Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1911/2025 24.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi və pul” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025ci il tarixdə MŞŞ/MT018/2025/00276 nömrə ilə onun adıjndan etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs Adıgözəl oğlu arasında bağlanmış barışıq sazişində qeyd edilən bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsi və 1700 (bir min yeddi yüz) manat ziyan pulunun və 37 manat dövlət rüsumunun cavadehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi elektron ərizə ünvanlayaraq, iddia tələbinin həcminin azaldılmasını, iddia ərizəsində ziyan tələbinə dair hissə çıxılmaqla barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və pul ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsiyyət vəsiqəsi məlumatına əsasən Ərizəçi Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olması müəyyən edildiyindən hazırkı mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Buna görə də Ərizəçi Maraqlı şəxs qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi və pul” tələbinə dair ərizə üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi və pul” tələbinə dair ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1911/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1911/2025
24.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver