Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1785/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 noyabr 1990-cı il tarixdə doğulmuş, Bakı şəhəri Nəsimi rayonunda doöumu qeydə alınmış X5 02 fevral 1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şəki şəhəri S.Mümtaz küçəsi 1-də yaşayır. Onun 22 noyabr 1990-cı il tarixdə X10 adlı oğlu olmuşdur. Vüsal Məmmədov doğulduqdan sonra onun ürək qüsurlü olduğu müəyyən edilmişdir. Bir neçə il onun müalicə etdirməklrinə baxmayaraq X10 02 fevral 1994-cü il tarixdə vəfat etmişdir. Həmin dövrdə Şəki rayonu Oraban kəndində yaşadıqlarından oğlu X17 qəbstanlığında dəfn olunmuşdur. X5 ölümünün qeydə alınması və ona ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Şəki Regional “Asan Xidmət” Mərkəzində Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan ona X5 ölmünü qeydə alınmasının mümükün olmadığı bildirilmiş və Vüsal Məmmədovun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X4 ölümünün qeydə alınması həm onun, həm də ailələrinin ümumi marağıdır. Ölümün qeydə alınmaması gələcək də ailələrinin bir çox problemlə üzləşməsi deməkdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçinin vəsatəti ilə 20 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid kimi dindirilən X9 bildirdi ki, Ərizəçi onun bacısıdır. Vüsal 22 noyabr 1990-cı il tarixdə anadan olmuşdur. Bir müddət sonra, ürəyində qüssur olduğu məlum olmuşdur. 1994-cü ilin fevral ayında vəfat etmişdir. Oraban kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçinin vəsatəti ilə 20 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid kimi dindirilən X14 bildirdi ki, Ərizəçi onun qızıdır. Vüsal onun nəvəsi olub. 02 fevral 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin vəsatəti ilə 20 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid kimi dindirilən X12 digər şahid X9 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X5 02 fevral 1994cü il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi rayon qeydiyyat şöbəsi və həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Baş Kəldək kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 134 nömrəli arayışdan görünür ki, nümayəndəliyin sabiq Oraban kənd sakini mərhum X1 yaşamış, xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Oraban kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 86 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Şəki şəhəri, Yaramallı məhəlləsi, S.Mümtaz küçəsi, 12/12 saylı evdə yaşayır. İşdə olan fotoşəkillədən görünür ki, X10 1990-cı il tarixdə anadan olmuş, 1994-cü il tarixdə vəfat etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X5 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 22 noyabr 1990-cı il tarixdə anadan olmuş Bakı şəhəri, Nəsimi rayonunda doğumu qeydə alınmış X5 02 fevral 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 22 noyabr 1990-cı il tarixdə anadan olmuş Bakı şəhəri, Nəsimi rayonunda doğumu qeydə alınmış X10 02 fevral 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlətə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1785/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1785/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver