirlər. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı iddianın qaldırılması üçün 99,60 manat dövlət rüsumu ödəmişdir. - Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 25 dekabr tarixli qərarına əsasən Ərizəçi və X3 1.06 ha kənd təsərrüfatı təyinatlı topaq verilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, ərizəçinin həm qohumu, həm də qonşusudur. Atasının adı Binyamin, anasının adı Almaz olmuşdur. 1993cü il tarixdə atası, 1998-ci il tarixdə isə anası vəfat etmişdir. Zəyzid qəbristanlığında dəfn olunublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, ərizəçinin qonşusudur. Atası Binyamin, anası Almaz olmuşdur. Anası 1998-ci il tarixdə vəfat etmişdir. Binyamin isə daha əvvəl rəhmətə getmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X9 Ərizəçi anası olmuşdur. O, xx.xx.1939-cu il tarixdə anadan olmuşdur. Ərizəçinin anası X9 18 oktyabr 1988-ci il tarixdə vəfat etmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi anasının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, torpaq sənədləri ilə əlaqədar sənədləşmə işləri apararkən, anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Mərhum anası X2 ölüm faktı qeydə alınmadığından torpaq sənədlərini sənədləşdirə bilmirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, ərizəçinin anası xx.xx.1939-cu il təvəllüdlü X2 18 oktyabr 1998-ci il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin anası xx.xx.1939-cu il təvəllüdlü X2 18 oktyabr 1998-ci il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində vəft etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar