Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1773/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızları X7 1983-cü il tarixdə Şəki şəhərində və X8 1987-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 ilə 06 aprel 1983-cü il tarixdə Şəki şəhər VVAQ şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan 15 iyul 1983-ci il tarixdə X15 və 13 sentyabr 1986-cı il tarixdə X16 adlı iki qızı anadan olmuşdur. X5 3 aylıq olanda yəni 1983-cü il tarixdə, digər qızı X16 isə 6 aylıq olanda yəni 1987-ci ildə xəstələnərək vəfat etmiş və evlərinin yaxınlığında yerləşən qəbirsanlıqda dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan mərhum qızlarının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. X4 03 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum ərindən miras əmlak olaraq qeyri-yaşayış binası qalmışdır. O, mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirdilər ki, qızları X15 və X8 ölüm faktı qeydə alınmadığından ərinin vərəsəliyini qəbul edə bilmir. O, qızları X15 və X8 ölümlərinin qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi iddia ərizəsində göstərilən tələbi müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Həmçinin dostu Nütvəlinin həyat yoldaşıdır.Onların 4 övladı olub. Onlardan 1983-cü ildə biri, 1986-cı ildə isə digəri anadan olandan 2-3 ay sonra vəfat edib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun həm qohumu həm də qonşusudur. Onların 4 övladı olub. Onlardan 1983-cü ildə biri, 1986-cı ildə isə digəri anadan olandan sonra vəfat edib. Onların hər ikisi qız övladı idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının övladıdır. Onların 4 övladı olub. Onlardan 1983-cü ildə biri, 1986cı ildə isə digəri anadan olandan 2-3 ay sonra vəfat edib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. Evdə olan söhbətlərdən bilir ki, ailədə 4 övlad olmuşlar. Üç bacı bir qardaşdan digər iki bacılarından 1983-cü ildə biri, 1986-cı ildə isə digəri vəfat edib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. Evdə olan söhbətlərdən bilir ki, ailədə 4 övlad olmuşlar. Üç bacı bir qardaşdan digər iki bacılarından 1983-cü ildə biri, 1986-cı ildə isə digəri vəfat edib. İşin halları Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-M- 69-173/2024 nömrəli arayışdan görünür ki, X16 barəsində Şəki Rayon Qeydiyyat Şöbəsinin və X6 reyestri xidmətinin arxivində həmçinin “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydlər kitabları 1986-1989-cu illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları xx.xx.1987-xx.xx.2024-cü il tarixədək yoxlanılmışdır. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-M- 69-174/2024 nömrəli arayışdan görünür ki, X15 barəsində Şəki Rayon Qeydiyyat Şöbəsinin və X6 reyestri xidmətinin arxivində həmçinin “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydlər kitabları 1983-1986-cı illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları xx.xx.1984-xx.xx.2024-cü il tarixədək yoxlanılmışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Nöyülbulaq İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 462 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ev 50 ünvanda yaşamış X15 xx.xx.1983-cü ildə həqiqətən vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Nöyülbulaq İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 463 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ev 50 ünvanda yaşamış X16 1987-ci ildə həqiqətən vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Nöyülbulaq İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 511 nömrəli arayışda göstərilmişdir ki, ünvan 1 ünvanda yaşamış X3 vərəsələri Ərizəçi, X17, X1 Gülçin Nütvəli qızı və X12r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-M-15-1327/24 nömrəli xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölümün qeydiyyatının aparılması şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı əsasında təqdim edilə bilər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X29 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 18-1-71/2-M-321-xxxx/2024 nömrəli məktubundan görünür ki, X15 1983-cü il tarixdə, X16 isə 1986-cı il tarixdə yaşadıqları ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X33 müraciət edilməmiş və hər-hansı qeyd aparılmamışdır. Odur ki, ölüm ərizədə göstərdiyi ölüm aktının verilməsi mümkün olmamışdır. Fotoşəkillərdən görünür ki, X15 və X16 evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Tətbiq edilən hüquq Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, Ərizəçi 15 iyul 1983-ci il tarixdə X15 və 13 sentyabr 1986-cı il tarixdə X16 adlı iki qızı anadan olmuşdur. X5 3 aylıq olanda yəni 1983-cü il tarixdə, digər qızı X16 isə 6 aylıq olanda yəni 1987-ci ildə xəstələnərək vəfat etmiş və evlərinin yaxınlığında yerləşən qəbirsanlıqda dəfn edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçi tələbində haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X15 və X16 ölmüş elan edilməli və X15 və X8 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyinə görə 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. X15 və X16 ölmüş elan edilsin. X15 və X8 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1773/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1773/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver