Məhkəmə qərarları › İş №e-2(075)-1850/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1850/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1850/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs X3) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs oğlunun arasında Şəki 1 saylı mediasiya təşkilatında bağlanmış 05 sentyabr 2024-cü il tarixli MŞŞ/MT-018/2023-01470 nömrəli barışıq sazişinin 2.1-ci bəndinin (Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilməsini Maraqlı şəxs oğlu öhdəsinə götürür və buna hər iki tərəf razıdır.) hissəsinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsmunun Maraqlı şəxs tutularaq Ərizəçi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 20 aprel 2019-cu il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 20 iyun 2020-ci il tarixdə X4 anadan olmuşdur. Belə ki, Maraqlı şəxs uşağın saxlanması üçün sabit pul məbləğində alimentin verilməsi tələbi ilə bağlı mediasiya təşkilatına müraciət edilmişdir. Şəki 1 saylı mediasiya təşkilatının 05 sentyabr 2024-cü il tarixli MŞŞ/MT-018/2023-01470 nömrəli Barışıq Sazişinin 2.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs oğlunun birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2024cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Barışıq sazişi bağlanandan sonra Maraqlı şəxs hər ay 200 manat alimenti vaxtı-vaxtında ödəmişdir. Lakin son 4 aydır ki, Maraqlı şəxs alimenti ödəmir və qərəzli olaraq ödəməkdən yayınır. Bununla da o, barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, 2025-ci ilin yanvar ayına kimi ödənişləri etmiş, ondan sonra ödənişlər dayanmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, o, hazırda avtobus sürücüsüdür. Bir müddət işlərində yaranmış problemə görə ödənişləri edə bilməmişdir. Aralarında bağlanmış barışıq sazişi qüvvədədir. Məhkəməyə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: - 05 sentyabr 2024-cü il tarixli MŞŞ/MT-018/2023-01470 nömrəli barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs oğlunun birgə nikahdan anadan olmuş 20 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat miqdarında müəyyən edilir. Göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi maraqlı şəxs X3 tərəfindən barışıq sazişində müəyyən edilmiş müddətdə aliment icra edilməmişdir. Belə ki, tərəflər arasında mübahisələndirilməyən haldır ki, xx.xx.2024-cü il tarixdən hər ay 200 manat alimentin ödənilməsi barədə razılaşmışlar. Borclu 2025-ci ilin yanvar ayına qədər ödənişləri mütəmadi etmişdir. Lakin, 2025-ci ilin yanvar ayından ödənişlər dayanmışdır. Bu ödənişlər icra mərhələsində nəzərə alınmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Barışıq sazişinin təsdiq edilməsi uşağın üstün mənafeyini təmin etmək məqsədi daşıyır. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT- 018/2023-01470 saylı barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilsin. 2.1. Ərizəçi ilə Maraqlı şəxs oğlunun birgə nikahdan anadan olmuş və yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. İcra mərhələsində 2025-ci ilin yanvar ayına qədər edilmiş ödənişlər nəzərə alınsın. Maraqlı şəxs X1 100 (yüz) manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar