Məhkəmə qərarları › İş №e-2(075)-1771/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1771/2024

18.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1771/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 apardığı mediasiya prosesi nəticəsində mediator, özü və Maraqlı şəxs arasında bağlanmış 25 avqust 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.6-cı bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.6-cı bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 10 iyul 2024-cü il tarixdə elektron qaydada ərizə göndərərək göndərdiyi ərizəsində zəruri işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərmiş , onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızı ərizəsini onunla əsaslandırmışdır ki, onunla, keçmiş əri Maraqlı şəxs arasında nikahın pozulması, uşaqların himayədə saxlanılmaları, aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 25 avqust 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. Ərizəçi və Maraqlı şəxs aralarında 16 aprel 2021-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında barışmaları üçün vaxt verilmədən pozulmasına, onunla Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 04 mart 2022-cı il təvəllüdlü X2 onun himayəsində və yanında saxlanılmalarına, birgə nikahdan anadan olmuş və yetkinlik yaşlarına çatmayan uşaqları 04 mart 2022-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və Maraqlı şəxs tərəfindən ona ödənilməli olan aliment məbləğinin 01 sentyabr 2023-cü il tarixdən etibarən artırılaraq hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsinə hər ikisi razı olmuşlar. Yəni, Bu sazişin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs 04 mart 2022-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 manat (iki yüz) manat sabit pul məbləğində alimenti ona ödəyəcəyini öz öhdəsinə götürmüşdür. 04 mart 2022-cı il təvəllüdlü X6 ilə atası Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 16:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına ovə Maraqlı şəxs razılaşmışlar. Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağını müvafiq olaraq həmin həftənin şənbə və bazar günləri saat 16:00-dək uşağı qəbul etdiyi ünvanda ona qaytarıb təhvil verməyi öz öhdəsinə götürmüşdür. Əks, tədqirdə Maraqlı şəxs həmin uşağının məcburi qaydada cavabdehdən alınıb ona verilməsinə razıdır. Maraqlı şəxs onun qızının qızıl-zinət, mebel, əmlak və birgə nikah dövründə əldə edilmiş əmlakdan pay tələbinə dair iddiasından imtina etməsi qarşılığında 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dək hər ay üçün 30 (otuz) manat olmaqla cəmi 3000 (üç min) manat pulu ona ödəməsini öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşdur. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.6-cı bəndinin şərtlərinə riayət etməmişdir. Belə ki, Maraqlı şəxs 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dək hər ay üçün 30 (otuz) manat olmaqla, cəmi 3000 (üç min) manat pulu ona ödəməsini öz öhdəsinə götürsə də bu günədək heç bir ödəniş etməmişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02166 nömrəli barışıq sazişinin 2.6-cı bəndindən görünür ki, Maraqlı şəxs Ərizəçi qızıl-zinət, mebel, əmlak və birgə nikah dövründə əldə edilmiş əmlakdan pay tələbinə dair iddiasından imtina etməsi qarşılığında 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dək hər ay üçün 30 (otuz) manat olmaqla cəmi 3000 (üç min) manat pulu ona ödəməsini öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşdur. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya sessiyalarının keçirilməsi üçün 100 manat Ərizəçi tərəfindən ödənilmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)- 2151/2023 nömrəli qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 16 aprel 2021-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 18 nömrəli nikah pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 25 avqust 2023-cü il tarixli, MŞŞ/MT018/2023- 02166 saylı barışıq sazişinə əsəsən tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 04 mart 2022-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində və yanında saxlanılmasının, 04 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş və Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməli olan aliment məbləğinin 01 sentyabr 2023-cü il tarixdən etibarən artırılaraq hər ay üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsinin, 04 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinin razılaşdırılmasının nəzərə alınması qət edilmişdir. İş materialında olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydlər kitabında 18 nömrə ilə qeydə alınmışdır. İş materialında olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfinfən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 mart 2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs anası isə X1r. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. X3 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02166 nömrəli barışıq sazişinin 2.6-cı bəndi təsdiq edilsin. 2.6. Ərizəçi qızıl-zinət, mebel, əmlak və birgə nikah dövründə əldə edilmiş əmlakdan pay tələbinə dair iddiasından imtina etməsi qarşılığında 2023-cü ilin sentyabr ayından başlayaraq Maraqlı şəxs hər ayın 25-dək hər ay üçün 30 (otuz) manat olmaqla, cəmi 3000 (üç min) manat pul Ərizəçi ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Maraqlı şəxs alınaraq ərizəçi Babayeva (İsrafilova) Gülnar Rəhman qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar