Məhkəmə qərarları › İş №e-2(075)-1856/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1856/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1856/2024 01.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il tarixdə anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış nənəsi X1 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nənəsi X5 xx.xx.1936-cı il il tarixdə Şəki şəhərində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış xx.xx.2021-ci il tarixdə kəskin ürək çatmamazlığından dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən lazımi sənədlər olsada nənəsinə ölüm haqqında şəhadətnamə almaq ağlına gəlməmişdir. Artıq müəyyən müddət keçdikdən sonra lazımi sənədləri toplayaraq nənəsi X3 ölüm şəhadətnaməsinin alınması bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə rəsmi müraciət etsə də nənəsinin ölümündən xeyli vaxt keçdiyindən şəhadətnamənin verilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi cavab verilmişdir. X3 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki Rayon Qeydiyyat Şöbəsinə də müraciət etmiş, lakin, nənəsi X1 ölümü barədə hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də nənəsi X1 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi bildirdi ki, X5 onun nənəsidir. Nənəsi xx.xx.2021-ci il tarixdə kəskin ürək çatmamazlığından dünyasını dəyişmişdir. Öldükdən sonra onlar təcili yardıma zəng etmiş və yarım saat sonra təcili yardım gəlmişdir. Nənəsinin ölməsi ilə bağlı təcili yardım tərəfindən xəbərdarlıq vərəqəsi verilsə də sonradan xəstəxanadan ölüm haqqında arayış almamışlar. Sonradan da ölüm kağızının verilməsi ilə bağlı Şəki Rayon Mərkəzi xəstəxanasına müraciət etsələr də müddət ötdüyündən arayışın verilməsindən imtina edilmişdir. Ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X1 ölməsini Elçindən eşitmişdir. Adət-ənənə ilə hüzr mərasimi keçirilmişdir. O, da hüzn mərasimində iştirak etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti yanında “Sarıtorpaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21 nömrəli arayışdan görünür ki, X5 həqiqətən xx.xx.2017-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxs Şəki Rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-71/2-H-182-xx-xx/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X1 Təcili və X4 Stansiyası tərəfindən ölüm faktı müəyyən edilərək xx.xx.2021-ci il tarixdə Xəbərdarlıq vərəqəsinin yazıldığı gündən xeyli vaxt keçdiyindən ölüm aktının verilməsi mümkün olmamışdır. Təcili və X4 Stansiyası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Xəbərdarlıq vərəqəsindən görünür ki, 1936-cı il təvəllüdlü olan qadın cinsli meyit X5 yaxınlarının deməsinə görə ürək xəstəliyindən əziyyət çəkdiyindən ölümün səbəbi kimi də, qeydə alınmışdır. Azərbaycan Respublikası Şəki Regional” ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-M-650/2024 nömrəli məktubundan görünür ki, ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarıın reyestri xidmətinin arxivində, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Odur ki, X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X1 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-cı il tarixdə anadan olmuş X5 xx.xx.2021-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış X5 xx.xx.2021-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar