Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1836/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi Əmrahova (Mənəfova) Aytəkin Məzahir qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 07 fevral 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi, həmçinin Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında aparılmış mediasiya prosesi zamanı 07 fevral 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. 07 fevral 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şəkildə bağlanılmışdır: (2.1.1) Maraqlı şəxs ilə X1 birgə nikahdan anadan olmuş uşaqları 25 iyul 2006-cı il təvəllüdlü X3 atası Maraqlı şəxs (Maraqlı şəxs Azərbaycan Respublikasında olduğu bütün müddət ərzində, buraya Maraqlı şəxs xaricə gedib qayıtdıqdan sonrakı Azərbaycanda olduğu müddət də daxildir) himayəsində və yanında saxlanılmasına, 29 noyabr 2008-ci il təvəllüdlü X6 və 14 iyul 2012-ci il təvəllüdlü X4 isə anaları X1 himayəsində və yanında saxlanılmalarına Maraqlı şəxs və X5 razıdırlar. (2.1.2) Maraqlı şəxs ilə X1 birgə nikahdan anadan olmuş uşaqları 14 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 07 fevral 2022-ci il tarixindən hesablanmaqla hər ay üçün 150 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X2 ödənilməsini Maraqlı şəxs öhdəsində götürür və buna hər iki tərəf razıdır. (2.1.3) Maraqlı şəxs nə vaxtsa, Azərbaycan Respublikasının sərhədlərini tərk edərsə, (xarici dövlətlərə gedərsə) bu zaman onun himayəsində saxlanılmasına razılaşdırılmış 25 iyul 2006-cı il təvəllüdlü X3 anası X1 himayəsində və yanında saxlanılmasına Maraqlı şəxs və X5 razıdırlar. Həmçinin bundan sonra X5 himayəsində olacaq üç uşaqdan aliment ödənilməsi razılaşdırılmamış ikisinin yəni, 25 iyul 2006-cı il təvəllüdlü X3 və 29 noyabr 2008-ci il təvəllüdlü X6 yektinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin ödənilməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etməsinə Maraqlı şəxs və X5 razıdırlar. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə maraqlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 07 fevral 2022-ci il tarixli, 2022-MŞİH-13301 nömrəli barışıq sazişinin 2.1.2-ci bəndindən görünür ki, Maraqlı şəxs ilə X1 birgə nikahdan anadan olmuş uşaqları 14 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 07 fevral 2022-ci il tarixindən hesablanmaqla hər ay üçün 150 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X2 ödəyəcəyini öz öhdəsində götürür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X7 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X5 ilə Maraqlı şəxs arasında 07 fevral 2022-ci il tarixli, 2022-MŞİH-13301 nömrəli barışıq sazişinin 2.1.2-ci bəndi təsdiq edilsin. Barışıq sazişinin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs 14 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Əmrahova (Mənəfova) Aytəkin Məzahir qızına ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1836/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1836/2025
30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver