Məhkəmə qərarları › İş №e-2(075)-1807/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1807/2023

29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1807/2023 29.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X10 24 dekabr 2015-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, onun mərhum atası X16 24 dekabr 2015-ci ildə vəfat etmişdir. Atası vəfat edərkən onlar onun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Mərhum atasından miras əmlak olaraq fərdi yaşayış evi qalmışdır. O, atasından miras qalmış fərdi yaşayış evinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də notarius ölüm haqqında şəhadətnamə olmadığından bundan imtina etmişdir. Atasının ölüm faktı qeydə alınmadığından mirası qəbul etmək üçün ona maneələr yaradır. O, atası X10 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X16 qocalıq səbəbli 24 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt başları qarışıq olduğu üçün atasına ölüm haqqında şəhadətnamə almamışlar. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Ərizəçi mərhum atası X10 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Şəki rayon qeydiyyat şöbəsində X10 ölümünün qeydə alınması mümkün olmamışdır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Ərizəçi təxminən 20-25 il olara ki, tanıyır. O, ərizəçinin mərhum atasını da tanımışdır. Mərhumun yas mərasimlərində iştirak etməsə də, qəbrini tanıyır. Mərhum onun vəfat etmiş yaxın qohumlarının yanında dəfn olunmuşdur. Ərizəçinin atasının adı X16 olmuşdur. X7 2015-ci ildə vəfat etmişdir. Bildiyi qədər mərhum qocalıqdan ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O, Ərizəçi mərhum atası X11 görmüş, tanımışdır. Bildirmişdir ki, mərhum X16 2015-ci ilin dekabr ayında vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmiş, mərhumun dəfnində də iştirak etmişdir. Mərhumun məzar daşını tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 göstərmişdir ki, o, Ərizəçi qonşusudur. O, ərizəçinin mərhum atası X11 da tanıyır. X4 2015-ci ilin dekabr ayında vəfat etmişdir. Mərhumun yas mərasimində, həmçinin dəfnində iştirak etmişdir. Ərizəçinin mərhum atası X12 məxsus olan məzar daşını tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərmişdir ki, o, Ərizəçi qonşusudur. O, ərizəçinin mərhum atası X11 tanımışdır. X16 24 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Bildiyi qədər mərhum qocalıq səbəbli vəfat etmişdir. O, mərhum yas mərasimində, həmçinin dəfnin iştirak etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 mart 1964-cü il tarixli, АЗ 361650 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi atası X16, anası X6r. İşdə olan 02 fevral 2023-cü il tarixli, 43 saylı arayışdan görünür ki, X8 şəhəri “Gəncəli” məhəlləsi Həzi Aslanov küçəsi, ev 2 ünvanında yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan “Şəki RMX” X23 23 fevral 2023-cü il tarixli, 86/2 saylı məktubundan görünür ki, ərizəçi “Şəki RMX” X20 müraciət edərək xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmiş atası X12 ölüm aktının verilməsini xahiş etmiş, lakin həmin illər üzrə qeydiyyat kitablarında X16 barəsində ölüm qeydi aşkar edilməmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsinin 06 iyun 2023-cü il tarixli, 3-165/8-xx-xx- 1263/2023 saylı məktubundan görünür ki, Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən, Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyidir. İşdə olan DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 04 aprel 2023-cü il tarixli 3-17-1/1-11-70932/2023 saylı məktubundan görünür ki, mərhum X2 aylıq məbləği 199,52 manat olmaqla xx.xx.2015-ci il tarixinədək yaşa görə əmək pensiyası ödənilmişdir. İşdə olan mərhum X12 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X16 05 fevral 1929-cu il tarixdə anadan olmuş, 24 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X16 Ərizəçi atası olmuşdur. O, 05 fevral 1929-cu il tarixdə anadan olmuşdur. Ərizəçinin atası X16 24 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X10 24 dekabr 2015-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X10 24 dekabr 2015-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar