Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1848/2023 10.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı ünvan 1 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun və Cavabdeh tərəfindən birgə nikahları zamanı, birgə qazanclarından inşa edilməsi faktının müəyyən edilməsi və Cavabdeh ilə birgə nikah zamanı birgə qazancları hesabına inşa etdirdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə verərək Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi üzrə nikah dövründə əldə etdikləri birgə qazancları hesabına inşa etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı tərəfindən verilmiş iddia tələbinin azaldılması barədə ərizəsini icraata qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 oktyabr 1980-cı il tarixdə Şəki rayon Baş Küngüt kənd XDS icraiyyə komitəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahda olan zaman birgə qazanclarından pul yığaraq Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsini Şəki bələdiyyəsindən almışlar. Lakin həmin vaxtı mülkiyyətində torpaq sahəsi olduğundan sənədləşməni oğulları X1 adına rəsmiləşdirmişlər. Həmin torpaq sahəsinə oğlanlarının adına çıxarış verildikdən sonra bağışlama müqaviləsi ilə oğlu həmin torpaq sahəsini anası Cavabdeh bağışlamışdır. Bundan sonra Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən qeydə alınaraq 30 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə arvadının mülkiyyət hüququ qeydə alınaraq onun adına çıxarış verildikdən sonra o, və arvadı birgə qazanclarından pul yığaraq 2017-ci ilin payız aylarında həmin fərdi yaşayış evində 1 otaqlı, mətbəxi və eyvanı olan fərdi yaşayış evinin inşasına başlamışlar. 2019-cu ildə həmin fərdi yaşayış evinin inşası yekunlaşmışdır. 2022-ci ildə isə həmin fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydə alınaraq ona xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda onun arvadı ilə münasibətləri kəskinləşmişdir. Belə ki, arvadı birgə nikahları zamanı, birgə qazancları hesabına min bir əziyyətlə inşa etdirib ərsəyə gətirdikləri evi satmaq istəyir. Lakin o, buna razı deyil. O, həmin fərdi yaşayış evinin satışına icazə vermədiyindən cavabdehin onun icazəsi olmadan fərdi yaşayış evinin satmasından ehtiyat edir. Ona görə də nikah zamanı əldə etdikləri ümumi əmlakda payının müəyyən edilməsini istəyir. Buna görə də hazırkı tələblə Şəki 1 saylı mediasiya təşkilatına müraciət etsə də cavabdeh mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də həmin evin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, həqiqətən də mübahisə predmeti olan mənzil nikah dövründə oğlunun adına alınmışdır. O, həmin mənzilin cavabdehlə aralarında hər birinin ikidə bir hissəyə payı müəyyən edilməklə bölünməsini istəyir. 05 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçının iddia ərizəsində göstərdiklərinin doğru olduğunu bu səbəbdən mübahisəli mənzilin tərəflərin hər birinin ½ hissəyə payının müəyyən edilməsinə razıdır. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon Baş Küngüt kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş 18 oktyabr 2018-ci il tarixli AZ-İ № 192145 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında nikah 18 oktyabr 1980-ci il tarixdə 25 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ********** nömrəli, 29 dekabr 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-cı il tarixdə qeydiyyata alınmışdır. 06 iyul 2023-cü il tarixli MŞŞ/MT018/2023-01646 nömrəli İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə mediasiya xərci olan 50 manat pul onun tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş 05 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində payının müəyyən edilməsini ilə bağlı olan iddianı qəbul edərək, iddianın təmin olunmasını xaiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi; Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli mənzil həqiqətən də tərəflərin nikahda olduqları müddətdə əldə edilmiş və hazırda cavabdehin adına dövlət reyestrində qeydə alınmışdır. Tərəflər həmin əmlakın hər birinin ikidə bir payı müəyyən edilməklə bölünməsinə öz razılıqlarını ifadə etmişlər. Məhkəmə qeyd edir ki, əksi sübuta yetirilənə qədər nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə qazancı hesabına əldə edilmiş ümumi əmlak olması ehtimal olunur. Tərəflər yekun olaraq bu halı mübahisələndirmədiyindən məhkəmə onların razılığına və Ailə Məcəlləsinin 37.1-ci maddəsinə uyğun olaraq mübahisəli mənzilə tərəflərin paylarının bərabər müəyyən edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən tərəflərin nikah dövründə əldə etdiyi, ünvan 1 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsində İddiaçı, ½ (ikidə bir) hissəsində isə Cavabdeh payları müəyyən edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********72-10301 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1848/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1848/2023
10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver