Məhkəmə qərarları › İş №e-2(075)-1806/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1806/2022

19.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1806/2022 19.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X10 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 06 may 2022-ci il tarixli, 2022-MŞİH-17401 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, onunla Maraqlı şəxs arasında nikahın pozulması, birgə nikahlarından olmuş uşaqlarının himayədə saxlanılması və uşağın saxlanılması üçün alimentin ödənilməsi barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 06 may 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onlar onunla Maraqlı şəxs arasında 24 oktyabr 2013cü il tarixdə Şəki rayon Baş Küngüt kənd İcra Nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulması, onların birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində və yanında saxlanılması, onların birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsi və onların birgə nikahlarından anadan olmuş uşaqları 19 sentyabr 2009cu il təvəllüdlü X7 və 27 aprel 2014-cü il təvəllüdlü X3 ilə ataları Maraqlı şəxs hər həftənin bazar günləri saat 10:00-dan saat 19:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılması barədə razılıq əldə etmişlər. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş və aliment ödəməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən onunla Maraqlı şəxs arasında 06 may 2022-ci il tarixli, 2022-MŞİH-17401 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək göstərmişdir ki, onlar 2022-ci ilin fevral ayından ayrı yaşamışlar. Mediasiya Şurasının 06 may 2022-ci il tarixli, 2022-MŞİH- 17401 saylı barışıq sazişinə əsasən onlar Ərizəçi ilə onun arasında 24 oktyabr 2013-cü il tarixdə Şəki rayon Baş Küngüt kənd İcra Nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulması, onların birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində və yanında saxlanılması, onların birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin ondan tutularaq hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilməsi və onların birgə nikahlarından anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X7 və 27 aprel 2014-cü il təvəllüdlü X1 onunla hər həftənin bazar günləri saat 10:00-dan saat 19:00dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılması barədə razılıq əldə etmişlər. Bildirmişdir ki, o, alimenti ödəmək üçün kart açdıraraq əmək haqqısını yönəltmək istəmişdir. Bu məsələ barədə ona bildirmişlər ki, icra və probasiya şöbəsində aliment məsələsi həll olunacaqdır. O, alimenti ödəməsə də, uşaqları üçün pul xərcləmişdir. Uşaqları üçün bazarlıq etmişdir. Barışıq sazişinin alimentlə bağlı olan hissəsini qəbul edir. Ərizənin təmin edilməsinə etirazı olmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 oktyabr 2013-cü il tarixli AZ-İ 897586 seriya nömrəli X5 görünür ki, Maraqlı şəxs ilə X8 arasında 05 sentyabr 2013-cü il tarixdə bağlanmış nikah, nakahın bağlanması haqqında akt qeydlər kitabında 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəsrullayeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 aprel 2010-cu il tarixli AZ-İİ 444490 seriya nömrəli X6 görünür ki, 19 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 may 2014-cü il tarixli AZ-İİİ 301782 seriya nömrəli X6 görünür ki, 27 aprel 2014-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli, 2022-MŞİH-17401 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokolun surətindən görünür ki, Ərizəçi mediasiya sessiyalarının keçirilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 may 2022-ci il tarixli, 2022-MŞİH-17401 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüşdür və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X9 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 may 2022-ci il tarixli, 2022-MŞİH-17401 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndi təsdiq edilsin. 2.1.3. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 19 sentyabr 2009-cu il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar