Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1866/2025 04.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 02 mart 1980-ci il təvəllüdlü X3 27 iyun 2009-cu il tarixdə Şəki rayonu, Şəki kəndində vəfat etməsi (ölməsi) hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə ailə qurmuşdur, evliliklərindən dprd uşaqları anadan olmuşdur. Oğlu 02 mart 1980-ci il təvəllüdlü X6 27 iyun 2009-cu il tarixdə Şəki rayonu, Şəki kəndində qəflətən vəfat etmişdir. Qeyd edilən bədbəxt hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən ona vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Artıq müəyyən müddət keçdikdən sonra oğlundan miras qalmış əmlakla bağlı lazımi sənədlərini hazırlayarkən oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Oğlu Raminin ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, oğlu X3 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də oğlu X3 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmış iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, X6 onun baldızının oğludur və o, subay olmuşdur. X6 1980-ci il tarixdə anadan olmuş, 27 iyun 2009-cu il tarixdə qəflətən rəhmətə getmişdir. İşin halları 03 may 1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 30 mart 1974-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. İİ СЛ № 482025 saylı 01 aprel 1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 mart 1980-ci il tarixdə Ermənistan SSR-də anadan olmuşdur, atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu, Şəki kəndində yaşamış X6 rəhmətə gedərkən yaxınları tərəfindən Şəki RMX publik hüquqi şəxsinə müraciət edilmədiyindən, hər hansı qeyd aparılmamışdır, ona görə də X3 27 iyun 2009-cu il tarixdə vəfat etməsi barədə tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən 3-16-5/8-X-1053/2025 nömrəli 17 iyun 2025-ci il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir, Şəki rayon Qeydiyyat şöbəsində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya şistemində X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsi, həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. X6 ölüm haqqında akt qeydi kitabları 2006-2012-ci illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.2010-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin doğma oğludur. X10 02 mart 1980-ci ildə ərizəçi ilə X1 nikahından doğulmuşdur. 27 iyun 2009-cu il tarixdə Şəki şəhərində ölmüşdür. Bu fakt şahidin və ərizəçinin izahatı ilə üstüstə düşən ifadəsi ilə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. R.Xəlilovun ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum oğlundan qalan miras əmlakla bağlı vərəsəlik işinin açılması üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 04 27 iyun 2009-cu il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 02 mart 1980-ci il tarixdə Ermənistan SSR Ələyəz kəndində doğulmuş X3 27 iyun 2009-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1866/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1866/2025
04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver