Məhkəmə qərarları › İş №e-2(075)-1919/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1919/2025

08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1919/2025 08.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X8 22 avqust 1994cü il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, X5 ilə 10 mart 1979-cu il tarixdə Şəki şəhər VVAQ şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 11 may 1980-cı il tarixdə X13 adlı oğlu anadan olmuşdur. Oğlu 14 yaşı olanda, yəni 22 avqust 1994-cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə, Sarabski küçəsinin kəsişməsində yerləşən “Narrı” adlanan qəbrstanlıqda dəfn edilmişdir. Oğlu uşaq vaxtı rəhmətə getdiyindən onun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. X2 14 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum ərindən miras əmlak olaraq fərdi yaşayış evi qalmışdır. O, mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirmişlər ki, oğlu X8 ölüm faktı qeydə alınmadığından ərinin vərəsəliyini qəbul edə bilmir. O, oğlu X8 ölümlərinin qeydə alınması ilə bağlı Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X14 iş üzrə qanuni qətnamə qətnamə çıxarılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsinin 30 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-15-R- 1498/24 saylı məktubundan görünür ki, 1994-cü ildə vəfat etmiş övladınız X8 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Şəki rayon qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X8 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabı 1991-1997-ci illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1995-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 1979-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X1 arasında 10 mart 1979-cu il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. - xx.xx.1984-cü il tarixli, X-ЖГ 324222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X9 atası X5, anası isə Ərizəçidır. - xx.xx.1980-cı il tarixli, Vİİ-ЖГ 293810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X8 atası X5, anası isə Ərizəçidır. - xx.xx.1995-ci il tarixli, XİX-ЖГ 374878 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X10 atası X5, anası isə Ərizəçidır. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 461 nömrə ilə qeydiyyat aparılmışdır. - Şəki Rayon Mərkəzi X18 Şəxsinin 01 iyul 2025-ci il tarixli, 18-1-71/2-R-392-42- 248/2025 saylı məktubundan görünür ki, ölüm hadisəsi avtoqəza səbəbli baş verdiyindən bu hadisə ölümün baş vermə səbəbi diaqnozu məlum olmayan hal kimi dəyərləndirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı Qərarının İV bəndinin 4.4.5 yarımbəndinin tələblərinə uyğun olaraq belə halda şəhadətnamə məhkəmə tibbi müayinə aparan tibb müəssisəi tərəfindən verilir. Bu səbəbli mərhum Hikmət Rəhimovun adına “Ölüm haqda tibbi şəhadətnamə”nin “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilməsi mümkün deyil. - 09 aprel 2008-ci il tarixli, **********83 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X16 adına qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Qonşusunun Ülkər, Məryəm və Hikmət adlı 3 uşağı var. Hikmət adlı uşağı isə vəfat etmişdir. Hikmət 14-15 yaşlarında avtoqəza nəticəsində vəfat etmişdir. Narrı qəbiristanlığında dəfn olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Qonşusunun Ülkər, Məryəm və Hikmət adlı 3 uşağı var. Hikmət adlı uşağı isə vəfat etmişdir. Hikmət avtoqəza nəticəsində vəfat etmişdir. Narrı qəbiristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X13 Ərizəçi oğlu olmuşdur. O, 11 may 1980-cı il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X13 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, əri vəfat etdikdən sonra birgə yaşadıqları evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə lamaq istəyir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, xx.xx.1980-ci il tarixdə anadan olmuş X8 22 avqust 1994-cu il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 may 1980-ci il tarixdə anadan olmuş X8 22 avqust 1994-cü il tarixdə Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar